Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: ADRA “Bakutel-2018”də tətbiq etdiyi ən son innovativ yenilikləri nümayiş etdirir **** Bakcell eşitmə məhdudiyyətli insanlar arasında futzal turnirinə dəstək göstərib **** Bakcell əlilliyi olan şəxslərin iş tapmasına dəstək olur **** Minlərlə Bakcell abunəçisi “SMSRadar” xidmətindən faydalanır **** ® "Rabitəbank"dan Lombard krediti al – Gold Kart qazan! **** TƏMİZ MƏKTƏB **** “Bakcell”in dəstəyilə yaradılmış startap təlim və kurs axtarışını asanlaşdırır ****
Qəzetin çap variantları
6-12 dekabr 2018-ci il
49 (1044)
29 noyabr - 5 dekabr 2018-ci il
48 (1043)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

“Böhran şəraitində ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi”

Müstəqilliyimizin ilk illərində hərbi təcavüzə məruzqalma, bazar iqtisadiyyatında keçid və beynəlxalq iqtisadi sistemə inteqrasiya ilə bağlı çətinliklər nəticəsində Azərbaycan Respublikası ötən əsrin 90-cı illərinin birinci yarısında ciddi iqtisadi böhran keçirmişdir. Buna baxmayaraq Azərbaycan Respublikası bazar iqtisadiyyatına keçməkdə israrlı olmuş, qapılarını xarici sərmayələrə açmış və xüsusilə energetika sektorunda böyük uğurlar əldə etmişdir. İqtisadi təhlükəsizlik iqtisadi stabilliyin, əldə edilmiş iqtisadi imkanların yaxın və uzaq perspektivdə təmininin qazanılmasıdır. Yaxud elə bir tədbirlər planının icrasından ibarətdir ki, bunun nəticəsi olaraq müharibələr, böhranlar, təbii fəlakətlər zamanı bu iqtisadi imkanlar minimal səviyyədə itirilir. Böhran şəraitində iqtisadi təhlükəsizliyi təmin etmək üçün, iqtisadi təhlükəsizlik sahəsində olan təhdidlərə qarşı tədbirlər planı işləyib hazırlamaq lazımdır. Bu iqtisadi təhlükəsizlik təhdidləri aşağıdakılardır:

Qeyd etmək lazımdır ki, iqtisadiyyatın davamlı inkişafı və diver­sifikasiyası, əhalinin rifahının yaxşılaşdırılması və bütövlükdə yoxsulluq səviyyəsinin aşağı salınmasında maliyyə sektoru müstəsna rola malikdir. Məhz bank sferasında təhlükəsizlik tədbirlərinin işlənib hazırlanması mühüm əhəmiyyət kəsb edir. Bunun üçün isə ölkənin valyuta-pul, vergi-büdcə və kredit sistemində mövcud olan daxili və xarici təhdidlərin qruplaşdırılmaqla müfəssəl təsnifatı və dərindən təhlili tələb olunur.

Beynəlxalq təcrübədə maliyyə-bank sferasında mövcud olan təhlükəsizlik tədbirləri ümumi şəkildə aşağıdakı kimi təsnifləşdirilir:

-siyasi cəhətdən qeyri-sabitlik;

-maliyyə sisteminin qeyri-sabitliyi;

-makroiqtisadi göstəricilərin (ÜDM-nin, istehsal həcmlərinin, gə­lir­­lərin və s.) dinamikasında nizamsızlıq;

-fond bazarı infrastrukturunun zəif inkişafı;

-daxili və xarici borcun artımı;

-investisiya sferasının böhranı;

-büdcə-vergi sisteminin aşağı səmərəliliyi;

-əhalinin əmlak differensiasiyasının yüksək səviyyəsi;

-xarici-iqtisadi əlaqələrdə uyğunsuzluqlar;

-regional separatizm;

-özəlləşdirilmənin səhvləri.

Maliyyə-bank sferasında mövcud olan iqtisadi təhlükəsizlik təhdid­lərini konkret olaraq aşağıdakı kimi qruplaşdırmaq  mümkündür.

1.Maliyyə-pul dövriyyəsi sferasındakı təhdidlər:

-ödəmələrin artması;

-yanacaq-energetika kompleksində və nəqliyyatda qiymətlərin tən­zim­lənməsinin zəif səviyyəsi;

-tədiyyə vəsaitlərinin strukturunun pisləşməsi;

-dövriyyədə olan pul kütləsinin məhdudlaşdırılması:

-qiymət nizamsızlıqları;

-qeydiyyatdan keçməyən dövriyyənin payının artması.

