Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit **** ® “Huawei Mate 20 Pro” smartfon bazarında çevriliş edir **** Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub **** Ölkəmizdə zəfərançılığın inkişafı üçün böyük potensial var **** “Kaspersky Lab” Azərbaycanda 2018-ci ilin əsas kibertəhdidlərini müəyyənləşdirib **** ® “AtaBank”ın əməkhaqqı kart sahiblərinə şad xəbər **** Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb ****
Qəzetin çap variantları
14-20 fevral 2019-cu il
6 (1054)
14-20 fevral 2019-cu il
6 (1054)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

"Reklam işinin" təşkili fənninin tədrisinə yeni töhfə

 

Bu gün reklamın aktuallığı şübhə doğurmur, çünki o, bazar iqtisadiyyatının inkişafında başlıca rol oynayır və onun əsas elementi sayılır.
Reklam ticarətin, o cümlədən xarici ticarətin hərəkətverici qüvvəsidir və bu gün də  aktuallığı ilə seçilir.
Müasir dünyanı reklamsız tə­səv­vür etmək olmaz. Hazırda rek­lam bazar iqtisadiyyatında aparıcı mövqeyə malikdir və iqtisadi, informasiya-kommunikasiya, ümumi mədəni hadisə kimi ön plana çıxır.
Reklam marketinq kommunikasiyalarının hər hansı bir növü kimi müəssisənin marketinq və kommunikasiya strategiyalarının reallaşmasında mühüm rol oynayır.
Heç şübhəsiz, reklam məhsul və xidmətlərin irəliləyişi seqmentində mərkəzi hadisədir.
Müasir reklam fövqəladə dərəcədə mürəkkəb və çoxcəhətli fenomendir ki, bu da yeni iqtisadi, siyasi, sosial-mədəni və texnoloji şəraitin təsiri altında inkişaf edir və dəyişir.
Bütün bu deyilənlər sübut edir ki, bu yaxınlarda Qarayev Fərhad Mirzağa oğlunun, Elşad Nəsim oğlu Yusifovun və Azadə Qadir  qızı  Novruzovanın müəllifliyi ilə çapdan çıxmış “Reklam işinin təşkili” dərsliyi  aktuallığı ilə fərqlənir və zamanın tələbatı ilə səsləşir.
Dərsliyin mündərəcatı, struktur elementləri, konstruksiyası konseptual baxımdan düzgün tərtib edilib və onun geniş mənada platformasını və alqoritmini əhatə edir.
Müəlliflər dərsliyə  retrospektiv və reprezentativ yanaşaraq reklamın genezsini, təkamül mərhələlərini və bütünlükdə anatomiyasını və antologiyasını geniş spektrdə və qammada öyrənməyə cəhd etmişlər.
Dərsliyin leytmotivini, ana xəttini, substansional mexanizmini və energetikasını reklamın zəruriliyi, sosial-iqtisadi  mahiyyəti, məqsədləri,  funksiyaları, xüsusiyyətləri, formaları, vasitələri və növləri təşkil edir.
Müəlliflər qrupu reklam strategiyasının və  reklam kampaniyasının hazırlanmasına, yayım vasitələrinin seçilməsinə, reklam fəaliyyətinin  planlaşdırılmasına və reklam büdcəsinin hazırlanmasına praqmatik yanaşaraq bütün  metamarfozaları və metaforaları həm lokal kontekstdə, həm da ekzogen və endogen palitrada şərh etmişlər.
Dərslikdə diqqəti çəkən mə­qam­lardan biri də odur ki, Azər­baycanda reklam bazarı, reklam biznesi və resrublikada reklamın müasir  vəziyyəti və inkişaf meyilləri bütün  atributiv komponentlərlə kreativ şəkildə izah edilmişdir.
Məlumdur ki, reklam marketinqin tərkib elementlərindən biridir. Bu baxımdan  dərslikdə marketinqin kommunikasiya prosesində və marketinqin kommunikasiya sistemində reklamın yeri, həmçinin “pablik rileyşnz” sistemi sinergetik səpkidəaraşdırılmışdır.
Dərslikdəreklam işinə rəhbərliyin təşkilatı  formaları və onun təkmilləşdirilməsi istiqamətləri, istehlakçı davranışı və onun ümumi  xarakteristikası, eləcə də marketinq və reklam  mühitində  istehlakçı davranışının paradiqmaları blok şəklində təhlil edilmişdir.
Şübhəsiz, reklam bazarını informasiya-kommunikasiya texnologiyalarsız və internetsiz təsəvvür etmək çox çətindir. İnformasiya iqtisadiyyatı şəraitində reklam bazarının formalaşmasına, beynəlxalq reklam bazarında internetin roluna məhz bu rakursda və  ampulada yanaşılmışdır.
Dərslikdə nəzəri, elmi, metodoloji müddəalar praktiki, riyazi, statistik aparatla zənginləşmişdir. Dərslikdə qoyulan mövzular vertikasiya, ekstrapolyasiya, evristika metodlarına, neotexnoloji  modelə əsaslanaraq, stereotiplərdən azad  olunmaqla şərh edilmişdir. Müəlliflər haqlı olaraq hesab edirlər ki,  reklam bazar iqtisadiyyatının barometrlərini müəyyən etməklə onun empirik konfiqurasiyasını təşkil edir.
Dərslikdə əsas trendlər məlumdur   və müəlliflərin xarizmatik yanaşması ön plana  çəkilir. Bütünlükdə, dərslik bakalavr və magistr  səviyyəsi üzrə təhsil alan tələblər, dokrorantlar, elmi işçilər və müəllimlər, reklam biznesi ilə məşğul olan sahibkarlar və ümumiyyətlə reklam işi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuşdur.


F.M.Qarayevdən, E.M.Yusifovdan, A.Q.Novruzovadan ibarət olan qrupun “Reklam işinin təşkili” dərsliyini gərgin əməyin nəticəsi kimi bu fənnin tədrisinə yeni  töhfə kimi qiymətləndirmək olar.
H.B.Rüstəmbəyov, BDU-nun “Dünya iqtisadiyyatı” kafedrasının müdiri, i.e.d., prof.
A.M.Məhərrəmov, BDU-nun “İqtisadiyyat və idarəetmə”  kafedrasının müdiri, i.e.d., prof.