Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** Milli sərvət davamlı inkişafın dayağıdır **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib ****
Qəzetin çap variantları
14-27 mart 2019-cu il
10 (1059)
7-13 mart 2019-cu il
9 (1057)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Sağlamlıq

Müasir elmi tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, kətan yağının qida rasionuna daxil edilməsi insult riskini 40% azaldır. Sistematik olaraq kətan yağı qəbul edənlər üçün şəkərli diabet, ateroskleroz, ürəyin işemik xəstəliyi kimi ağır xəstəliklər təhlükəli deyildi.

  Kətan toxumları

Kətan birillik bitkidir, təbiətdə daha çox  yabanı növlərinə rast gəlinir.  Bu bitkinin boyu 60-100 sm-ə çatır. Əsasən Aralıq dənizinin şərqində rast gəlinir. Azərbaycanda da həm yabanı, eləcə də mədəni  surətdə yetişdirilən növlərinə təsadüf edilir.

Kətan həm toxuculuq sənayesində geniş istifadə olunan bitki kimi, həmçinin istifadəsi sağlam həyat tərzini təmin etmiş olan faydalı bitkilərdən biri sayılır.

Kətan seliktərkibli  unikal bitkidir, yağlar, zülallar, vitaminlər, mikroelementlərlə, sellüloza və qida lifləri ilə zəngindir. İnsanlar üçün əsas dəyəri tərkibində  üzvi birləşmələr və qidalı maddələr  olması ilə izah olunur. Kətan  toxumları omeqa-3 (alfa-linolen turşusu),  omeqa- 6 (linol turşusu), omeqa- 9 (olein turşusu) yağ turşuları və liqnan adlanan maddələrlə zəngin olan maraqlı tərkibə malikdir.

Qeyd edək ki, omeqa-3omeqa- 6 doymamış yağ turşuları olub, orqanizmdə sintez olunmur, yalnız qida vasitəsilə  xaricdən daxil olur. Omeqa – 6 soya, günəbaxan, xardal, zeytun yağlarında da var. Omeqa-3 isə ən çox kətan yağında aşkar edilmişdir, hətta kətan yağında  balıq yağından 2 dəfə artıqdır.  Bu baxımdan balıq yeməyənlər (eləcə də vegetarianlar)  kətan  toxumları  və eləcə də  kətan   yağı yeməklə  omeqa- 3-ə tələbatı ödəyir. Omeqa-3, omeqa-6 orqanizmdə hüceyrələrə daxil olaraq hüceyrə aktivliyinə təsir edir, sinir impulslarının ötürülməsini sürətləndirirlər.

Kətan  toxumlarının  tərkibində aşkar edilən liqnan adlanan maddələr bəzi orqanlarda xərçəng hüceyrələrinin bölünməsinin qarşısını alır, süd vəzisi, yoğun bağırsaq, prostat vəzinin şişləri zamanı effekt verir.  Sidik sisteminin fəaliyyətini normallaşdırır, iltihabı aradan qaldırır, eləcə də immun sistemi qüvvətləndirir.

Beləliklə,  

Kətan toxumlarının  hansı hallarda daha çox işlədilməsi məqsədəuyğundur?

- Kətan toxumlarının  tərkibində selik olduğundan öskürək zamanı bəlğəmgətirici kimi istifadə olunur.

-  Kətan toxumları  orqanizmdə bir çox mübadilə proseslərinin normal getməsinə, tromb əmələ gəlməsinə qarşı təsir edir, yüksək xolesterolu, triqliseridləri azaldır, qan təzyiqini normal səviyyəyə salır, beləliklə, ürək-damar sistemini  qoruyur. Müntəzəm olaraq qəbul edildiyi təqdirdə 4 həftəyə qanda xolesterinin səviyyəsinin  azalması müşahidə olunmuşdur.

- Kətan toxumları  qadınlar üçün xüsusilə faydalıdır: hormonal fonu qaydaya salır, estrogen və progesteron ifrazını tənzimləyərək menopauzanın baş verməsini ləngidir.  Hamilə qadınlara isə dölün sonrakı zehni inkişafına müsbət təsirinə görə məsləhət görülür.

 - Kətan  toxumlarını  acqarına qəbul etdikdə mədədə toxluq hissi yaranır. Bu baxımdan  arıqlamaq istəyənlər üçün xüsusilə faydalıdır. Qida rasionuna kətan  toxumları  və ya    kətan  yağını  daxil edənlər  heyvani yağları asan mənimsənilən bitki yağları ilə əvəz etdikləri üçün də gözlənilən nəticəni almış olurlar.

-Kətan  toxumları  əsasən mədə-bağırsaq xəstəliklərində – qastrit, xora, enterokolit, düz bağırsağın xəstəliklərində yüngül işlədici kimi və bürüyücü kimi təsir edir, tərkibindəki qida lifləri qəbizlik zamanı müsbət təsir edirlər.

-Kətan  toxumları   ağız boşluğu, boğaz, diş əti iltihabına qarşı effektlidir. Furunkul (çiban), yaralarda ağrıazaldıcı  təsiri də məlumdur.

Tərkibində olan omeqa-3, omeqa -6 yağ turşuları, B 12 vitamini qocalmanın qarşısını alır, sinir sistemi və yaddaşı gücləndirir. Dəriyə, saçlara, dırnaqlara

müsbət təsir edir,  sümük və oynaqlarda revmatizmə qarşı effektlidir.

Kətan  toxumları  necə qəbul edilir?

Kətan  toxumları  dənə, maye, üyüdülmüş, ekstrakt, kapsul halında qəbul edilir. 1 çay qaşığı üyüdülmüş kətan  toxumları  yeməkdən  əvvəl qatıqla və ya su ilə qarışdırılaraq qəbul edilir.  Bu zaman  mütləq  bol su içilir. Bu da  bağırsaqlarda dolma effekti yaradaraq qida kütlələrinin hərəkətinə və bağırsaqların peristaltikasına kömək etmiş olur.

Kətan  toxumlarından alınmış kətan  yağını  isə gündə 1-1,5 çay qaşığı içmək olar, eləcə də salatlara, digər yeməklərə əlavə edərək qəbul etmək olar. Lakin termiki təsirə məruz qalmaması məsləhətdir.

 Hazırladı:  Səmədzadə A.