Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır **** Mərkəzi Bank aparılan islahatların və iqtisadi sabitlik siyasətinin reallaşmasında fəal iştirak edəcək **** Azərbaycanda domen adları sisteminin təhlükəsizliyini qoruyan kriptoqrafiya açarları uğurla dəyişdirilib **** Bakcell UAFA ilə birlikdə “İncəsənət vasitəsilə ünsiyyət” layihəsini davam etdirir **** Biznes qurmaq istəyən gənclərə “Bakcell”dən növbəti dəstək **** Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub ****
Qəzetin çap variantları
8-14 noyabr 2018-ci il
45 (1040)
8-14 noyabr 2018-ci il
45 (1040)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Xarici xəbərlər
ABŞ prezidenti Barak Obama yəmənli həmkarı Əli Abdulla Salehi ölkədə islahatların aparılmasına dair verdiyi vədləri konkret olaraq yerinə yetirməyə çağırıb.  “Reuters”ə istinadən verdiyi xəbərdə bildirilir ki, Ağ evin bəyanatına görə, bu barədə söhbət hər iki ölkə başçısının telefon danışığı zamanı baş tutub.

“Prezident Obama yəmənli həmkarına, həmçinin “Əl-Qaidə”nin Ərəbistan yarımadasındakı mənbələrinə qarşı səmərəli tədbirlər görməyin vacibliyini və bunun Yəmən sakinləri və digər ölkələrin vətəndaşlarının müdafiəsi üçün zəruri olduğunu bildirib”, - deyə Ağ evin bəyanatında qeyd olunur.

Əli Abdullah Saleh bu həftə çıxışında 2013-cü ildə başa çatacaq prezident səlahiyyətlərinin uzadılması yollarını axtarmağa hazırlaşmadığını bildirib və tutduğu vəzifəni oğluna ötürməyəcəyinə dair vəd verib.