Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

İqtisadi terminlərin mənşəyihaqqında araşdırmalar

Hər bir elmin özünün yaranma və inkişaf tarixi olduğu kimi, xüsusi terminləri, anlayışları da diqqəti cəlb edir. Müasir dövrdə elmlərin bir-biri ilə qarşılıqlı əlaqəsinə istinad edərək deyə bilərik ki, bu gün dilimizdə olan və bəzən də fərqinə varmadan işlətdiyimiz sözlərin mənşəyi daha dərindir və onların bir qismi müxtəlif

dünya dillərindən alınma sözlərdir. Eləcə də elmi-texniki tərəqqinin sürətli inkişafı, dünya elmlərinə inteqrasiya dilimizə müasir terminlərin də daxil olmasını qaçılmaz edir. Bu baxımdan iqtisad elmində daha çox təsadüf edilən xarici mənşəli sözlərin mənasını araşdıraraq sizə təqdim etmək istəyirik dilindən tərcümədə bir çoxlarının “ekonomika” kimi tanıdığı eynimənalı, lakin beynəlmiləl sözlə eyni mənanı kəsb edir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində "ekonomika" ərəb dilindən alınmış "iqtisad" və ona qoşulmuş "iyyat" suffiksi ilə birləşmiş sözlə ifadə olunur. Lüğəti mənası da elə "ekonomika" anlayışına uyğundur. Elm tarixinə iqtisadiyyat” sözünü, anlayışını ilk dəfə qədim yunan alimləri gətirmişlər. Araşdırmalara əsasən, bu söz eramızdan əvvəl beşinci əsrdə yaşamış antic roma yazıçısı, tarixçisi və siyasi xadimi Ksenofontun "Ev təsərrüfatı" və ya "Ev iqtisadiyyatı" əsərinin adından götürülmüşdür. Daha sonra isə bu termin Aristotelin “Politika” traktatında daha geniş şəkildə şərh olunmuşdur.

İqtisadiyyat elminə daha çox Ekonomika kimi daxil olan bu terminin mənşəyi elmə latın dili vasitəsilə yunan dilindən daxil olmuşdur. “Eko” sözü mənşəyini yunan dilində ev, ailə üzvləri, mülk, hətta qulların da daxil olduğu geniş ailə vahidi mənasını verən “oikos” (oykos) sözündən götürür. Oikos ailənin ən böyük kişi üzvü tərəfindən idarə olunurdu. Bu ailə başçısının əsas vəzifəsi isə ev təsərrüfatı ilə məşğul olmaq və ailənin bütün üzvlərinin rahatlığını təmin etmək idi. Belə ki, müasir dövrdə eko istər ekologiya, istərsə də ekosistemdə müstəqil blok mənasında işlənir. Ekonomika sözünün ikinci, yəni suffiks şəklində çıxış edən “-nomiya(ka)” (və ya nomos) hissəciyi yunan dilindən tərcümədə idarəçilik, qanun və prinsip mənasını verir. Beləliklə, ekonomika sözünün orijinal forması – “oikonomos” evin, ailənin, daha dəqiq ifadədə, ocağın idarə olunması deməkdir. Büdcə ingilis dilində “budget” sözündən götürülüb. Əslində, bəzi mənbələrə görə, bu söz əsasını qədim fransız (normand) dilindəki bougette, digər mənbələrə görə isə, italyan dilində olan borsa sözündən götürür. Hər iki dildə sözün mənası çanta, pul kisəsi mənasına gəlir. Bu dillərin hər ikisinin Hind-Avropa dilləri ailəsinin Roman qrupuna aid olduğunu nəzərə alsaq, səs dəyişməsi nəticəsində fərqlənən sözlərin əslində eyni mənanı kəsb etdiyinin aydın şəkildə şahidi oluruq. Bu dillərin morfoloji quruluşunun flektiv dillər qrupuna aid olduğunu bilərək, bu dillərdə olan sözlərin daxili fleksiya nəticəsində dəyişməsi də labüd hadisədir. Sözün etimologiyası “büdcə” sözünün istər dövlətin, istərsə də digər təsərrüfat vahidinin “pul kisəsi” mənası verdiyini sübut edir. Büdcə makroiqtisadiyyatda ən vacib konsepsiyalardan biridir. Büdcənin təhlili ilə maliyyə elmi məşğul olur. Franklin Qrem büdcə haqqında deyir: “Büdcəni balanslaşdırmaq cənnətə düşmək ki midir. Hər kəs bunu istəsə də, heç də hamı buna nail olmaq üçün lazımi şeyləri etmir”. Böyük İqtisadi Ensiklopediyaya istinadən, təcrübədə büdcə növləri fərqləndirilir: illik büdcə, yerli büdcə, kəsirsiz büdcə, brutto-büdcə, netto-büdcə, istehlak büdcəsi, ailə büdcəsi, icmal büdcəsi və s.

Kapital latın dilində “capitalis” – kapitalis kimi tələffüz olunan, əsasını tərcümədə caput (kaput) və ya capo (kapo) sözlərindən götürən iqtisadi termindir. Caput və capo sözləri italyan dilində indi də insan bədəninin əsas hissəsi olan baş mənasında, müəyyən sözlərin önündə isə “şef” sözü kimi işlənir. Kapital sözü də tərcümədə əsas, dominant, baş mənasını verir. Dahi mütəfəkkir K.Marksa görə, kapital öz-özünə artan dəyərdir. İ.Fişerin fikrincə isə, capital tətbiq sahəsi və fəaliyyət xarakterindən asılı olmayaraq, öz sahibinə xeyir gətirən nemətdir. Klassik iqtisadiyyatda mövcud olan dörd əsas amildən (torpaq, əmək, sahibkarlıq qabiliyyəti) biri də məhz kapitaldır. A.Marşall kapitalı istehsalın ilkin şərtlərini formalaşdıran əşyaların məcmusu adlandıraraq, onun əsas xüsusiyyətinin gəlir gətirmək olduğunu vurğulamışdır.

Hazırladı: Gülər Əzizova,

ADU-nun filologiya və

jurnalistika fakültəsinin tələbəsi

(ardı var)