Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Sağlamlıq

Bəzən başqa ölkədə olarkən ordakı qadınların gözəlliyi, cazibədarlığı diqqəti cəlb edən zaman düşünürsən, görəsən onların bu qədər təravətli görünməsinə kömək edən nədir?



Yaponiya: dərinin mərmərliyi   və sadə düyü

 Yapon qadınları dərisinin şəffaflığı (farfora bənzər rəngi) ilə məşhurdurlar. Onlar bunu necə əldə edirlər? Düyü və dəniz yosunlarının köməyi ilə. ABŞ–da dəriyə qulluq üzrə xüsusi kosmetik vasitələrin istehsalı ilə məşğul olan şirkətin nümayəndəsi biznes qadını K.S.Kenq bu haqda belə şərh edir: «Qədim zamanlardan yaponlar düyü kəpəyindən   sabun kimi istifadə edirdilər. Onlar kəpəyi  torbaya töküb üzərinə bir qədər su əlavə edir və skrab kimi bədən dərisinə sürtürdülər. Düyü kəpəyi dəridən nəinki ölmüş hüceyrələri təmizləyir, onların tərkibində olan yağ E vitamini və digər antioksidantlarla zəngindir. Üz dərisi üçün dəniz yosunlarından hazırlanmış maskalar da effektlidir. Onlar Yaponiyada çoxdan bəri kosmetik vasitə kimi istifadə edilir. Cavan görünmək üçün yapon qızları gündə yarım saat ilıq vanna qəbul edir və milli  içki sayılan sake içirlər».

Dərini kəpəkləndirərək  ölmüş hüceyrələrdən azad etmək  məqsədilə su ilə düyü kəpəyini  qarışdırır,  kütlə halına salırlar. Bu vasitə dəridəki artıq  yağları, çirklənməni, məhv olmuş hüceyrələri yox edir, məsamələri daraldır. Qırmızı düyü ekstraktı isə mineral duzlarla və vitaminlərlə zəngindir. Dərini hamarlaşdırır, məsamələri kiçildir, iltihab əlamətlərini yox edir.

 Avstraliya: cazibəli saçlar və gavalının sirli növü

 Bu ölkənin qadınları gur və parlaq saçları ilə öyünə bilərlər. Avstraliyalı stilist Kevin Merfi söyləyir ki,   kakadu gavalısından hazırlanan pasta saçlara xüsusilə təsir edir (Onun müştəriləri Hollivud ulduzu Keyt Blanşet və Naomi Uottsdir). Onun sözlərinə görə, avstraliyalılar bu vasitədən 40 min ildir  ki, istifadə edirlər. Məsələ burasındadır ki, bu meyvədə olan C vitamini istənilən bitkidə olduğundan dəfələrlə  çoxdur. Bu vitamin güclü antioksidant kimi boyalı saçları  müdafiə edir.

Astraliyalı qadınlar digər kosmetik vasitələrdən də, məsələn, zeytun yağından da istifadə edirlər. Onu bədən dərisinə çəkir, 1 neçə saatdan sonra yuyurlar. Bu prosedurdan sonra dəri ipək kimi zərif və parlaq olur. Zeytun yağını üzüm şirəsi ilə də qarışdırmaq olar. Onların hər ikisi  antioksidantlarla zəngindir. Üzüm çəyirdəkləri də  dəri üçün gözəl skrabı əvəz edir.

 Şərqi Avropa: zərif dəri və adi süd

Bu regionun qadınları qeyri-adi təravətli və parlaq dəriyə malikdirlər. Bunun sirri nədədir? Onlar üzlərini südlə yuyurlar. Bu da üzün dərisini təravətli edir. Tərkibindəki süd turşusu dərini təmizləyir. Əgər sizin dəriniz qurudursa, mütəxəssislər qatı südlə, əgər yağlıdırsa yağsız südlə silməyi məsləhət görürlər. Daha bir faydalı məsləhət: kakao yağını təzə banan və avokado ilə qarışdırın, dərini yumşaldan dəmləmələr və aromatik yağlar əlavə edin. Vanna və ya duş qəbul edərkən dəriyə masajla yeridin.

