Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Sağlamlıq

Helikobakteriyalara qarşı mübarizə nə ilə nəticələnir?

Hazırda qastroenteroloqlar helikobakteriyaları yer üzündə ən yayılmış bakteriya hesab edirlər. Onların daşıyıcısı olmaq hər insanda müxtəlif cür təzahür edir. Onların əsas mənfi cəhəti mədə- bağırsaq xəstəlikləri əmələ gətirməsidir. Lakin hazırda bir çox qastroenteroloqlar  bəzi insanlarda helikobakteriyalara qarşı immunitet olduğunu söyləyirlər. Ona görə də bubakteriyalara qarşı mübarizə aparmağı tövsiyə etmirlər. Lakin bu yaxın zamana kimi həkimlər mütləq şəkildə  helikobakteriyalara qarşı antibiotiklərlə müalicə təklif edirdilər. Nəticədə helikobakteriyalarla yoluxmuş insanlaranı sayı azaldı. Lakin bununla paralel olaraq allergik astma xəstəliyinin inkişafı artdı. Adətən  allergik astma o uşaqlarda müşahidə olunur ki, onlar  helikobakteriyalar a qarşı antibiotikoterapiya keçmişlər. Sürix universitetinin alimləri siçanlar üzərində təcrübə apararaq bunu bir daha təsdiq etmişlər.