Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
13-19 dekabr 2018-ci il
50 (1045)
6-12 dekabr 2018-ci il
49 (1044)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Sağlamlıq

Qyepfrut  şirəsinin müsbət və mənfi təsirləri

Yeməkdən əvvəl təzə çəkilmiş qyepfrut  şirəsini içmək  və ya qyepfrutun  özünü yemək arıqlamağa kömək edən vasitələrdən biri kimi çoxlarının köməyinə gəlir. Alimlər tədqiqat apararaq belə nəticəyə gəlmişlər ki, yeməkdən  əvvəl qyepfrutun  yarısını yemək və ya yarım  fincan qyepfrut şirəsi  içmək bədən çəkisini azaldır, bel ölçülərini kiçildir. Bu xüsusiyyət  qyepfrutun  tərkibindəki  naringenin adlı maddə ilə bağlıdır  ki, o da şəkəri azaldır və yağları əridir. Bir qrup könüllü şəxs üzərində  aparılan 14 həftəlik eksperimentdən sonra onlar bədən çəkisinin təxminən  7%-ni itirmişlər. Bu xüsusiyyətlərindən əlavə, qyepfrut digər göstəricilərə də  müsbət təsir etmişdir. Həmin  insanlarda HDL-xolesterin (faydalı xolesterin) yüksəlmiş, orqanizmdə C vitamini və sellülozanın miqdarı artmışdır. Eyni zamanda, bu insanların   uzun müddət özünü tox hiss etməsi də nəzərdən yayınmamışdır. Tərkibi minerallar və vitaminlərlə zəngin olduğu üçün qyepfrut  sağlam çəki və uzun ömürlülüyü təmin etməklə  yanaşı, orqanizmi faydalı maddələrlə zənginləşdirmiş olur.

Lakin bu məhsul qadın hormonu olan estrogenləri artıra bilər. ABŞ-da aparılan tədqiqatlara əsasən gündə 1/4 qyepfrut  yeyən qadınlarda süd vəzisinin xərçəngi xəstəliyi  digərlərinə  nisbətən 30% daha tez-tez müşahidə olunur. Ona görə də irsiyyətində bu xəstəliyə meyli olanlar xüsusilə diqqətli olmalıdırlar.

Aytən SƏMƏDZADƏ