Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Sağlamlıq

Məşhur qadınların işlətdiyi reseptlər

 Gözəl və cazibəli görünmək hər bir qadının arzusudur. Lakin tanrının zərif məxluqlara bəxş etdiyi məlahəti, təravəti qorumaq, onu davamlı etmək əlbəttə ki, qadının özündən də çox asılıdır. Deyirlər, çirkin qadın yoxdur, baxımsız qadınlar var. Baxımlı qadınlar cəmiyyət tərəfindən  də daha hörmətlə qarşılanır, onlarda  özünə  inam və  əminlik daha yüksək olur. Bu isə qadınları mənən daha güclü və cəsarətli edir.  Qadın gözəlliyini bərpa etmək,  qorumaq və davamlı etmək üçün müasir kosmetologiya, plastik cərrahiyyə daha nələrə əl atmır. Lakin etiraf edək ki, təbii vasitələrdən istifadə edərək gözəlliyini  və təravətliliyini təmin edən qadınlar daha çoxdur. Adi insanlardan tutmuş ən məhşur qadınlaradək. Onlar  müasir kosmetologiyanın ən son nailiyyətlərindən istifadə etmək imkanına malik olsalar  belə, təbii vasitələrdən bəhrələnməyi unutmurlar. Yəqin ki, bəzi tanınmış qadınların istifadə etdiyi sadə  gözəllik reseptlərini bilmək sizin üçün də maraqlı olar:

 Məsələn, məşhur model Sindi Krouford dərisindən təbii südü əsirgəmir. O, pulverizatora bərabər miqdarda süd və su dolduraraq dərisini nəmləndirir və süd məhlulu üzündə quruyur. Belə məhlulu soyuducuda 1 gün saxlamaq olar.

*******

Ceyn Fonda cücərmiş  buğda dənlərindən belə bir maska hazırlayır: 1 xörək qaşığı suda 1 xörək qaşığı   dənləri qarışdırır və üzərinə 1 yumurta sarısı əlavə edir, üzünə çəkir. Maska quruduqda üzərinə ikincisini çəkmək lazımdır. 20 dəqiqə sonra su ilə yumaq, sonra krem çəkmək lazımdır.

****

Aktrisa Cenifer Lav etiraf edir ki, dərisində əmələ gələn civzələri adi diş pastası ilə qurudur. Diş pastasını  iltihab nahiyələrinə nöqtə kimi sürtərək.

 

Aktrisa Mina Suvari aloye şirəsini duş qəbul etdikdən sonra bədəninə sürtür.

******

Sofi Marso isə belə bir reseptdən istifadə edir: hər səhər duşdan sonra bədəninə zeytun yağı sürtür, hopandan sonra qalıqlarını salfetlə silir.

********

Culiya Roberts zeytun yağını əlləri üçün istifadə edir, vaxtaşırı olaraq ilıq vannalar edərək.

****

Lüsi Lyu qarğıdalı unundan bədəni üçün skrab kimi istifadə edir. O, unu su ilə qarışdırır, yüngül massaj edərək  bədəninə sürtür, sonra ilıq su

ilə yuyur.

*****

Sindi Krouford dərisini kofe çöküntüsü  ilə pilinq edir. Kofe sellülitlə mübarizəyə  kömək edərək dərini hamar saxlayır. Problemli nahiyələrə kofe sürtüb, sonra su ilə yumaq kifayətdir.

*****

Saçlar:

Ketrin Zeta-Cons öz cazibədar saçlarına görə  zeytun yağına minnətdardır. O, həftədə 1 dəfə zeytun yağını quru saçlarının dibinə sürtür, başını selofanla, sonra isə dəsmalla örtür. Yarım saat sonra şampunla yuyur.

*******

Cenifer Eniston şampuna 2 aspirin həbi əlvə edir ki, bu da saçlara parlaqlıq verir və tökülməsinin qarşısını alır.

*****

Aktrisa Sara Cesika Parker belə bir krem düzəldir: 2 xörək qaşığı qaymağı 1 xörək qaşığı zeytun yağı  və 1 çay qaşığı limon şirəsi ilə qarışdırır. Alınan qarışığı başının dərisinə çəkir, 10 dəqiqə sonra ilıq su ilə yaxalayır.

Bütün qadınlarımızın sağlam, təravətli və  yüksək əhval-ruhiyyədə olmasını   arzulayırıq. Qadın sağlamdırsa, deməli gözəldir.