Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

İqtisadiyyat elmi saysız-hesabsız terminləri, terminlərlə birlikdə qədim tarixə, etimologiyaya malik olan elmdir. Ötən saylarda birja, bank, büdcə və digər iqtisadi terminlərin mənşəyi barədə oxucuları məlumatlandırmışıq. Maariflənmə prinsipini əsas tutaraq, bu məqalədə də bir neçə iqtisadi terminin yaranması, tarixi inkişaf yolu barədə danışacağıq.

İqtisadi aləmdə ən çox işlədilən terminlərdən biri də kommersiyadır. Kommersiya sözü elmə 1530-cu illərdə gəlmişdir. İlk zamanlar, yəni XIV əsrdə orta əsr fransız dilindəki “kommers”(commerse) sözündən yarandığı isbat olunmuş, dünya dillərinə bu termin məhz fransız dilindən keçmişdir. Fransız dilindəki bu sözün öz mənşəyi də fransız dilinin aid olduğu Roman dilləri ailəsinin əsas dili olan latın dilindəki sözlərin birləşməsindən yaranmanmışdır. Belə ki, latın dilindəki kommersiyum (commercium), yəni ticarət sözü, “kom-”, yəni  birgə hissəsindən və “merchantilist”(tacir) sözünün qısa forması olan “merks” və ya “merkis”(merx, mercis) hissəciklərinin birləşməsindən əmələ gəlmişdir. Qeyd etmək istərdim ki, XVI əsrdə yaranmış və XVIII əsrin sonlarına qədər inkişaf etmiş iqtisadi nəzəriyyələrdən biri olan, əsasən QərbiAvropa ölkələrində - İngiltərə, İtaliya, Fransa, İspaniya və Portuqaliyada geniş yayılmış merkantilizimöz adını məhz ticarət sözündən götürmüşdür. Merkantilizm baxımından iqtisadi nəzəriyyənin predmeti ticarətdir(tədavül). Mənşəyindən göründüyü kimi, kommersiya ticarət, ticarət xidmətinin marketinqi anlamına gəlsə də, çağdaş zamanda bu söz geniş mənada sahibkarlıq fəaliyyəti mənasını da verir. Dilçilik lüğətlərində “ticarət, nəqliyyat, sövdələşmə, mübadilə, birlik”kommersiya sözünün nisbi sinonimləri qəbul edilir.

Araşdırdığım olduqca maraqlı etimologiyaya malik digər söz, inflyasiyadır. İnflyasiya sözünün ən qədim mənşəyi XIV əsr hesab olunur və latın dilindən gəlir. Latın dilində qabartmaq, üfləyərək şişirmək mənasını, daha sonra qədim fransız dilinə “inflation” şişkinlik mənasını verir. Sözün digər mənası olduqca çox havanın bədəndə toplanmasının yaratdığı şişkinlikdir. Dünya dillərinə bu söz orta əsr ingilis dilindən keçmişdir və yalnız 1838-ci ildə ingilis dilinin amerikan variantında “qiymət artımı, dövriyyədəki pul məbləğinin artımı” mənasında işlənmişdir. Böyük İqtisadi Ensiklopediyaya əsasən inflyasiya müəyyən müddət ərzində əmtəə və xidmətlərin keyfiyyəti yüksəlmədən qiymətlərin artması nəticəsində pulun əmtəə və xidmətlər bazarında dəyərdən düşməsi, dəyərsizləşməsi deməkdir.

İnflyasiya sözünün antonimi (əksmənalı söz) deflyasiyadır. Bu söz ilk dəfə 1891-ci ildə işlənsə də, əsasını latın dilindəki “deflare”, yəni - uzağa, geriyə üfürmək sözündən götürür. Böyük İqtisadi Ensiklopediyada verilən məlumata əsasən, çağdaş zamanda bu söz əmtəə və xidmətlərin qiymətlərinin bazis ili kimi götürülmüş ilin qiymətlərinə nəzərən yenidən hesablanması proseduru, inflyasiyanın azaldılması və əmək haqqının dondurulması yolu ilə tətbiq edilən və əsasən, arıq pul kütləsinin müəyyən hissəsinin tədavüldən çıxarılmasında ifadə olunan dövlət tədbirləri kompleksi mənasını verir.

 

Gülər Əzizova,

ADU-nun filologiya və

 jurnalistika fakültəsinin tələbəsi