Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

İqtisadi artım istər kəmiyyət və istərsə də keyfiyyət baxı¬mından sosial tərəqqi ilə qarşılıqlı əlaqədə olub, onun əsasını təşkil edir. Məhz iqtisadi artım məhsuldar qüvvələrin artı¬rıl¬ması yolu ilə insan cəmiyyətinin hərtərəfli inkişafına təsir edir.

 Hər bir cəmiyyətdə maddi nemətlərin artırılması ilə yanaşı cəmiyyətin sosial inkişafına da maddi zəmin yaradılır. İngilis iqtisadçısı A.Smit hələ XVIII əsrdə yazırdı ki, əhalisinin böyük bir qismi aclıq şəraitində yaşayan heç bir ölkə özünü çiçəklənmiş və bəxtəvər hesab edə bilməz. Beləliklə, iqtisadi artımda əsas məqsəd elə belə təsərrüfatçılıq nailiyyətləri olma¬yıb, son nəticədə insanın inkişafına zəmin yaratmaqdan iba¬rətdir. Hər bir cəmiyyətdə isteh¬salın son məqsədi insanla baь¬lıdır. Beləliklə, insan məhsuldar qüvvə¬lərin inkişaf amili ol¬maq¬la yanaşı, həm də istehsal münasibətlə¬rinin və bütün di¬gər ictimai münasibətlərin əsas subyektidir. Odur ki, bütöv¬lükdə cəmiyyətin və iqtisadi artım probleminin də əsas məqsədi insanın hərtərəfli inkişafını təmin etməkdən ibarətdir.

 Qeyd etməliyik ki, ictimai insanın rolunun dəyişməsi 1950-1960-cı illərdə bəzi ölkələrdə «İnsan kapitalı» nəzəriyyəsinin yaranmasına və yayılmasına səbəb olmuşdur. Bu nəzəriyyə demək olar ki, «İnsan münasibətləri» nəzəriyyəsinin özünəməxsus davamı hesab edilir (həmin  nəzəriyyə 1920-ci illərdə ABŞ-da Teylorçuluьa müxalif bir nəzəriyyə kimi yaranmışdır).

 Bu nəzəriyyələr məhsuldar qüvvələr sistemində insanın rolunun dəyişilməsinə olan yeni baxışları əks etdirirdi. Beləliklə, 1970-ci illərdən  şəxsiyyətin hərtərəfli inkişafı məsələsinə olan diqqət artmışdır.

 Beləliklə, iqtisadi artım problemini tədqiq edən bir çox iqti¬sadçılar burada sosial, iqtisadi və siyasi amillərin qarşılıqlı götürülməsinə üstünlük vermişlər. Məsələn, BMT-nin «Sosial inki¬şaf tədqiqat institutu» 1970-ci ildə «Sosial inkişafın kom¬pleks indeksi» təklifini vermişdir. İndeks 16 göstəricini özündə birləş¬dirirdi (9 sosial, 7 iqtisadi göstərici). Bunlar:

 - gözlənilən ömür müddəti;

- şəhər əhalisinin xüsusi çəkisi;

- gündəlik istehlak olunan zülallar (heyvan mənşəli);

- ibtidai və orta təhsilli əhalinin xüsusi çəkisi;

- öz ixtisası üzrə işləyənlərin məşьulluq səviyyəsi;

- bir otaqda yaşayanların orta sayı;

- hər min nəfərə düşən qəzetlərin sayı;

- iqtisadi fəal əhalinin xüsusi çəkisi;

- elektrik enerjisi, qaz və təmiz sudan istifadə  səviyyəsi;

- bir nəfər (kişi qisminə) hesabı ilə istehsal edilən kənd təsər¬rüfatı məhsulunun həcmi;

- kənd təsərrüfatında işləyənlərin tərkibində kişilərin xüsusi çəkisi;

- ÜDM-də emal sənayesinin xüsusi çəkisi;

- hər nəfər  hesabı ilə xarici ticarətin həcmi;

- muzdla işləyənlərin xüsusi çəkisi və s.