2. Bank sferasında təhdidlər:

-maliyyə alətlərinin qeyri-sabitliyi;

-bankların müflisləşməsi;

-nizamnamə kapitallarının fiktiv xarakteri;

-alver əməliyyatlarının üstünlük təşkil etməsi;

-riskli kredit siyasəti;

-banklar üzərində yoxlama və nəzarətin zəifliyi;

-depozitlərin sığorta sisteminin yoxluğu;

-bank aktivlərinin aşağı likvidliyi;

-əksər bank strukturunun işinin aşağı səmərəliliyi;

-iqtisadiyyatın real sektorunun rəqabətqabiliyyətli müəssisələrinin aşağı səviyyəsi;

-Azərbaycan banklarının beynəlxalq standartlara uyğun gəlməməsi.

3.Fond bazarının fəaliyyəti ilə bağlı təhdidlər:

-dövlət qısamüddətli istiqrazlar bazarının borcun yüksək qiyməti ilə bağlı problemləri;

-fond bazarının  struktur böhranı;

-xarici investorlardan asılılığın yüksək  səviyyəsi;

-iqtisadiyyatın real sektorunun müəssisələrində zəruri olan investisiya resurslarının cəlb edilməsinin yüksək səviyyəsi

-maliyyə şirkətlərinin fəaliyyətinə zəif nəzarət;

-veksel dövriyyəsinin tənzimlənməzliyi;

-investisiya resurslarının daxili dövlət borcuna xidmətə ayrılması;

-qiymətli kağızlar bazarının kriminallaşması.

4.Xarici ticarət fəaliyyətində təhlükəsizlik təhdidləri:

-Azərbaycanın  xarici borcuna xidmətin  böhranı;

-İqtisadiyyatın dollarlaşması;

-milli valyutanın aşağı salınmış məzənnəsi;

-strateji cəhətdən vacib xammalın nəzarətsiz daşınması;

-kapitalın “qaçışı”;

-xarici ticarət sferasında diskriminasiya;

-aksizli malların qeyri-qanuni daşınması;

-satış bazarını ələ keçirmək məqsədilə xarici şirkətlərin təcavüzkar siyasəti;

-idxaldan asılılığın son dərəcə yüksək səviyyəsi;

-məhsulların satış bazarlarının itirilməsi.

Hal-hazırda Azərbaycan maliyyə-bank sistemində təhlükəsizlik in­di­­katorlarının mövcud səviyyəsini qiymətləndirməklə, müasir qlobal­laş­ma şəraitində milli iqtisadiyyatımızın maliyyə-bank sferasında təhlükə­siz­lik prioritetlərinin formalaşması xüsusiyyətlərini aşkara çıxarmaq böyük əhəmiyyət kəsb edir.

Son illərdə ölkədə inflyasiyanın səviyyəsi məqbul olub, milli valyuta məzənnəsinin sabitliyi təmin  olunmuş, beynəlxalq normalara uyğun valyuta ehtiyatları qorunub saxlanılmışdır. Bununla yanaşı, dövlətin pul-kredit və məzənnə siyasəti bank sisteminin daha da möh­kəm­ləndi­rilməsinə və iqtisadiyyatın pulla təminatının daha da yaxşılaşmasına yönəldilmişdir.

Ən təhlükəli gözlənilməz hadisələrdən biri də manatın məzən­nə­si­nin kəskin olaraq dəyişməsi ehtimalı sayılır. Manatın devalvasiyası kimi onun revalvasiyası da son dərəcədə həssas və dağıdıcı ola bilər. Bu və ya digər meylin dağıdıcı nəticələrə malik olması milli və xarici valyutalara əsasən pul sisteminin ikili xarakter daşıması ilə izah olunmalıdır.  Bunların, aparıcı şirkətlərin balanslarında, əhalinin əmanətlərində xarici valyutanın payının yüksək olması üzündən manatın məzənnəsində kəskin tərəddüdlər pul və gəlirlər sistemini,maliyyə və bank sisteminin fəaliyyətini poza bilər. Odur ki, onların manatın məzənnəsinə mümkün təsirlərini qiymətləndirmək müvqeyindən xarici iqtisadi fəaliyyətin tənzimlənməsi üzrə tədbirlər sistemi işlənib hazırlanmalıdır. Bununla əlaqədar olaraq valyuta bazarında ixracdan valyuta gəlirlərinin satış normativinin 75%-dən 50%-ə endirilməsi haqqında verilən hər hansı təklifin elmi cəhətdən heç bir məntiqi əsası yoxdur. Bu valyuta təklifinin aşağı düşməsinə və manatın məzənnəsinin kəskin surətdə enməsinə gətirib çıxara bilər. Nəticədə istehlak qiymətlərinin sürətlə artması yeni artımın və əhalinin real gəlirlərinin xeyli aşağı düşməsi, əksər şirkət və bankların müflisləşməsi baş verə bilər.

