Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Vətənə və xalqa bağlanmış ömür **** ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB ****
Qəzetin çap variantları
10-16 yanvar 2019-cu il
1 (1049)
10-16 yanvar 2019-cu il
1 (49)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Sağlamlıq

Xronobiologiya nədir?

Yeni yaranmış bu elm günəşin hərəkəti, Ayın müxtəlif fazaları və təbiətin insana  bəxş etdiyi həyatın ritmini öyrənir. Buna görə də bəzi alimlər hesab edirlər ki, bizim orqanlarımız, intellektimiz, bütün qəlbimiz sutka, ay, il tsikllərinə əsaslanaraq ciddi şəkildə ritmlə fəaliyyət göstərirlər. Bunları bilmək maraqlı və faydalıdır.

«Ustalıq saatları»: saat 15-16 radələrində insan barmaqlarının fəaliyyəti ən yüksək zirvədə olur.

Həkimə getmək saatı: bizim dərimiz iynə şəklində yeridilən dərmanlara qarşı səhər saat 9-da daha həssasdır.

Fiziki tərbiyə saatı: bizim əzələlərimiz saat 13.30-da daha çox qüvvə sərf edir.

Həzm saatı: ən çox mədə şirəsi saat 13.00-da ifraz olunur, hətta heç bir şey qəbul edilmədiyi halda belə.

İmmunitet saatı: immun sistemimiz bizi infeksiyalardan daha çox saat 22.00-da qoruyur.

Doğum saatı: daha çox uşaqlar gecə saat 24-lə  səhər 4 arasında dünyaya göz açırlar.

Süstlük saatı: ən aşağı qan təzyiqi səhər saat 4-5 radələrində olur.

Spirtli içki saatı: qaraciyər spirtli içkiləri daha çox saat 18-20 radələrində yaxşı həll edir.

İdman saatı: ağciyərlər saat 16-18 radələrində daha intensiv nəfəs alır.

Hiss orqanları saatı: hiss, dad, eşitmə hissləri daha çox saat 17 ilə 19 arasında iti olur.

Böyümə saatı: saçlar və dırnaqlar saat 16 ilə 18 arasında daha tez uzanır.

Yaradıcılıq saatı: beyin saat 10-la 12 radələrində daha effektiv işləyir.

Ünsiyyət saatı: insan təkliyi saat 20 ilə  22 radələri arasında daha  pis keçirir.

Gözəllik saatı: kosmetik vasitələrin dəriyə daxil olması üçün ən münasib  vaxt saat 18-lə 20 arasındadır.

Görmənin zəifləmə saatı: sürücülərin görmə zəifliyi gecə saat 2-dən sonra daha da artır.