Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

Dünyanın qabaqcıl ölkələrində müəssisə iqtisadiyyatının müasir vəziyyəti

Orta və kiçik müəssisələr istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə iqtisadi strukturun onurğa sütununu təşkil edir. Onlar iqtisadi stabilliyə öz töhfəsini verir və transmilli korporasiyalara qarşı güclü mövqe tutur.

Kiçik müəssisələr yerli və regional bazarlara yönəlmiş şəkildə fəaliyyət göstərsələr də, qloballaşma prosesləri onların risklərinə və imkanlarına getdikcə daha çox təsir edir.

Avropada olan bütün müəssisələrin 95%-ni kiçik və orta məssisələr təşkil edir. Bu müəssisələrin 19 milyonunda işçi sayı 250-dən artıq deyil. Bütün Avropanın ümumilli məhsulunun 55%-dən çoxunun istehsal edildiyi bu müəssisələrdə 70 milyondan çox insan çalışır Onlar əsasən yeni texnologiyaların və innovasiyaların inkişafına xidmət edirlər.

ABŞ-da isə müəssisələrin 90%-i kiçik və orta müəssisələrdir. Onlar Amerika ixracatının 30%-ni təşkil edir. Təkcə kiçik müəssisələrin eksportda payı təxminən 250 milyard dollar təşkil edir. ABŞ-da kiçik müəssisələrin 60 %-də işçilərin sayı 20 nəfərdən çox deyil.

Almaniyada kiçik və orta müəssisələrə illik dövriyyəsi 16250 avro-dan 50 milyon avro-ya,  işçilərinin sayı isə 500-ə qədər olan müəssisələr aid edilir. Bu gün Almaniyada belə müəssisələrin sayı 3.3 milyona yaxındır. Aşağıdakı iqtisadi göstəricilər onların payına düşür: 

- Əsasən idarəetmə və istehsala  yönəlmiş Brutto investisiyanın 40 %-i (1999-cu ildə ümumi məbləği 129 milyard avro olan investisiyanın 62 milyardı). Orta hesabla bu hər bir müəssisə üçün bir ildə 56 000 avro investisiya deməkdir;

- Dövriyyənin 49%-i;

- Fəhlələrin 70%-i, ali təhsilli işçilərin 80%-i;

- Fərdi müəssisələrin 55,9 % - i.

1,1 milyon müəssisənin illik dövriyyəsi 125.000 avro ilə 500.000 avro arasında dəyişir. Əhalinin 43.3%-i xidmət sektorunda çalışır və bu rəqəm hər il orta hesabla 0,4% artır. Bu müəssisələrin illik dövriyyəsi 16,500 avro ilə 125.000 avro arasında dəyişir. Kiçik və orta müəssisələrin 60%-dən çoxunda daimi işçilərin sayı 10-dan artıq deyil. İşçi personalda qadınların sayı azlıq təşkil edir. Almaniyada mövcud olan kiçik və orta müəssisələrin əsas problemi ixtisaslı kadrların və rəhbərlərin çatışmazlığıdır. Lazımlı kadrların axtarışına sərf edilən uzun müddət işin keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Həm də Almaniyada ABŞ-dakı kimi idarəetməni öyrədən güclü biznes məktəbləri yoxdur.

Bütövlükdə inkişaf etmiş ölkələrdə yüksək ixtisaslı kadrlara, yeni texnika və avadanlıqlara malik orta və kiçik müəssisələrin dünya bazarında daha güclü olmaq şansları böyükdür.

Əsgərova Lalə Təbriz q.

ADİU “Maliyyə fakültəsi”

Magistr