Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

         Devalvasiya

 

Bəlkə də il yarım əvvəl bu terminin mənasını yalnız iqtisadçılar bilirdi desək,  yanılmarıq. Lakin dünya iqtisadiyyatında baş verən dəyişikliklər, eləcə də onların milli iqtisadiyyatımıza təsiri bu  və bu kimi bir çox iqtisadi və siyasi terminlərin gündəlikdə dəfələrlə işlənməsinə və eyni zamanda,  insanların maariflənməsinə də  səbəb oldu.   Hazırda devalvasiya sözü ən çox istifadə olunan  populyar iqtisadi terminlərdən biridir. Çoxları terminin mənasına müəyyən qədər bələd olsa da, tam olaraq, leksik mənasını bilmirlər. Sözün etimologiyası ilə bağlı mülahizələrlə tanışlıq devalvasiya termininin daha yaxşı dərk edilməsinə kömək edəcək.

Devalvasiya sözü de- prefiksi və valuation isminin birləşməsindən əmələ gələn sözdür. Bir çox iqtisadi terminlər kimi, ingilis dilindən dilimizə və dünya dillərinə keçən devaluation termini dilimizdə devalvasiya kimi işlənir. De- prefiksi, ingilis dilindəki fransız və latın dillərindən alınan sözlərin önündə işlənən sözdüzəldici şəkilçidir. Latın dilindən tərcümədə de- çıxışlıq hal bildirən –dan şəkilçisi, dair, aid kimi qəbul olunur. Valuation hissəsi isə, ilk dəfə təxminən 1520-ci illərdən başlayaraq orta fransız dilində işlənmişdir. Valuation sözünün valuer (qədim fransız dilindəki valoir), yəni qiymət verən şəxs sözündən yarandığı dilçilik elminə məlumdur. Hələ 1898-ci ildə istifadə olunan devalvasiya (devaluation) sözü yalnız 1914-cü ildən sonra spesifik maliyyə xarakteri daşımağa başlamışdır. Xatırladım ki, devalvasiyanın mənasımilli pul vahidinin dəyərdən düşməsi kimi qəbul olunur.

Revalvasiya (revaluation) termini mənasına, yaranma tarixinə və ön şəkilçisinə görə devalvasiya sözündən qəti fərqlənir. 1610-cu ildə ilk dəfə yazılı mənbələrdə istifadə edildiyi yəqin edilən revalvasiya devalvasiyanın tam əksidir. Belə ki, sözün prefiksi olan re- hissəciyi yenidən, təkrarən mənasını verir. Revalvasiya dəyərdən düşmüş milli valyutanın dəyərinin əvvəlki qiymətə qayıtması, yenidən yüksəlməsi deməkdir.

Defisit sözünə ilk dəfə 1782-ci ildə yazılı mənbələrdə rast gəlinmişdir. Latın dilindəki “bu istənilir, çatışmır” kimi tərcümə olunan defisit sözü fransız, sonra isə ingilis və digər dünya dillərinə keçmişdir. Dilimizə bu söz rus dilinin təsiri vasitəsilə keçmişdir. Buna baxmayaraq, defisit sözünün Azərbaycan dilində kəsir kimi əvəzlənməsi də mövcüddur. Akademik Ziyad Səmədzadənin ideya müəllifliyi və baş redaktorluğu ilə çap olunmuş Böyük İqtisadi Ensiklopediyada defisit termini büdcədə xərclərin gəlirləri ötməsi, istehsal amillərinin, istehsal şeylərinin tarazlaşması üçün zəruri olan pul, əmtəə və xidmətlərin çatışmazlığına deyilir. Defisit sözünün antonimi profisit sözü isə  Azərbaycan dilinə tərcümədə artıqlıq, müsbət saldo kimi qəbul olunur. Profisit termini  daha çox  büdcənin gəlirləri xərclərini üstələdiyi halda işlədilir.

 

Gülər Əzizova,

ADU-nun filologiya və

 jurnalistika fakültəsinin tələbəsi