Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

Azərbaycanın dinamik və tarazlı inkişaf istiqamətləri

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Azərbaycanın enerji siyasətində bir neçə vacib hadisəni xüsusilə vurğulamaq lazımdır. 2011-ci ilin yanvar ayında Avropa İttifaqı ilə Azərbaycan arasında “Cənub qaz” dəhlizi haqqında Bəyannamənin  imzalanması və Azərbaycan neftçiləri tərəfindən böyük “Ümid” qaz yatağının  kəşf edilməsi. Bu, ilk növbədə onu göstərir ki, bizim “Şahdəniz”dən başqa da böyük ehtiyatımız vardır.  Digər tərəfdən, bu yatağın əhəmiyyəti ondadır ki, Azərbaycan Dövlət Neft Şirkəti “Ümid” yatağında həm investor, həm də operatordur.

Ölkənin strateji valyuta ehtiyatlarının sürətli artımı Azərbaycana qarşıda duran məqsədləri uğurla gerçəkləşdirmək imkanı yaradır. Hökumət son illər sənayenin qeyri-neft sektorunun lokomotivinə çevrilməsi istiqamətində də ardıcıl və sistemli tədbirlər həyata keçirir. Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya prosesində xarici dövlətlərdə reallaşdırdığı proqramlar nəticəsində sahib olduğu sənaye potensialını möhkəmləndirmək imkanı qazanmışdır.

Bir neçə il əvvəl xarici sərmayələrə ehtiyac duyan Azərbaycan hazırda özü nəhəng investisiya layihələrini maliyyələşdirən dövlət kimi tanınır. Bu gün ölkəmizin sərmayəsinə maraq göstərən xarici dövlətlərin sayı artmaqdadır. Hazırda Azərbaycan bölgə dövlətlərinin iqtisadiyyatının real sektoruna sərmayə yatıran və infrastruktur layihələrini maliyyələşdirən əsas investor kimi özünü təsdiq etməkdə, Türkiyə, Gürcüstan, Rumıniya, Moldova, Ukrayna, Belarus, Slovakiya və digər dövlətlərin sərmayə bazarlarında aktiv iştirak edən investor kimi mövqeyini möhkəmləndirməkdədir.

Azərbaycanın xarici dövlətlərin iqtisadiyyatına yönəltdiyi sərmayələrin ümumi həcmi 6 milyard dollardan artıqdır. Xarici sərmayə portfelində əsas yeri Türkiyə tutur. Türkiyənin ən nəhəng sənaye sütunu olan “Petkim”in və “Tekfen”in səhmlərinin böyük bir hissəsinin Azərbaycan hökuməti tərəfindən alın­ması respublikamızın dünya sənayesində ən tanınmış səhmdarlardan birinə çevrilməsinin bariz nü­mu­nəsidir.

Artıq İzmir şəhərində “Petkim” şirkətinin “Star” neft emalı zavodunun təməli qoyulub. Bu “SOCAR-TURCAS” birgə müəssisəsinin ən nəhəng investisiya layihəsidir. Layihə dəyəri 5 milyard dollar olan Ege Neft Emalı zavodu Türkiyə sənayesinin inkişafında mühüm rol oynayacaq. Müasir texnologiyalara uyğun yaradılacaq bu zavod ildə 10 milyon ton neft emal etmək gücünə malik olacaqdır. Ümumilikdə bu, Azərbaycanın enerji sahəsində ən böyük investisiya layihəsidir.

Azərbaycanın son illərdə dinamik inkişafını təmin edən başlıca amillərdən biri də məhz iqti­sadiyyatın şaxələndirmə siyasətinin uğurla həyata  keçirilməsidir. Bir sıra dövlətlərin təcrübəsin­dən çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sekto­runa yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. 2012-ci ilin büdcə gəlirləri 16,4 milyard manat məbləğində müəyyən edilmişdir ki, bu gəlirlərin 73%-nin neft sektorunun, 27%-nin isə qeyri-neft sektorunun payına düşəcəyi proqnozlaşdırılır.

Bu gün iqtisadiyyatımızın böyük hissəsi – 80 faizdən çoxu özəl sektorda formalaşır. Dövlət Azərbaycanda sahibkarlığın, xüsusilə regionlarda kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, onlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, idxalı əvəz edən rəqabətə davamlı məhsulların istehsalını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün maddi dəstək verir, gü­zəşt­li şərt­lərlə kreditlər ayırır.

Cari ilin 9 ayında 1287 sahibkarlıq subyektinə iqtisadiyyatın müxtəlif sahələri üzrə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 106 milyon manat gözəştli kredit verilmişdir ki, bunun da 34 milyon manatını dövlət büdcəsindən ayrılan vəsait təşkil edir. 2012-ci ilin dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna 90,1 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur.

Azərbaycanda iqtisadi inkişaf sürətləndikcə, maliyyə imkanları çoxaldıqca qarşıya qoyulan məq­sədlərin də miqyası genişlənir, yeni hədəflər meydana çıxır. Hazırda turizm sektoru Azərbay­canda perspektivinə görə qeyri-neft sahələri arasında apa­rıcı mövqedə dayanır.

 Mütəxəssislərin hesablamalarına görə, neftə qoyulan sərmayə 5-6 ildən sonra gəlir gətirirsə, turizmə qoyulan sərmayə artıq bir ildən sonra gəlir əldə etməyə imkan verir. Turizm potensialının sosial-iqtisadi inkişafdakı rolunu düzgün dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ili “Turizm ili” elan etmişdir.

Turizm sahəsinin daha da inkişaf etdirilməsi üçün 2 mühüm dövlət proqramı icra olunur. Bun­lar “Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” və “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”dır.

Hər 2 dövlət proqramı üzrə Nafta­lan­da “Chinar Hotel & SPA Naftalan” və “Qaşaltı” sanato­riya kompleksi inşa olunmuşdur. Qusarda isə “Şahdağ qış-yay turizm kompleksi” qurulur.

Dövlət tərəfindən aparılan siyasət istər yerli sahibkarların, istərsə də xarici investorların turizm biz­nesinə marağını artırmışdır. Yalnız bu il Bakıda bir neçə beşulduzlu otelin istifadəyə verilməsi nəzərdə tutulur, artıq onlardan ikisi – “Kempinski Otel Badamdar” və “Hilton Baku” otelləri istifadəyə verilmişdir.

Beləliklə, sonda bir daha vurğulamaq istərdim ki, neft və qaz təbii sərvət kimi bu ehtiyata malik ölkənin sosial-iqtisadi inkişafına səbəb yox, təkan olmalıdır.

Qlobal enerji və nəqliyyat-kommu­ni­ka­si­ya l­ayihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azər­bay­canın rolunun yüksəldilməsi, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların davamlı və tarazlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin, yoxsulluğun aradan qal­dırıl­ması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndiril­məsinin 2012-ci ildə də davam etdirilməsi məqsədəuyğun olardı.

 

Zeynalova Əzizə

Azərbaycan Dövlət İqtisad Universiteti

Maliyyə fakültəsi, IV kurs