1987-ci ildə Vaşinqton Komitəsi əhali artımı böhranı prob¬lemi barədə «Beynəlxalq uьursuzluq indeksi» dərc etdir¬mişdir. Burada da bir çox göstəricilər əsasında ayrı-ayrı ölkə¬lərdə əhalinin həyat şərai¬ti təsvir edilmişdir. Bunlardan:

- gəlirlərin səviyyəsi;

- inflyasiya səviyyəsi;

- yeni iş yerlərinə olan tələb;

- şəhərlərə axın dərəcəsi;

- uşaq ölümü faizi;

 - qidalanmanın xarakteri;

- təmiz içməli su ilə təmin olunma;

- elektrik enerjisindən istifadə dərəcəsi;

- yaşlı əhalinin savadlılıq dərəcəsi;

- şəxsiyyət azadlıьı səviyyəsi və s.

Həmin dövrdə bu göstəricilərə görə ən qeyri-qənaətbəxş vəziyyət Mozambik, Anqola və Əfqanıstanda, daha qənaətbəxş və¬ziyyət isə İsveçrə, Almaniya və Lüksemburqda qeydə alınmışdır. Ay¬dındır ki, vaxt keçdikcə vəziyyət dəyişir və dövlətlərin yeri də də¬yişir. Bütün bu göstəricilər  bilavasitə əhalinin həyat şəraitini gös¬¬tərməklə onlar¬da sosial proseslərin meydana gəlməsinə səbəb olur.

İnsanların yemək, geyim, mənzil və s. kimi zəruri tələ¬batlarının ilk növbədə ödənilməsi ilə iqtisadi artım cəmiyyətin real imkan¬larını genişləndirir ki, bu da ümumi rifaha səbəb olur. Zəruri tələbat ödənildikdən sonra tələbat sadədən mürəkkəbə doьru dəyişir. Sadə həyat nemətlərindən nisbətən mürəkkəb, müasir nemətlərə olan tələbat yaranır. Bu da in¬sanların fizioloji və mənəvi təkmilləş¬dirilməsi ilə baьlıdır.

İnsanların ictimai rifahının müəyyən edilməsi üçün «Ümumi rifahın iqtisadi indeksi»ndən istifadə edilir. Bu indeks xalis şəxsi istehlak elementlərinə əsaslanır. Ümumi bölməyə aid olan səhiyyə və təhsil sistemindən fərqli olaraq investisiya, hərbi xərclər, yanьından mühafizə, milis sistemi və s. bu indeksə daxil edilmir.

Yunan iqtisadçısı K.Zolotas 1950-1977-ci illərin material¬ları əsasında ABŞ-da «Ümumi rifahın iqtisadi indeksi»ni he¬sabla¬mış¬dır. O, belə nəticəyə gəlmişdir ki, həmin dövrdə ÜDM üzrə illik orta artım 3,4 %, indeks artımı isə 2,2 % olmuşdur.

Bu problemin şərhində gəlirlərin bölgüsü, əmlak qeyri-bərabər¬liyi, ölkələr arasında kəskin fərqin olması və s. kimi xüsusiyyətlər müşahidə olunur.

İqtisadi artım ilə sosial tərəqqinin qarşılıqlı götürülməsi nəticə etibarilə insan inkişafına geniş yol açmış olur.

BMT-nin inkişaf proqramında (BMTİP) insan inkişafı haqqında

BMT yarandıьı vaxtdan hər bir insanın inkişafına zəmin yarada biləcək yüzlərlə tədbirlər sistemi həyata keçirmişdir. Nəhayət 1990-cı ildə BMT-nin inkişaf proqramı (BMTİP) çərçivəsində «İnsan inkişafı haqqında məruzə» dərc edilmişdir. Həmin vaxtdan etibarən insana həsr olunan hər bir beynəlxalq tədqiqat ilbəil nəşr edilir. Bu ilk məruzədə əsas məqsəd ondan ibarət olmuşdur ki, bütövlükdə ictimaiyyətin və xüsusilə bu sahənin tədqiqi ilə məşьul olan mütəxəs¬sislərin insan inkişafına dair diqqətini daha da artırsın. Burada yalnız hər nəfərə düşən gəlirin həcmi deyil, bir çox digər amillər əsas götürülür.

«İnsan inkişafı barədə məruzə»də göstərilmişdir ki, «insan inkişafı onun seçim imkanlarının genişlənməsi prosesi demək¬dir». Deməli insan seçiminin genişlənməsi onun imkanlarının geniş¬lənməsi əsasında baş verə bilər. Hər bir seçimin də müəy¬yən həddi olmalıdır. Aydındır ki, vaxt dəyişdikcə seçimin öl¬çüsü-həddi də dəyişir.

