Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Qanunlar

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 17 noyabr tarixli 2504 nömrəli Sərəncamı ilə Bakı şəhərində yaradılmış Dövlət Bayrağı Meydanı ölkəmizin qüdrətini, xalqımızın dövlət atributlarına ehtiramını təcəssüm etdirir. Eyni zamanda, paytaxtın simvollarından birinə çevrilən Dövlət Bayrağı Meydanının fəaliyyəti mürəkkəb mühəndis-texniki konstruksiyaların istismarı ilə bağlıdır. Göstərilənləri, habelə Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin Azərbaycanın ictimai və siyasi həyatında xüsusi əhəmiyyətini nəzərə alaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradılsın. 2. Müəyyən edilsin ki, Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarəti Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi tərəfindən həyata keçirilir. 3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: 3.1. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi haqqında Əsasnamənin layihəsini hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin strukturu və işçilərinin say tərkibi barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.3. Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksi ərazisinin hüdudlarını dəqiqləşdirib təsdiq etsin; 3.4. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin; 3.5. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 noyabr 2010-cu il.