Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
3-9 oktyabr 2019-cu il
39 (1086)
19-25 sentyabr 2019-cu il
37 (1084)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Qanunlar
Maliyyə Nazirliyi tərəfindən hazırlanan və Milli Məclisin iqtisadi siyasət daimi komitəsində plenar iclasda birinci oxunuş üçün baxılan "İcbari sığorta növləri haqqında" qanun layihəsində daşınmaz əmlakın icbari sığortası bütün növ tikililərə, fiziki və hüquqi şəxslərə məxsus yaşayış evlərinə, dövlət əmlakına şamil ediləcək. Maliyyə nazirinin müavini Azər Bayramovun bildirib ki, yanğın, qısa qapanma, partlayış, kanalizasiya və ya su sistemində qəza, təbii fəlakət, sosial və siyasi risklər istisna olmaqla, bütün başqa risklər zamanı əmlaka dəyən ziyan sığorta hadisəsi sayılacaq. 

Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üçüncü şəxslərin bu əmlakdan istifadə zamanı dəyən ziyandan sığorta müdafiəsini nəzərdə tutur. Bu növ hüquqi statusundan asılı olmayaraq bütün sahibkarlara şamil edilir. Bu növ üzrə sığortada sağlamlığa dəyən ziyan üçün ödəniş həcmi qanun layihəsinin müəlliflərinin fikrincə, 5 min manat, əmlak üzrə ödəniş 50 min manat olacaq.

Avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası üçün xüsusi büro yaradılacaq. Bu növ üzrə xidmət təklif edən bütün sığorta şirkətləri onun üzvü olacaq. Qanun layihəsi avtonəqliyyat vasitələrindən asılı olaraq sığorta tarifi müəyyən edilərkən differensasiya edilmiş yanaşma nəzərdə tutur. Əmlak üzrə ödəniş həcmi bu günkü tariflərlə müqayisədə 5 dəfə, sağlamlıq üzrə ödəniş 10 dəfə artırılır və 50 min manat təşkil edir. 

Sərnişinlərin icbari sığortası növündən asılı olmayaraq nəqliyyatdan istifadə edən şəxslərə şamil ediləcək və adambaşına sığorta ödənişi 5 min manat təşkil edəcək.

Qeyd edək ki, icbari sığorta 4 növə şamil ediləcək - daşınmaz əmlakın sığortası, onun istismarında mülki məsuliyyətin sığortası, avtonəqliyyat vasitəlləri sahiblərinin mülki məsuliyyətin sığortası və sərnişinlərin sığortası özündə ehtiva edəcək.