Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Qanunlar
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Avropa Yayım İttifaqı tərəfindən təşkil olunan ən yaxşı mahnı üzrə builki televiziya müsabiqəsi Azərbaycan Respublikası təmsilçilərinin parlaq qələbəsi ilə başa çatmışdır. Müsabiqənin qaydalarına əsasən, qalib ölkə növbəti ildə yarışmanı keçirmək hüququnu qazanır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2012-ci ilin may ayında Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. 2012-ci ilin may ayında Bakı şəhərində "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi üzrə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Mehriban Əliyeva - YUNESKO-nun xoşməramlı səfiri,
Heydər Əliyev Fondunun prezidenti

Təşkilat Komitəsinin üzvləri

Elmar Məmmədyarov - Azərbaycan Respublikasının
xarici işlər naziri
Ramil Usubov - Azərbaycan Respublikasının
daxili işlər naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının
iqtisadi inkişaf naziri
Əbülfəs Qarayev - Azərbaycan Respublikasının
mədəniyyət və turizm naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə
və informasiya texnologiyaları naziri
Azad Rəhimov - Azərbaycan Respublikasının
gənclər və idman naziri
Hacıbala Abutalıbov - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Cahangir Əsgərov - "Azərbaycan Hava Yolları" Qapalı
Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev - "Azərenerji" Açıq Səhmdar
Cəmiyyətinin prezidenti
Baba Rzayev - "Bakıelektrikşəbəkə" Açıq
Səhmdar Cəmiyyətinin sədri
İsmayıl Ömərov - Azərbaycan Respublikasının
İctimai Televiziya və Radio
Yayımları Şirkətinin baş direktoru
Əli Əsədov - Azərbaycan Respublikası
Prezidentinin İqtisadi məsələlər
üzrə köməkçisi
Fatma Abdullazadə - Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
Humanitar siyasət məsələləri
şöbəsinin müdiri
2. Təşkilat Komitəsi "Eurovision-2012" mahnı müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 may 2011-ci il