Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Sağlamlıq

Maraqlı parodoks

 Cənubi Karolina Tibb universitetinin alimləri 45-64 yaşlarında olan 8000 pasiyent üzərində 14 il  müşahidə aparmışlar. Onlar tamamilə spirtli içki içməyənlər idi. 10 il sonra eksperimentin şərtlərinə görə, iştirakçıların 6% içməyə başladı. 4 ildən sonra alimlər aşkar etdilər ki, spirtli içki içənlərdə ürək-damar sisteminin xəstəlikləri içməyənlərə nisbətən 38% az halda baş verir. Lakin bu heç də o demək deyil ki, insanlar spirtli içməyə davam etsinlər. Alkoqolun  özünün də orqanizmə mənfi xüsusiyyətləri məlumdur.


Eşitmənin korreksiyasında yeni üsul

    Tezliklə orta qulağın zədələnməsindən əziyyət çəkənlər eşitmə aparatından imtina edə bilərlər. Sankt-Peterburq Elmi Tədqiqat İnstitutunun mütəxəssisləri Rusiyada ilk dəfə olaraq eşitməni korreksiya edən sistemi implantasiya etmişlər. Bunun üçün maqnitin köməyi ilə gicgah nahiyəsində nitq prosessoru fiksə olunur. Daxili qulağa isə rezonator yerləşdirilir. Sistem eşitməni 90% hallarda bərpa edir.


Cazibəli mutasiya

Alimlər belə qənaətə gəlmişlər ki, mavi gözlü insanlar genetik olaraq mutantdırlar və bu mutasiya 10000 il bundan əvvəl baş vermişdir. İnsanlar mal-qara saxlayaraq onların südündən daha tez-tez istifadə etməyə başlamışlar. Məhz süddə olan yaşlı insanların orqanizminin  mənimsəyə  bilmədiyi  fermentlər buna təsir edir ki, bu da bəzi insanlarda  gözün rənginin mavi olması ilə büruzə verilir. Əslində bu  tam ziyansız, bəzən də xoşagələn  mutasiyadır. Lakin məlum deyil ki, nə üçün məhz bu genin mutasiyası  əsasən Şimali Avropa əhalisi arasında baş verir? Bəzən bu onunla izah olunur ki, mavi gözlər qeyri-adidir və  insanın cazibədarlığını artırır. Alimlərin fikrincə,  ilk mavi gözlü insanlar  Qara dəniz rayonu ərazisində meydana gəlmişdir.

 Hazırladı: S.Aytən