Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

Ötən məqalədə mənşəyini Hind-Avropa dilləri ailəsinin Roman qrupuna daxil olan dillərdən götürən “market” sözü haqqında kiçik araşdırma apardıq. Bu araşdırmalara əsaslanaraq “marketinq” sözünün etimologiyasına nəzər salaq.

Market sözünün isim forması olan marketinq sözü, 1560-cı illərdən bəri almaq və satmaq, alış-satış mənasında, 1701-ci ildən isə “market”dən alınmış əmtəə mənasında işlənmişdir. Nəhayət, 1897-ci ildən bəri marketinq sözü əmtəənin istehsalçıdan istehlakçıya reklam və satış məqsədilə ötürülməsi prosesi kimi başa düşülür. Müasir dövrdə marketinq termininə mütəxəssislər bir neçə tərif vermişlər. Marketinqə baxış prizmasını təyin etdikdən sonra üç qrup marketoloq bu termin üzərində çalışmışdır.

I qrupa aid olan mütəxəssislər marketinqə idarəetmə kimi yanaşıb, onu müəssisənin fəaliyyətində bazarla əlaqəli bütün qərarların birbaşa olaraq istehlaçının tələb və istəklərinə uyğun şəkildə təşkil edilməsi kimi qeyd edirlər.

II qrupa daxil olan mütəxəsislər isə marketinqə vasitə kimi baxaraq, onu bazarda xüsusi tədbirlər vasitəsilə müəssisənin istehsal etdiyi məhsulun və ya xidmətin rəqabət qabiliyyətini artırmaq üçün görülən işlər, tədbirlər toplusu kimi nəzərdən keçirirlər.

III qrup belə hesab edir ki,  müəssisənin təsərrüfat fəaliyyətində düzgün qərarların verilməsi üçün sistemləşdirilmiş araşdırma prosesinin aparılması marketinqdir. Sonuncu qrupun verdiyi tərifdə marketinqə iqtisadi metod kimi yanaşılmışdır. Böyük İqtisadi Ensiklopediyaya əsaslanaraq, marketinqin yuxarıda sadalanan keyfiyyətlərinin cəmləşdiyi vahid tərif ortaya çıxır:“Fərdlərin və insan qruplarının digərləri ilə dəyər yaratmaq və bazarda mübadilə etmək vasitəsilə öz ehtiyac və tələbatını ödədikləri sosial və idarəetmə prosesinə marketinq deyilir. Müasir marketinq işgüzar ünsiyyətin sosial və etik normalarının, istehlakçıların və bütövlükdə cəmiyyətin mənafeyi naminə vicdanlı kommersiya fəaliyyəti qaydalarının məcmusudur”.

Depozit sözü Roman dilləri qrupunun çağdaş dövrümüz üçün ölü dili sayılan latın dilindəki deponere feilinin isim(depositum) formasıdır. Deponere feli tərcümədə kənara qoymaq, yerləşdirmək, yatırım etmək mənasını verir. Sözün ön şəkilçi vəzifəsinə çıxış edən de- hissəsini götürsək, positus sözündən yaranan position, yəni mövqe, vəziyyət sözünün də depozit sözü ilə əlaqəli olduğunu görərik. Bu termin omonim termin sayılır, yəni eyni termin həm iqtisadiyyat, həm də geologiya elmində işlənir. İqtisadiyyat elmində 1737-ci ildən işlənən bu söz, bir qədər sonra, 1781-ci ildən başlayaraq geologiya elmində də işlənir.

Depozit banklara və əmanət kassalarına qoyulan əmanət, kredit idarələrinə saxlanmaq üçün verilən qiymətli kağız, Birjanın üzvü tərəfindən Hesablama Palatasına, müqavilə qeydiyyatdan keçən zaman müştərilər tərəfindən brokerə ödənilməli olan sabit məbləğin ümumi dəyərinin şərtlənmiş bir hissəsi olan pul məbləğidir.

Yuxarıdakı mətndə və ümumiyyətlə son zamanlar çox istifadə olunan iqtisadi terminlərdən biri də broker-dir. Hələ XIII əsrin ortalarında soyad kimi işlənən bu söz XIV əsrin ortalarından maliyyə agenti, xırda biznesdə, işlərdə agent mənasında işlənməyə başlanmışdır. İngilis-Fransız dillərindəki brocour, yəni kiçik tacir sözündən əsasını götürdüyü güman edilən broker vasitəçi, dəllal kimi də dilimizə tərcümə olunur. Broker – fond, valyuta, əmtəə, əmək, sığorta və digər birjalarda valyutanın, qiymətli kağızların, işçi qüvvəsinin, əmtəənin alıcısı və satıcısı arasında bağlanan əqddə iştirak edən rəsmi nümayəndə və ya vasitəçidir. Brokerlər müxtəlif sahələr üzrə ixtisaslaşırlar. Məsələn, pul bazarında maliyyə vasitəçisi kimi fəaliyyət göstərən broker dövlət istiqrazları bazarında hökumət agentinin funksiyalarını yerinə yetirmək üçün təyin olunan fond birjasının hökumət brokeri və s.

 

Gülər Əzizova,

ADU-nun filologiya və

 jurnalistika fakültəsinin tələbəsi