Cəmiyyətin bütün inkişaf mərhələlərində «insan inkişafı» və yaxud «insan potensialının inkişafı» sahəsində üç əsas seçim imkanı ön plana çəkilir:

- uzun ömür yaşamaq;

- saьlam həyat tərzinə və ləyaqətli yaşayışa malik olmaq;

- mövcud ehtiyatlardan istifadə və bilik əldə etmək imkanına nail ola bilmək.

Bu əsas tələbatlar ödənilmədən bütün digər imkanlar demək olar ki, əlçatmaz olur.

Lakin «insan potensialı inkişafı» daha geniş anlayışdır. Burada cəmiyyətin siyasi, iqtisadi, sosial həyatında insanların yaradıcılıьı, məhsuldar iştirakı, hər cürə qabiliyyətlərinin real¬laşdırılması, şəxsi ləyaqəti, cəmiyyət qarşısında ictimai borcu¬nun ödənilməsi və digər bir çox cəhətlər əks olunur.

Bütövlükdə «insan potensialı inkişafı» prosesi öz növbə¬sin¬də müəyyən qlobal problemlərin həlli ilə həyata keçirilə bilər.

Bunlardan:

1. İnsan hüququnun zlənilməsi. «İnsan potensialının in¬kişafı» prosesi ancaq onların sosial, mədəni, etnik, siyasi və vətəndaşlıq hüquqlarının reallaşdırılması yolu ilə həyata ke¬çirilə bilər. İnsan bir çox bacarıqlarını ancaq vətəndaşlıq və si¬yasi hüquqları çərçivəsində reallaşdıra bilər.

Onu da qeyd etməliyik ki, BMT-nin Baş assambleyası dekabr ayının 10-u 1948-ci ildə insan hüququ barədə Ümu¬mi Bəyannamə qəbul etmişdir. Orada göstərilmişdir ki, «hər bir insan özünün və ailəsinin saьlam yaşayışı üçün yemək, geyim, mənzil hüququna, tibbi və sosial xidmətlərdən istifadə hüququna malik olmalıdır. Hər bir insanın təhsil almaq, sosial təminat və əmək hüququ vardır». Sonrakı beynəlxalq tədqiqatlarda da bu kimi müddəalarla yanaşı insanın təhlükəsizliyi hüququ, müəy¬yən proseslərdə iştirakı hüququ, ayrı seçkilik hüququna məruz qalmaması məsələləri göstərilmişdir.

2. İctimai rifahın gözlənilməsi. Şəxsi rifah ilə ictimai rifah qarşılıqlı vəhdəd halında götürülməlidir. Bu isə ümumi tərəq¬qi naminə nemətlərin ədalətli bölgüsünə əsaslanır.

3. Bərabərlik prinsipinin gözlənilməsi. Burada yalnız mad¬di nemətlərin bərabər bölgüsü nəzərdə tutulmur. Bütün digər hüquqlarda da – təhsil, səhiyyə xidməti sahəsi, siyasi hüquq, qadın və kişi hüququ bərabərlikləri və s. nəzərdə tutulur.

4. Dözümlülük prinsipi. Müxtəlif dini baxışlara, mədəniy¬yə¬tə, dilə malik olan insanlar biri-birinə hörmətlə yanaşmalıdırlar.

5. Təbiətə hörmət və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi də insan inkişafında böyük rola malikdir.

Onu da qeyd etməliyik ki, «İnsan inkişafı barədə məru¬zə»də insan potensialının inkişaf səviyyəsini müəyyən etmək üçün insan poten¬sialı inkişafı indeksi (İPİİ) və yaxud insan inkişafı indeksi (İİİ) göstəricisindən istifadə edilməsi də qərar¬laşdırılmışdır.

Bu göstərici heç də insan potensialı inkişafını tam əhatə edə bilmir. Buna baxmayaraq hər halda insan potensialının pers¬pektiv inkişafı barədə və eləcə də ayrı-ayrı ölkələrdəki və¬ziyyət barədə müəyyən təsəvvür yaradılmasına imkan verə bilir.

Burada əsasən ümumi şəkildə üç göstəricindən istifadə edilir:

1. Ömür müddəti.

