Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
13-19 iyun 2019-cu il
23 (1071)
4-12 iyun 2019-cu il
22 (1070)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

Nyukasl Universitetinin nümayəndəsi Robert Nyuberi Azərbaycana səfəri çərçivəsində "Azexport" və "Rəqəmsal Ticarət Qovşağı" ilə tanış olduqdan sonra bu qənaətə gəlib ki, "Azexport"un təcrübəsi bir keys olaraq universitetdə tələbələrə tədris olunmalıdır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildiriblər ki, ingilis alimi "Azexport"un dünyada e-ticarət sahəsində unikal imkan olduğunu qeyd edərək sahibkarlar üçün çox böyük imkanlar yaratdığını deyib. R.Nyuberi hesab edir ki, portal sahibkarlar üçün yeni imkanlar yaradaraq ixrac, logistika, ödəniş və marketinq sahəsində xidmətlər təklif edir. Onun qənaətinə görə "Azexport" təcrübəsinin digər ölkələrdə öyrənilməsi məqsədəmüvafiqdir.

İngilis alimi, həmçinin "Azexport"un Azərbaycan mallarının Böyük Britaniya bazarlarına çıxarılmasında xüsusi önəmini vurğulayıb.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.