Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Sağlamlıq

Nar şirəsi ömrü uzadır

Nar şirəsinin faydası hələ keçmiş zamanlardan məlumdur.  Qədim dövrlərdə tərkibini, xüsusiyyətlərini bilməsələr də müsbət təsirini görür və qiymətləndirirdilər. Müasir təbabət narın orqanizmə təsirini daha əsaslı şəkildə öyrənmiş və qiymətləndirmişdir. Belə ki, tərkibindəki vitamin kompleksi və üzvi turşuların səviyyəsinə görə Nar şirəsi qırmızı çaxırı da üstələyir. Onun mütəmadi olaraq  qəbul edilməsi mədə şirəsinin kimyəvi tərkibini sabitləşdirir, qanın tərkibini normallaşdırır, immun sistemi gücləndirir. İltihab əleyhinə, antiseptik, ağrıkəsici təsir göstərir, sidik yollarının xəstəlikləri zamanı məsləhət görülür. Hamilə qadınlara dölün normal inkişafı üçün vacibdir.

Bu yaxınlarda ispan alimləri nar şirəsinin daha bir faydalı cəhətlərini aşkar etmişlər. 60 könüllünü 2 qrupa ayıraraq 1-ci qrupa tərkibi  nar şirəsinin ekstraktından ibarət olan kapsul verirlər, 2-nə adi kapsul verirlər. 1-cini qəbul edənlərdə hüceyrələrin bölünməsi ilə bağlı markerin qısalması baş verir ki, əks təqdirdə  bu,  beyin, əzələ, qaraciyər, böyrəklərin fəaliyyətinin azalmasına gətirib çıxarır. Bu, onunla izah olunur ki, narın tərkibində olan antioksidantlar DNT səviyyəsində qocalmanı ləngidir.

Alimlər hesab edirlər ki, alınmış nəticələr sağlamlığın möhkəmlənməsinə və ömrün uzanmasına xidmət edə bilər. Lakin bəzi mədə-bağırsaq xəstəlikləri zamanı əks-göstəriş olduğundan Nar şirəsinin qəbulu zamanı həkim məsləhətinə ehtiyac var.

Aytən SƏMƏDZADƏ