Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Sağlamlıq
Nə qədər ət yemək lazımdır? Bu sualı dünyanın ən tanınmış ürək cərrahlarından biri olan türkiyəli Mehmet Öz cavablandırıb. Məşhur "Time" jurnalına üz qabığına çıxan azsaylı türklərdən biri olan həkim sağlam həyat üçün istifadə edilməli olan qidaların adlarını açıqlayıb. Mütəxəsssis sağlam və uzun ömür üçün oxuculara 3 məsləhət verib: “həm ət, həm tərəvəz yeyin", “torpaqda yetişən qidaları seçin" və "idman edin". Onun digər tövsiyyələri isə belədir:

-Brokoli - Xolestrolu salır. Qaraciyərləri təmizləməyə kömək edir.
-Zeytun yağı - Ürək xəstəlikləri riskini azaldır.
-Omeqa 3 - beynin sağlam inkişafı üçün idealdır.
-Yumurta - mütəxəssis gündə bir yumurta yeməyi məsləhət görür. (yüksək təzyiqdən əziyyət çəkənlər istisnadır)
-Qırmızı şərab - üzümdə olan antioksidanlar ürək xəstəlikləri riskini azaldır, artıq çəki ilə mübarizə aparır. Kalorisi az olduğu üçün gündə iki qədəh içilə bilər.
-Şokolad - İçərisindəki süd nə qədər azdırsa, bir o qədər faydalıdır. Daha çox qara şokoladdan istifadə məsləhət görülür. Həftədə bir neçə dəfə 30 qram şokolad yemək faydalıdır.
-Çərəz- aclığı və pis xolestrolu azaldır.
-Qəhvə - içindəki antioksidanlar sayəsində parkinson xəstəliyi riskini azaldır. Ancaq çox içildikdə sinir sisteminə pis təsir edə bilər.
-Süd - südün tərkibindəki maddələr qidaların tez həzm olunmasına kömək edir. Bu da yağların bədəndə çox qalmasının qarşısını alır. Gündə yarım litrə qədər süddən istifadə etmək olar.
-Ət- həftədə ən çoxu 0,5 kq ət qəbul edilməlidir. Bundan artığı çəkinin artmasına və sağlamlıqla bağlı problemlərə səbəb ola bilər.
-Çiyələk və böyürtkən - içərisindəki yüksək miqdarlı antioksidanlar yaşlılıqla bağlı yaranma riski yüksək olan ürək xəstəlikləri, xərçəng və diabetin qarşısını almağa kömək edə bilər.