Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

(əvvəli ötən saymızda)

Bir çoxları iqtisadi terminlər, onlara verilən təriflər, müxtəlif iqtisadçı-alimlərin fikirləri ilə yaxından tanışdırlar. Lakin heç də hər kəs bu terminlərin mənşəyi və tarixi  haqqında məlumata sahib deyil. Bu silsilə məqalələrin yazılmasında məqsəd oxucuların maariflənməsi və İqtisadiyyat elminin qədim tarixə malik Dilçilik elmi ilə əlaqələrinin tarixi köklərə əsaslandığını göstərməkdir. Ötən sayda işıq üzü görən məqalənin davamını sizə təqdim edirik.

Birja sözünün əsası keçən məqalədə də haqqında məlumat verilən “borsa” sözündən götürülmüşdür. Bu söz hal-hazırda italyan dilində borsa, fransız dilində bourse, ispan dilində bolsa şəklində birja sözünü ifadə edir. Müasir Roman dillərində bu sözlərin zahiri formasını dəyişərək istifadə olunması bir daha sübut edir ki, birja anlayışı da məhz bu ərazilərdə yaranmışdır. Birja termini XV əsrdə Belçikanın Brügge şəhərində, venesiyalı ticarətçi Van Der Burse (soyadın orijinalı Della Borsa idi) ailəsinin yaşadığı malikanədə keçirilən əmtəə dəyərləndirilməsi görüşlərindən sonra işlənməyə başlayır. Bu ailənin gerbinin üzərində də üç kiçik çanta (italyanca borsa) təsvir olunmuşdur. Beləliklə, ilk birjalar Belçikanın Antverpen şəhərində 1531, Fransanın Lion şəhərində isə 1548-ci ildə yaranmışdır. Birja anlayışının şəxsi, özəl bir idarədən inkişaf edərək ictimai xarakter daşıması onun tənzimlənməsinə gətirib çıxarmışdır. XVII əsrdə bu korporasiyaların artıq daha geniş vüsət alması digər Avropa şəhərlərində də birjaların yaradılmasına zərurət yaratdı. Çox keçmədən Sevilyada Kaza de Kontratasyon (ticarət evi), Londonda, Parisdə və 1561-ci ildə fəaliyyətə başlayan Amsterdam birjasının həm əmtəə, həm də qiymətli kağızlar üzrə ixtisaslaşması, Antverpendəki ilk birjalarından da irəli getməsi də bu sahədə inkişaf demək idi. Müasir dövrə nəzər salsaq, keçən əsrin ilk beş onilliyində ABŞ siyasətçi və prezidentləri tərəfindən fond və maliyyə birjalarının artırılması olduqca uğurlu və uzaqgörən siyasət idi.

Moneta (sikkə) ağılla gündəlik həyatımızda mübadilə, əmtəəni (yoxsa malı) satmaq və ya almaq üçün istifadə olunan vasitədir. Əslində isə bu “söz”ün digər funksiyaları da olmuşdur. E.ə. 390-cı ildə Roma qallalıların hücumuna məruz qalan zamanlar Kapitolidəki məbəddə ilahə Yunona (yunan mifologiyasında Hera) üçün müqəddəs qazlar yetişdirilirdi. Gecələrin birində qazlar qallalıların gəlişini hiss edərək, qaqqıltıları ilə həyəcan yaradırlar. Konsul Markus Manliya isə qazların təhlükəni hiss edib onları xilas etdiklərinə görə Kapitoliyalı soyadını adına əlavə edir. O zamandan bəri ilahə Yunona Moneta təxəllüsü ilə xatırlanmağa başlanır. Latın dilindən tərcümədə “monere” fel forması xəbərdar etmək mənasını verir. Belə güman olunur ki, ilahə qallalıların gəlişini xəbərdar etmək üçün qazları “işə salmışdır”. Bundan başqa latın dilindəki moneta sözünün özü də məsləhət verən kimi tərcümə olunur. Məlumatlara görə, Roma Kapitolisində Yunona Monetanın məbədinin yanında metal pullar istehsal edən emalatxanalar var imiş. Herodot və bəzi digər müəlliflər monetaların ilk dəfə Kiçik Asiya dövləti olan Lidiyada istehsal olunduğunu yazır. Ən qədim monetalar e.ə. 685-ci ildə hökmdar Ardisin hakimiyyəti dövründə Lidiyada istehsal olunmuşdur.

 

Gülər Əzizova,

ADU-nun filologiya və

 jurnalistika fakültəsinin tələbəsi

 (ardı var)