Dövlətin iqtisadi təhlükəsizlik strategiyasının tərkibində ərzaq təhlükəsizliyi xüsusi yer tutur. Müharibələr, təbii fəlakətlər, iqtisadi böhranlar zamanı vətəndaşların üzləşdiyi bir nömrəli və ən təsirli problem ərzaq çatışmamazlığıdır. Bir qayda olaraq hər bir dövlətdə bu problemdən qabaqcadan sığortalanmaq məqsədilə xüsusi tədbirlər planı hazırlanır.[1]

Qərb ölkələrinin ərzaq təhlükəsizliyi konsepsiyasına, həmçinin Azərbaycanın ərzaq təhlükəsizliyi proqramı ilə tanış olduqdan sonra belə bir ümumi məxrəcə gələrək dövlətin ərzaq təhlükəsizliyini təminetmə mexanizminin üç aspektinin mövcudluğundan danışa bilərik.

Bunlardan birincisi kəmiyyət aspektidir. Yəni ölkədəki ərzağın kəmiyyətini artırmaq üçün hansı tədbirlər məqsədəuyğun sayılır:

-əsas sahələr üzrə aparılan iqtisadi islahatların elmi əsaslandırılması və sosial ədalətlilik şəraitində icra olunması;

-ölkədə ərzaq məhsullarının istehsalını stimullaşdırmaq;

-xarici  ticarətin tənzimlənməsinə daxili bazarın tarif və geyri-tarif tənzimlənməsi mexanizminin tətbiqi;

-dövlət ehtiyat ərzaq fondunun yaradılması.

 

İkincisi isə, məsələnin keyfiyyət tərəfidir. Bir sözlə təhlükəsizliyi təmin etmək məqsədilə ərzaq məhsullarının keyfiyyətinin yaxşılaş­dı­rılması hansı tədbirlər toplusu tələb edir:

-ölkədə ərzaq məhsullarının istehsalı, emalı, qablaşdırılması, daşın­ması və satışı sahəsində  mövcud normaların beynəlxalq standartlara uyğunlaşdırılması;

 -ölkədə istehsal edilən məhsulların analoqu idxal edilirsə, onlara beynəlxalq  konvensiyalara uyğun məhdudiyyətlərin qoyulması;

  -profilaktik-yoxlama tədbirlərinin həyata keçirilməsi.

  Üçüncü isə, məsələnin sırf sosial-iqtisadi tərəfidir.Belə ki,istənilən halda ərzaq  təhlükəsizliyi ölkədəki iqtisadi durumdan asılıdır. Ona görə, də onun təmini  üçün bir sıra iqtisadi  tədbirlərin də icrası tələb olunur:

-maliyyə sabitliyinin təmin edilməsi, milli valyutanın dayaniqlı­ğı­nın və dönərliyinin  artırılması;

-ərzaq istehlakı bazarında makro-tələbatla makro-təklif arasında tarazılığın təmini;

-transmilli aqrobiznes və beynəlxalq ticarət qurumları ilə səmərəli əməkdaşlıq;

-işsizliyin və yoxsulluğun aradan qaldırılması və s.

“Milli təlükəsizlik haqqında “ Azərbaycan Respublikası Qanun 17-ci maddəsində qeyd edilir ki,  “...İqtisadi sahədə milli təlükəsizliyinin təmin edilməsi Azərbaycan Respublikasının milli İqtisadiyyatının və İqtisadi münasibətlərinin inkişafına təhlükə yaradan daxili və xarici amillərdən qorunmasıdır”. Qanunda həmçinin göstərilir ki, respublikanın İqtisadi sahədə milli təlükəsizliyinin təmin olunması üçün aşağıdakı tədbirlər görülməlidir:[2]

-İqtisadi potensialın artırılması və bazar münasibətlərinin inkişaf etdirilməsi yolu ilə İqtisadi müstəqilliyin təmin olunması;

