Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
İranın dini lideri Ayatulla Əli Xamenei bütün ərəb xalqını inqilaba çağırıb. Cümə namazı zamanı İranın İRİNN telekanalı vasitəsilə müsəlmanlara müraciət edən iranlı dini lider Misirdə baş verən hadisələrə münasibət bildirib.

Misir prezidentini ittiham edən Əli Xamanei deyib ki, məhz onun ucbatından Misir xalqı alçaldıcı və ağır vəziyyətə düçar olub. Hətta bir az da irəli gedən İranın dini lideri Hüsnü Mübarəki “Namübarək” (xeyir-duasız) adlandırıb. Onun sözlərinə görə, Misir və Tunis prezidentləri Amerika üçün işləyiblər. Ayatulla Misir xaqlının inqilab yolu ilə hakimiyyəti devirə biləcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, dini lider müraciətini ərəb dilində də edib. O, ərəb müsəlmanlarını ABŞ və Qərblə bağlı olan “xəyanətkarlar”ın hakimiyyətini devirməyə çağırıb. Eyni zamanda ərəb ölkələrində İslam hakimiyyətinin bərqərar olunmasının vacibliyini də vurğulayıb.

Xatırladaq ki, 32 ildir ki, İranla Misir arasında diplomatik münasibətlər mövcud deyil.