2. Təhsil səviyyəsi.

3. Həyat səviyyəsi.

Bir çox ölkələr üzrə həmin göstəricilərin təhlilindən aydın olur ki, hər nəfərə düşən ÜDM-nin həcmi artıq olan ölkələrdə bir qayda olaraq ömür müddəti yüksək, orta oxumaq müddəti də artıqdır.

Bu qanunauyьunluьu aşaьıdakı cədvəldən də aydın gör¬mək olar.

 Cədvəl 1

 İnsan inkişafının əsas göstəricilərinin dinamikası (2004)

 

Adambaşına dü¬şən ÜDM-nin həcmi az olan ölkələr

Adambaşına dü¬şən ÜDM-nin həc¬mi orta səviyyədə olan ölkələr

Adambaşına dü¬şən ÜDM-nin həcmi yüksək olan ölkələr

Gözlənilən ömür müddəti:

63

68

77

Gündəlik istehlak olunan k.kallori:

2331

2834

3398

Yaşlı əhalinin savadlılıq səviyyəsi, %-lə

66

72

89


Cədvəl 2

 Hər nəfərə düşən ÜDM-nin həcmi və ömür müddəti yüksək olan bəzi ölkələr (2004)

 

Ölkələr

ÜDM, dollar

Ömür müddəti, il

1

Norveç

54391

78,7

2

Niderland

54391

78,3

3

İsveçrə

47866

79,6

4

İrlandiya

45750

76,8

5

Danimarka

45000

76,0

6

ABŞ

39045

77,1

7

İsveç

38834

79,6

8

Yaponiya

36290

80,7

9

Böyük Britaniya

35447

77,7

10

Avstraliya

35380

79,8

 Cədvəl 3

Hər nəfərə düşən ÜDM-nin həcmi və ömür müddəti az olan bəzi ölkələr   (2004)

 

Ölkələr

ÜDM, dollar

Ömür müddəti, il

1

Syerra-Leone

160

37,5

2

Uqanda

295

41,4

3

Çad

371

47,7

4

Qvineya

514

46,5

5

Ruanda

200

42,1

6

Burundi

233

47,2

7

Toqo

450

50,1

8

Mozambik

253

46,9

9

Zambiya

430

43,0

10

Burkina-Faso

382

46,0

 

Hər iki cədvəldəki göstəricilərdən aydın olur ki, hər nəfərə düşən ÜDM-nin həcmi ilə ömür müddəti arasında birbaşa qa¬nuna¬uy¬ьunluq vardır. Aydındır ki, qabaqcıl ölkələrdə istehlakın (xüsusilə ərzaq mallarının) quruluşunda da köklü fərq vardır.

Bütün bunlarla yanaşı qeyd etməliyik ki, hər nəfərə düşən ÜDM insan potensialının inkişafına təsir edən yeganə amil deyildir. İnsanın tələbatının ödənilməsi bir çox amillərdən asılıdır. Mad¬di tələbat, mənəvi tələbat, sosial tələbat və s.

Deməli, xalis iqtisadi-maddi tələbatdan əlavə hər bir insanın aşaьıdakı tələbatları da ödənilməlidir:

1) asudə-sərbəst vaxta olan tələbatın ödənilməsi;

2) sərbəst fəaliyyət, intellektual və mənəvi inkişafa zəmin yara¬dılması;

3) hər cürə təhsilin genişləndirilməsi;

4) insanın fiziki qabiliyyətlərinin təkmilləşdirilməsi;

5) ictimai vəzifələrin yerinə yetirilməsi üzrə ictimai tələ¬batın ödənilməsi;

6) fəal istirahət etmək və insanlarla ünsiyyət saxlamaq    imkan¬larına   zəmin yaradılması  və s.

Bütün bu kimi  maddi, mənəvi, sosial və digər tələbat¬la¬rın ödə¬nil¬məsi insan şəxsiyyətinin formalaşmasına zəmin yaradır.

Beləliklə, insanın hərtərəfli inkişafına, yaradıcılıq qabiliy¬yətlərinin təkmilləşdirilməsinə, təhsilinə, ixtisas dərəcəsinin artırılması və s. çəkilən xərclər «insandan ibarət kapital» yaradır.

