Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

Çoxları iqtisadi terminlər, onlara verilən təriflər, müxtəlif iqtisadçı-alimlərin terminlərin mənası barədə irəli sürdükləri fikirlərlə yaxından tanışdır. Buna baxmayaraq, çox az insan bu terminlərin mənşəyi və tarixi  haqqında məlumata sahibdir. Bu silsilə məqalələrin yazılmasında məqsəd oxucuların maariflənməsi və iqtisadiyyat elminin qədim tarixə malik dilçilik elmi ilə əlaqələrinin tarixi köklərə əsaslandığını göstərməkdir. Qəzetin ötən saylarında mənşəyini Hind-Avropa dilləri ailəsinin Roman və German dil qruplarından götürən bir çox iqtisadi terminin etimoloji xüsusiyyətləri ilə tanış olduq. Bu dəfəki məqalədə də ənənəyə sadiq qalaraq, iqtisadiyyat elmində ən çox işlənilən terminlərin mənşəyi ilə bağlı irəli sürülən fikirlərə nəzər salaq.

İnvestisiya sözü dilimizə yatırım, sərmayə, gəlir kimi tərcümə olunur. Dilimizdə bu terminin tam ekvivalenti olsa da, nədənsə biz daha çox investisiya sözünü işlədirik. Bu səbəbdən investisiya sözünü təhlil edib, mənasını aydınlaşdıraq. Bu söz təxminən XIV əsrlərin sonlarında istifadə olunan “invest” – idarədə rəsmi geyim olan mantiya, xələt geyinmək sözündən yaranmışdır. İnvest sözü  latın dilindəki“investire”, yəni geyinmək, örtmək mənalı feldir. Sözün maliyyə mənası, yalnız XVII əsrin ilk on illiyindən sonra, pul və ya kapital yatırımı kimi qəbul edilmişdir. Təxminən 1740-cı ildən investisiya sözü ümumi mənada pulun mənfəət əldə etmək üçün əmlaka çevrilməsi, 1837-ci ildən isə yatırılmış pulun miqdarı mənasında işlənmişdir. 1938-ci ildən isə C.M.Keynsin yazılarında dezinvestisiya (disinvestment) sözünə rast gəlirik. İnvestisiya sözünün prefiksi kimi çıxış edən dis- hissəciyi əksini etmək, qeyri kimi tərcümə olunub, kapitalın istehlakını ödəmək üçün kifayət qədər yeni investisiyalar olmadıqda ölkənin kapital ehtiyatının azalması deməkdir.

İnterpolyasiya latın dilindəki interpolare felindən əmələ gəlib, dəyişmək, təhrif etmək deməkdir. Təxminən XVII əsrdən etibarən, yeni materialın əlavə olunması ilə yazının dəyişilməsi və yaxud genişləndirilməsi mənasında işlənir. Daha çox riyaziyyatın  iqtisadiyyata  tətbiqində istifadə olunan interpolyasiya termini Böyük İqtisadi Ensiklopediyaya istinadən, iki məlum kəmiyyət arasında olan kəmiyyətin hesablanması və ya iki məlum həd vasitəsilə dəyişən kəmiyyətin orta hədlərinin tapılması deməkdir.

 

Gülər Əzizova,

ADU-nun filologiya və

 jurnalistika fakültəsinin tələbəsi