Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

 

(əvvəli ötən saymızda)

 

Bank sözü gündəlik həyatda ən çox istifadə olunan, geniş yayılmış iqtisadi terminlərdən biridir. Bank maliyyə institutudur. Pulla hesablaşmaların aparılması, kreditlərin verilməsi, qiymətli kağızların buraxılması, pul əməliyyatlarını həyata keçirən  və digər funksiyaları yerinə yetirən təşkilatdır.

Bank işi hələ e.ə. VIII əsrdə Babilistanda mövcud olmuş, babil tacirləri əskinasla (əsginas) da tanış olmuşlar.

Qədim Yunanıstanda isə trapezitlər (stol) əmanətlərin: qiymətli sənədlərin, sövdələşmələrin saxlanılması ilə məşğul olurdular.

Qədim Romada isə bankirlər mensariyalar və argentariyalar adlanırdılar. Mensariyalar yunanlarda olan trapezitlərdən fərqlənmir, daha çox əmanət işləri ilə məşğul olurdular. Argentariyalar isə daha çox depozitlərin qəbulu, kredit verilməsi və bir şəhərdən digərinə pul köçürməsi işlərini həyata keçirirdilər. 

Orta əsrlərdə İtaliyada kommersiya və incəsənətin intibahı bank işinin də inkişafına zəmin yaradır və məhz bu əsrlərdə müasir dövrdə beynəlmiləl sözə çevrilmiş bank sözü yaranır. Belə ki, “banca” (bank) sözü italyan dilində dəzgah, stol mənasını verir. Sözün etimologiyası İtaliyanın Lombardiya regionunda yaşayan yəhudilərin pul mübadiləsi məqsədilə qurduqları dəzgahların adı ilə bağlıdır. Ötən məqalələrdən də məlum olduğu kimi, iqtisadi terminlərin bir çoxu latın, italyan və ya fransız mənşəlidir. Bu dillər Roman dilləri ailəsinə mənsub olduğu üçün bəzi sözlərdə səslərin, hərflərin dəyişməsi ilə əlaqədar müəyyən fərqlər yaranır. Bu baxımdan  fransız dilindəki "banque" (bank) sözü də istisna deyil. Bundan başqa, "bankrot" (müflis) sözünün də etimologiyası və tarixi də məhz İtaliya və italyan dili ilə bağlıdır. Orta əsrlərdə bankir müflis olanda onun dəzgahı əhali tərəfindən sındırılırdı. “Banca” - dəzgah, italyan dilindəki “rompere” - sındırmaq felinin forması olaraq “rotta” sözlərinin birləşməsi "bancarotta" (bankarotta) sözünü əmələ gətirir.

Bu gün istər iqtisadi, istərsə də məişət həyatında geniş istifadəçi kütləsinə malik valyuta termini mənşəyini italyan dilindən götürür. Valyuta sözü “volere” – dəyəri, qiyməti olmaq sözü ilə bağlı olaraq, “dəyər, moneta” kimi tərcümə olunur. Maraqlısı budur ki, italyan dilindəki bu sözün özü də əsasını qədim köklərə dirənən latın dilindəki "valere", yəni güclü olmaq, imkana malik, qiymətli olmaq sözündən götürür. Valyuta pul vahidi, milli banknot, eləcə də beynəlxalq hesablaşmalarda istifadə edilən və xarici pul vahidlərində kredit sənədi (çek, köçürmələr, tratta) məzmununu verir. Bütün milli valyutalar “kağız”dır.

Bugünkü məqalənin tematikasından kənara çıxmayaraq, bank sistemində, ümumi iqtisadiyyatda sıx-sıx işlənən kredit termininin  etimologiyası ilə də tanış olaq. Kredit  Roman dilləri ailəsinin “ölü dili” hesab olunan, lakin elmə məlum terminlərin böyük hissəsinin mənşəyi  sayılan  latın dilinə mənsub olan termindir. Kredit sözü latın dilindəki "credere" (kredere) – inanmaq, etibar etmək felinin köməyi ilə düzələn isimdir. Bu sözün eləcə də XVI əsrin 20-ci illərində yaranan  orta dövr fransız dilinə və ya italyan dilinə aid olduğu haqqında da mülahizələr irəli sürülür. Eyni dil ailəsinə mənsub olan dillər üçün bu, gözlənilən hadisədir, hər iki dildə "credit" (kredit), "credito" (kredito) etibar, güvən, inam deməkdir. Lakin sözün maliyyə termini kimi elmə gətirilməsi bundan təxminən otuz il sonraya təsadüf edir. Terminin Roman dilləri ailəsində yaranmasına baxmayaraq, German dilləri ailəsinə daxil olan ingilis dili, bu terminin olduqca geniş vüsət alaraq, bütün dillərin lügət tərkibinə keçməsinə təkan vermişdir. Kredit sözünün etimologiyası altı əsr öncəki dövrü əhatə etsə də, kredit anlayışı hələ eramızdan əvvəl II minillikdə kredit əlaqələrinin mövcud Mesopotamiyada işlənirdi və Hammurapinin qanunları ilə tənzimlənirdi. Qədim Misir və İnklər imperiyasında da kredit münasibətləri o dövr üçün olduqca yüksək inkişaf səviyyəsində idi. Maraqlı fakt isə budur ki, o dövrlərdə də kredit vermə qaydaları mövcud idi və dövlətlər, imperiyalar tərəfindən tənzimlənirdi.

 

Gülər Əzizova,

ADU-nun filologiya və

 jurnalistika fakültəsinin tələbəsi