Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Qanunlar
“Əmək pensiyaları haqqında” Qanuna əlavələr və dəyişikliklər ediləcəkdir
 
Martın 11-də Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilmişdir.
Iclasda “Əmək pensiyaları haqqında” Qanuna və Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə olunmuşdur.
Komitənin sədri Hadi Rəcəbli bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanuna təklif olunan əlavələrdə vəfat etmiş hakimlərin təqaüdlərinin onun ailə üzvlərinə verilməsi nəzərdə tutulmuşdur.
Ailə Məcəlləsinə təklif olunan əlavələrdə isə ailə quran gənclərin tibbi müayinədən keçməsinin məcburiliyi, bununla bağlı müvafiq sənədin təqdim olunması nəzərdə tutulmuşdur.
Müzakirələr zamanı çıxış edən deputatlar, Ədliyyə Nazirliyinin və digər aidiyyəti təşkilatların nümayəndələri, mütəxəssislər mövzu ilə bağlı rəy və təkliflərini bildirmişlər.
Müzakirələr zamanı bu dəyişikliklərin ölkəmizdə sağlam ailənin formalaşmasındakı əhəmiyyəti xüsusi vurğulanmışdır.
Sonda Ailə Məcəlləsinə təklif olunan əlavələr və dəyişikliklər daha da təkmilləşdirilməsi üçün yenidən işçi qrupa qaytarılmışdır.
“Əmək pensiyaları haqqında” Qanun isə təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.