Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Qanunlar
“Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əlavələr və dəyişikliklər olunacaqdır
 
“Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında” və “Su təchizatı və tullantı suları haqqında” qanunlara əlavələr və dəyişikliklər olunacaqdır.
Adları çəkilən qanunlara təklif olunan əlavələr və dəyişikliklər Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin martın 11-də keçirilmiş iclasında müzakirə olunmuşdur.
Milli Məclis sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov demişdir ki, hər üç layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olmuşdur. Əlavə və dəyişikliklərin məqsədi mövcud qanunvericilik aktlarının daha da təkmilləşdirilməsinə və əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir.
Qanunlara təklif olunan əlavələrdə deyilir ki, elektrik və istilik enerjisi istehlakçısının enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alınması üçün (eləcə də qaz və su təchizatı istehlakçıları qazpaylayıcı və su şəbəkələrinə qoşularkən) texniki şərtlərin verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.
Müzakirələr zamanı deputatlar ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, Mirkazım Kazımov, Hüseynbala Mirələmov və başqaları layihələrlə bağlı rəy və təkliflərini bildirmiş, fikirlərini bölüşmüşlər.
Sonda qanun layihələri təsdiqlənmək üçün parlamentin müzakirəsinə tövsiyə olunmuşdur.