 Pakistan: möhkəm və elastik  bədən dərisi   və kakao yağı

Bu ölkənin də qadınları ipək kimi yumşaq dəriyə malikdirlər. Bunun səbəbi onların mütəmadi olaraq  badamdan və kokos yağından istifadə etməsindədir. Pakistanda böyümüş dermatoloq Misbax Kan belə deyir: badam çəyirdəyi skrab kimi, kokos yağı isə iltihaba qarşı və göbələk əleyhinə təsir edir. Dermatoloqlar başının dərisi quru olanlara 1-ci  sıxılmadan alınmış zeytun yağı çəkməyi,  üz üçün isə portağal və qarpızdan hazırlanmış maskadan istifadə etməyi məsləhət görürlər. Portağalın qurudulmuş qabıqlarını xırdalamaq, üzərinə limon suyu və adi su, yay vaxtı qarpız püresi əlavə etmək lazımdır. Antioksidantlarla zəngin olan bu maska dərini cavan və parlaq saxlayır.

 Şərq xanımlarının sirli gözəlliyi

Qədim papiruslardakı yazılar və piramidalar üzərindəki fironların təsviri sübut edir ki, Şərqdə qadınlar  bu gün olduğu kimi hələ 25 əsr bundan əvvəl gözəl, cazibəli və təravətli görünmək arzusunda olmuşlar.  Qədim Misir papiruslarının bölmələrindən biri kosmetik vasitələrə həsr olunub. Orada  üzdə olan qırışların və ləkələrin qarşısının alınması, dərinin rənginin dəyişməsi, saçların və qaşların boyanması və s. haqqında məlumatlar verilir. Günəş şüalarından qorunmaq üçün Misirdə həm qadınlar, eləcə də kişilər göz qapaqları üzərinə  tərkibində sürmə və yağ olan pasta çəkirdilər. Bu, həm də gözlərə badam forması verirdi. Misirlilər başlarına parik qoyurdular ki,  bu da saçları qışda soyuqdan, yayda günəşin zərərli təsirindən qoruyurdu.

Arxeoloji qazıntılar zamanı sərdabələrdə süd və süd məhsullarından hazırlanmış qidalandırıcı kremlərdən istifadə olunduğu haqqında məlumatlar var.

Orta əsrlərin Müsəlman Şərqində də qadınlar öz xarici görünüşlərinə xüsusi diqqət yetirirdilər. Müasir parfümeriyanın vətəni Fransa sayılsa da çoxları bilmir ki, müasir fransız ətirlərinin reseptləri ərəblər tərəfindən 8-9-cu əsrlərdə Avropaya gətirilmişdir. Məğrib sakinləri (Mərakeş, Tunis, Əlcəzair) və ərəblər tərəfindən zəbt olunmuş İspaniya sakinləri müxtəlif güllərdən, otlardan, ədviyyatlardan istifadə edərək müasir ətirlərə bənzər vasitələr yaradırdılar. Bunlardan başqa, kosmetik vasitələrin hazırlanmasında heyvani və mineral mənşəli maddələrdən (bal, yumurta, süd, zeytun, çaytikanı, gənəgərçək, qızılgül, nanə  və digər efir  yağları), eləcə də  bir çox meyvələrdən  istifadə edirdilər.

Bu gün mübaliğəsiz və tam səmimi etiraf etmək olar ki, Şərqin bir parçası olan Azərbaycanımızın qadınları xarici  gözəlliyinə, təravətinə, baxımlı olmasına görə hər kəsi cəlb edir və xoş hisslər oyadır.

Əziz qadınlarımız, sizi hər zaman gülərüz, xoşbəxt görmək ümidilə bu bayram günündə təbrik edir, könül xoşluğu və sevinc  dolu həyat  arzulayırıq!

 

Hazırladı: S. Aytən