Adətən kapital dedikdə, avadanlıqlar, binalar, qurьular, dəzgah¬lar, fabrik, zavod, traktor və s. nəzərdə tutulur. «İnsandan ibarət kapital» dedikdə, insanın inkişafına qoyulan investisiya nəticəsində onun təhsil səviyəsinin artması,  saьlamlıьı, bacarıьı, intellektual səviyyəsi, talantı, daha çox dəyər yaratmaq qabiliyyətinin məcmusu  nəzərdə tutulur.

Onu da qeyd etməliyik ki, insanın intellektual potensia¬lının qiymətləndirilməsi və ölçülməsi problemi «nəzəri iqtisad» elminin formalaşdırılması dövründə alimlərin diqqətini daha çox cəlb etmişdir. Hələ XVII əsrdə ingilis iqtisadçısı Ü.Petti (1623-1687) İngil¬tərənin milli sərvətini 217 mln. funt sterlinq, əhalinin özünü isə 417 mln. f.st. qiymətləndirmişdir. İngilis iqtisadçısı A.Smit (1723-1790) bu ideyanı inkişaf etdirərək  bilik və ixtisası da maşın və torpaq kimi cəmiyyətin əsas kapitalı hesab edirdi. Karl Marks da yazırdı ki, əhali sərvətdir.

Beləliklə, müasir «nəzəri iqtisad» elmində də «insan kapitalı» anlayışı çox geniş istifadə edilir. Demək olar ki, inkişaf etmiş ölkələrdə elmi-texniki proseslərin təsiri altında yaranmış insan kapitalı ideyasının formalaşması elə özlüyündə elmi-texniki inqilab adı almışdır.

1960-cı illərdə Amerika iqtisadçısı T.Şults bu problemi hərtərəfli tədqiq etmişdir. 1992-ci ildə isə Amerika iqtisadçısı Q.Bekker «insan kapitalı» nəzəriyyəsi barədə tədqiqat işinə görə Nobel mükafatı almışdır. Bu sahədə irəli sürülən nəzəri müddəa¬ların  əksəriyyətində fikir birliyi ondan ibarətdir ki, insanın inkişafına sərf edilən investisiya daha çox gəlir gətirir. Buradan da K.Marksın «Kapital öz-özünə artan dəyərdir» və yaxud «Kapital - dəyər gətirən dəyərdir» ifadəsini insandan ibarət kapitala daha çox aid etmək olar.

Odur ki, son dövrlərdə insandan ibarət kapitalın maliy¬yə¬ləş¬məsinə olan diqqət daha çox artmışdır. Son on illiklərdə xüsusilə inkişaf etmiş qabaqcıl ölkələrdə insan kapitalının əsası olan təhsil (xüsusilə ali təhsil) sahəsinin inkişafına daha çox maliyyə vəsaiti ayrılmışdır.

Onu da qeyd etməliyik ki, son illərdə bir çox ölkələrdə əmək qabiliyyəti yaşı 16-18 yaş deyil, 22-25 yaş hesab edilir. Bu yaşda insanlar ali təhsil də ala bilirlər.

Hazırda bəzi ölkələrdə «ömür boyu oxumaq» sistemi daha çox yayıl¬mışdır. Amerika iqtisadçıları belə hesab edir ki, hər bir işçi orta ixtisas dərəcəsi almaq üçün ən azı 13-14 il oxumalıdır. Bu kimi  işçilərə çəkilən təhsil haqqı ən azı 350 min dollar təşkil edir.

Bu mənada heç bir mütəxəssisin xaricə getməsi öz ölkəsi üçün sərfəli deyildir.

Hesablamalara görə xaricə işləməyə gedən hər bir mütəxəs¬sisin müqabilində onun ölkəsi 300-400 min dollar zərər çəkmiş olur.

Odur ki, hər bir ölkənin milli sərvətində insandan ibarət ka¬pital da ayrıca tədqiq edilir. Savadlıların, mütəxəssislərin, alim¬lərin sayı çox olan ölkələrdə insan kapitalının xüsusi çəkisi də artıqdır.

Bütövlükdə daha ümumiləşdirilmiş formada milli sərvə¬tin tərkibi aşaьıdakı kimi təsvir edilir.

 Cədvəl 4

 Dünya üzrə milli sərvətin həcmi (XXI əsrin əvvəlinə)

Qrup dövlətlər

Milli sərvət

O cümlədən, kapitalın

növləri, trln. doll.