-ölkə iqtisadiyyatını təmin edən təbii ehtiyatların, energetika əsaslarının və tranzit imkanlarının qorunması və möhkəmləndirilməsi;

-ölkədaxili və beynəlxalq maliyyə təisisatları əsasında qarşılıqlı sərfləri əməkdaşlığın gücləndirilməsi, daxili və xarici maliyyə ehtiy­yat­la­rının ölkə iqtisadiy-yatının inkişafına yönəldilməsi:

-iqtisadi potensialın qorunması məqsədi ilə bödcə vəsaitlərinin və dövlət ehtiyyatlarının səmərəsiz istifadəsinə yol verilməməsi;

-İqtisadiyyatın inkişafinin təmin edilməsi məqsədi ilə bank sisteminin təkmilləşdirilməsi;

-İqtisadi sahədə həyata keçirilən sosial yönümlü islahatların hüquqi təminatın təkmilləşdirilməsi;

-milli məhsulların rəqabət qabiliyyətinin  artırılması məqsədi ilə yerli istehsalçıların hüquqlarının müdafiə olunması;

-enerji ehtiyatlarının istehsalı, nəqli, nəqliyyat dəhlizinin istismatı ilə bağlı layihələrun həyata keçirilməsi vasitəsi ilə respublikanın dünya İqtisadiyyatının inteqrasiyası;

-İqtisadi fəaliyyət sahəsində cinayətkarlığa qarşı mübarizə aparılması.

2008-ci ildə dünyanın əsas maliyyə mərkəzlərində başlayan maliyyə-iqtisadi böhran 2009-cu ildə dünya iqtisadiyyatını bürüyərək istisna olmadan bütün ölkələrə öz mənfi təsirini göstərmişdir.

Böhran qlobal ticarətə, sərnişin və yük daşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurmuş, kreditləşmə imkanlarını daraltmış və bir çox ölkələrdə,  cümlədən əksər inkişaf etmiş ölkələrdə kəskin iqtisadi tənəzzül yaratmışdır. Beynəlxalq Valyuta Fondu 2009-cu ildə dünya iqtisadiyyatının 1,1 faiz səviyyəsində enməsi fonunda dünya üzrə ticarət dövriyyəsinin 11% arıq azalmasını bıldirir.Böhran dalğası Azərbaycanın yerləşdiyi bölgədəki ölkələri də sarsıdaraq həmin döv­lət­lərdə iqtisadi vəziyyətin pisləşməsinə,ümumi daxili məhsulun  həcminin azaldılmasına gətirib çıxarmışdır.

MDB-nin üzvü olan bir çox dövlətlərdə bu azalma 6%  yüksək olmuşdur.

Böhran investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkan­larını məhdudlaş­dırmış, milli valyutaların məzənnələrini kəkin aşağı  salmış, yüksək inflyasiya törətmişdir.   Bu ölkələr öz iqtisadi vəziyyətini tənzimləmək və böhranın nəticələrini aradan qaldırmaq üçün təcili maliyyə dəstəyinin göstərilməsi ilə bağlı beynəlxalq maliyyə-kredit təşkilatlarına və bəzi ölkələrə üz tutmüşdur. Yuxarıda qeyd edilən amillər 2009-cu ilin maliyyə-iqtyisadi mənzərəsinin tərkibi olmaqla, ötən il Azərbaycan hökümətinin qarşılaşdığı çətinlikləri özündə əks etdirir. Bütün bu çətinliklərə, əlverişsiz xarici mühüt amillərinə bax­mayaraq, dövlətimizin başçısının göstərişləri əsasında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqça qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz böhranın fəsadlarını uğurla dəf etməyə nail olmuşdur. Ötən il qlobal böhranın fəsadları ölkə iqtisadiyyatına siraət etsə də,onun gündəlik praktiki olaraq hiss edilməmişdir. Bütün sosial  proqramlar və tədbirlər fasiləsiz icra olunmuş, qarşiya qoyulmuş vəzifələr öz həllini tapmişdir.

Ölkə iqtisadiyyatının artmasının 2009-cu ildə davam etməsi, ümumi daxili məhsulun real artımının böhran ili üçün çox yüksək – 9,3 % səviyyəsində əldə edilməsi Azərbaycan dövlətinin tarixin bu sına­ğından da uğurla çıxmasının əyanı sübutudur, siyasi və iqtisadi idarəet­mənin kamilliyidir. Bu mühüm nailiyyətin əldə edilkməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ərzində ölkəmizdə yaradılan maliyyə-iqtisadi potensial, aparılan iqtisadi islahatlar, enerji, nəqliyyat, ərzaq və iqtisadi təhlükəsizliyi özündə birləş­dirən müasir təhlükəsizlik şəbəkəsinin ardıcıl surətdə qurulması hesabına mümkün olmuşdur.

Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, böhran şəraitində iqtisadi təhlükəsizlik kifayət qədər aktual və daim həllini tələb edən problemlərdən bi­ridir. Bunun üçün hökumətin və cəmiyyətin üzərinə böyük  tələblər qoyulur.

 Müstəqilliyimizin ilk illərində, hərbi təcavüzə məruz qalma, bazar iqtisadiyyatına keçid və beynəlxalq iqtisadi sistemə inteqrasiya ilə bağlı çətinliklər nəticəsində Azərbaycan Respublikası ötən əsrin 90-cı illərinin birinci yarısinda ciddi iqtisadi böhran keçirmişdir.[3]

Buna baxmayaraq Azərbaycan Respublikası bazar iqtisadiyyatına keşməkdə israrlı olmuş, qapılarını xarici sərmayələrə açmış və xüsusilə energetika sektorunda böyük uğurlar əldə etmişdir.

2008-ci ildə dünyanın əsas maliyyə mərkəzində başlayan maliyyə-iqtisadi böhran 2009-cu ildə dünya iqtisadiyyatını istisna olmadan bütün ölkələrə öz mənfi təsirini göstərmişdir. Böhran qlobal ticarətə, sərnişin və yük daşımalarına, maliyyə və investisiya axınlarına ciddi zərbə vurmuş, kreditləşmə imkanlarını daraltmış və bir çox ölkələrdə, o cümlədən əksər inkişaf etmiş ölkələrdə kəskin iqtisadi tənəzzül yaratmış. Bütün bu çətinliklərə, əlverişsiz xarici mühüt amillərinə baxmayaraq, dövlətimizin başçısının göstərişləri əsasında həyata keçirilən düşünül­müş, təmkinli, ilkin olduqca qətiyyətli və çevik iqtisadi siyasət tədbirləri hesabına ölkəmiz böhranın fəsadlarını uğurla dəf etməyə nail olmuşdur. İqtisadi təhlükəsizlik iqtisadi stabilliyin, əldə edilmiş iqtisadi imkanların yaxın və uzaq perspektivdə təmininin qazanılmasıdır.

İstənilən bir dövlət, o cümlədən bizim müstəqillik əldə etmiş dövlətimiz istənilən siyasi, milli problemini həll etmək üçün ilk əvvəl iqtisadi təhlükə­siz­liyini təmin etməlidir.

Yazılanları ümumiləşdirərək aşağıdakı təkliflərimizi qeyd edə bilərik. Fikrimizcə bu tədbirlərin görülməsi dövlətin böhran şəraitində iqtisadi təhlükəsiz­liyinin təmin edə bilər:

- iqtisadiyyatın strukturu və təbii ehtiyatlardan istifadə optimal şəkildə olsun;

- digər ölkələrlə iqtisadi inteqrasiya əlaqələri daha da sürətləndirilsin və beynəlxalq əmək bölgüsünün səmərəli həyata keçirilməsinə nail olunsun.

- yaxın və uzaq perspektivdə ölkə üçün böhran şəraitində iqtisadi təhlükə yarada biləcək faktorların müəyyən edilərək qiymətləndirilməsi, həmçinin ölkənin iqtisadi  təh­lü­kəsizliyinin kriteriya və parametrlərinin müəyyən olunması;

 -ölkənin iqtisadi inkişafının davamlı olması və sürətlə artan neft və qaz gəlirlərindən həddən artıq asıllılıq nəticəsində yarana biləcək iqtisadi qeyri-sabitlik təhlükəsinin qarşısının alınması məqsədi ilə qeyri-neft sektorunun inkişafının təşviqinə yönəldilməlidir.

    Fikrimizcə, bu tədbirlərin həyata keçirilməsi üçün ilk növbədə əhalinin həyat səviyyəsi beynəlxalq norma və standartlara uyğunlaş­dırılmasına, dünyada gedən və ölkəyə təsir etmə imkanlarına malik proseslərə təsir etmə imkanına və s. nail olunmasına şərait yaradacaqdır.

Magistr Hüseyn Məmmədov

İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun

“Statistika və analitik təhlil” şöbəsinin aparıcı elmi işçisi

mamedov_huseyn507@mail.ru