Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

 Dünya ölkələrinin təhsil sistemi ilə tanışlıq

Almaniyada təhsil

Almaniyada təhsil - dövlətə məxsusdur.

Bir qayda olaraq, təhsil Mədəniyyət Nazirliyi tərəfindən idarə olunur. Təhsilfederal səviyyədə Mədəniyyət Nazirliyinin Konfransında müzakirəyə qoyulur.

Almaniyada təxminən 50 min məktəb var ki, bunlarda cəmi 12,5 milyon şagird təhsil alır.

Ölkənin qanunlarına əsasən Almaniyada təhsil məcburi və pulsuzdur. Şagirdlər 1-ci sinifdən 9-cu sinfə kimi məcburi olaraq təhsil almalıdırlar. 9-cu sinfi bitirdikdən sonra arzu edənlər 3 illik gimnaziyaya daxil ola bilərlərUniversitetə daxil olmadan öncə alman gəncləri 13 il təhsil almalıdırlar.

Almaniyadakı məktəblərin  əksəriyyəti   dövlətə məxsus olduğundan  burada fəaliyyət göstərən  özəl məktəblərin ümumi sayı 2%-dən artıq deyil.

Almaniyadakı məktəbləri 4 əsas növə bölmək olar:

İbtidai məktəb (Grundschule) - bu növ təhsil 5-6 yaşdan başlayır dörd ildən altı ilə kimi davam edir. Belə məktəblərin bütün dərsləri eyni proqram əsasında keçirilir. İlk iki ilin bütün fənlərini sinif rəhbəri keçir. 3-cü sinifdən başlayaraq dərslər pedaqoq-müəllimlər tərəfindən tədris olunur. İbtidai məktəbin sonunda şagirdlər tövsiyənamə alırlar. Burada onların gələcəkdə oxuyacaqları 3 məktəbdən onlara daha uyğun olanı tövsiyə olunur. Bu 3 məktəb bunlardır: orta məktəb, real məktəb və gimnaziyalar.

Orta məktəb (Hauptschule) - təlim 9-cu sinfədək həyata keçirilir. Bu məktəblərə ən zəif şagirdlər daxil olur. Orta məktəbin əsas pedaqoji məqsədi – tələbələri peşə seçiminə hazırlamaqdır. Bu baxımdan, dərslərdə əsas yeri praktiki bacarıqlar tutur. Məktəbi bitirəndən sonra yeniyetmə aşağı orta təhsil şəhadətnaməsi alır. 

Real məktəb (Realschule)- təlim 10-cu sinfə kimi həyata keçirilir. Burada təhsil alanlar qabaqcıl orta məktəb təhsili əldə edirlər. Peşə məktəbində oxuduqlarına baxmayaraq, şagirdlər iki illik ictimai qulluqda oxuya və ya gimnaziyada təhsillərini davam etdirə bilərlər.

Gimnaziya (Gymnasium)- bu tip təhsil federal torpaqlardan asılı olaraq 12-13-cü siniflərədək öyrənilir. 11-ci sinifdə oxuyan tələbələr bir qayda olaraq daha dərindən öyrənilməsi lazım gələn 2-3 fənni seçirlər. Attestat hər bir məzuna ölkənin istənilən universitetinə daxil olmaq  imkanı  yaradır.

Alman məktəbləri müasir avadanlıqlar və kompüter sinifləri ilə təmin olunub. Eləcə də məktəblərdə idman dərslərinin keçilməsi üçün hər cür imkanlar var. Almaniya bununla dünyanın ən yaxşı və keyfiyyətli təhsilə malik olan ölkələrindən biri sayılır.

 Almaniyanın xarici vətəndaşlar üçün də əlverişli olan ən məşhur məktəbləri:

Schulfarm Insel Scharfenberg- məktəbi Berlinin ətrafında o qədər də  böyük olmayan bir adada yerləşir. Məktəb xüsusi istedada malik olan tələbələrə daha sürətli kurslar təklif etdiyi üçün məşhurdur.

Schloss Neubeuern- 5-13-cü sinif uşaqları üçün nəzərdə tutulan məktəb-gimnaziya Bavariyada  -  München və Zalsburg şəhərləri arasında yerləşir. Qeyd edək  ki, məktəb 1925-ci ildə təsis edilmişdir.

Potsdam School- Almaniyadakı bu özəl məktəb 3 illik təhsil proqramı tələb edir. Bu məktəbləri bitirən məzunlar “Abitur”-la (məzuna verilən sənədtəltif olunur və Almaniya ali məktəblərinə qəbul olunurlar.

Əzizova Gülər