Cəmi trl. doll.

Hər ənəfərə düşən mln.doll.

Insan kapitalı

təbiətdən

hasil olan

kapital

təkrar bərpa olunan kapital

Dünya üzrə

550

90

365

90

95

«Yeddilər» və Aİ

275

360

215

10

50

OPEK ölkələri

95

195

45

35

15

MDB ölkələri

80

275

40

30

10

O cümlədən, Rusiya

60

400

30

24

6

Sair ölkələr

100

30

65

15

20


Cədvəl 5

 Bəzi ölkələrdə insan kapitalının qiymətləndirilməsi           

 

İnsan kapitalı

Cəmi trl. Doll.

Milli sərvətə nisbətən, %-

Dünya üzrə

365

66

«Yeddilər» və Aİ

215

78

ondan: ABŞ

95

77

OPEK ölkələri

45

47

MDB ölkələri

40

50

O cümlədən, Rusiya

30

50

Sair ölkələr

65

65

O cümlədən, Çin

25

77

Braziliya

9

74

İndoneziya

9

75

Meksika

8

77

Hindistan

7

58

Pakistan

4

80

 Cədvəldəki göstəricilərdən aydın olur ki, demək olar bütün ölkələrdə insan kapitalı milli sərvətin əsasını təşkil edir. MDB ölkələrində və Rusiyada insan kapitalının xüsusi çəki¬sinin az olması onların intellektual səviyyəsinin aşaьı olmasını deyil, təbii ehtiyatların (təbiət kapitalının) zənginliyini göstərir.

Qeyd etməliyik ki, Azərbaycan cəmiyyətində də böyük qayьı ilə inkişaf etdirilir.

Məlumdur ki, BMT nümayəndəliyi 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərir. Bu nümayəndəliyin 2002-ci ildə Azərbaycanda insan inkişafı haqqındakı hesabatında göstərilirdi ki, ölkədə gedən insan inkişafı prosesi  iki dövrə bölünə bilər. 1991-ci ildən 1995-ci ilə qədər insan inkişafı (İİİ) azalmışdır. 1993-1994-cü illərdə həyata keçirilən iqtisadi tədbirlər nəticəsində bu meylin qarşısı alınmışdır.

1996-cı ildən Azərbaycanda İİİ- daimi, ardıcıl olaraq artmaqdadır.

Son dövrlərdə iqtisadiyyatda olan keyfiyyət dəyişiklikləri, iqtisadi artımın ilbəil yüksəlməsi sosial tərəqqidə və insan  inkişafında da keyfiyyət dəyişikliyi yaratmışdır. Fərəhlə qeyd etməliyik ki, 2010-cu ildə BMT-nin insan inkişafı hesabatında Azərbaycan  Respublikasında insan inkişafı indeksi 1995-ci ildən 2010-cu ilədək 27% artaraq 0,563-dən 0,713-ə yüksəlibdir. Həmin dövrdə gözlənilən ömür müddətinin 5 il, gözlənilən təhsil illəri  3 il və adambaşına düşən ümumi gəlir 3,4 dəfə artmışdır.

Beləliklə 169 ölkə arasında son beş ildə Azərbaycan insan inkişafı indeksinə görə 105-ci yerdən 2010-cu ildə 67-ci yerə qalxmışdır. Daha doьrusu respublikamız «orta insan inkişafı» qruppu ölkələri sırasından «yüksək insan inkişafı» ölkələri sırasına daxil olmuşdur.

Gənc tədqiqatçı kimi bir məsələni də qeyd etmək istəyirəm ki, hazırda bizim daha yüksək intellektual səviyyədə olan gənclərimizin bir qismi xarici ölkələrdə təhsil almaьa üstünlük verirlər. Bu çox yaxşı haldır. Lakin əfsuslar olsun ki, onların əksəriyyəti, təhsil müddəti qurtardıqdan sonra həmin ölkələrdə qalırlar. Əslində onlar bizim ölkəmizin insan kapitalıdır. Odur ki, elə bilirəm hər hansı bir formada onların öz Vətəninə qayıtması mexanizmi yaradılsa daha yaxşı olar.

Həbibə Sadıqlı,

ADNA-nın  «İ, BİM və M»

fakültəsinin tələbəsi