Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

SAHİBKARIN MALİYYƏ EHTİYATLARININ ARTIRILMASI YOLLARI BARƏDƏ BƏZİ MÜLAHİZƏLƏR

 “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” məqaləsində akademik Ramiz Mehdiyev yazır: “Daxili bazarda qiymətlərin formalaşmasının nəzəri problemləri, maliyyə-kredit sistemi və insanların tələbatlarının proqnozlaşdırılması ilə bağlı məsələlər də elmi həllini gözləyir. Biz istəyirik ki, iqtisadçılarımız maliyyə və kredit münasibətlərini araşdırsınlar, kənd təsərrüfatı və sənaye mallarının istehsalının səmərəliliyini artırma mexanizmini müəyyən etsinlər.”  Müstəqilliyinin 20 illiyini tamamlayan Vətənimizin “polad” iqtisadi siyasətindən qaynaqlanan bu vəzifənin yerinə yetirilməsində, fikrimizcə, maliyyə münasibətlərinin nəzəri aspektdə yenidən öyrənilməsi və şərhi əhəmiyyətli ola bilər. Odur ki, sahibkarın maliyyə ehtiyatlarının artırılması yollarına dair bəzi məsələlərin şərhini məqsədəuyğun saymışıq.

1-ci məsələ. Maliyyə bazarının xarakterik xüsusiyyətləri

Bəşəriyyətin təkamül prosesinin mühüm əlamətlərindən biri iqtisadi münasibətlər sisteminin davamlı inkişaf etməsi və innovasiyası (təzələşməsi, yeniləşməsi, təkmilləşdirilməsi) ilə səciyyələndirilir. Məlumdur ki, iqtisadi münasibətlər sisteminin innovasiya mərhələləri: əmək alətlərinin təkmilləşdirilməsi; istehsal münasibətlərinin fərdi xüsusiyyətinin ictimai xüsusiyyətlərlə əvəz edilməsi; əmək bölgüsü və dərin ixtisaslaşmaların aparılması; kollektiv fəaliyyət prinsiplərinin mənimsənilməsi; kapital yığımının mövcudluğu; mənəvi təkmilləşdirmələrin (kamilləşmənin) baş verməsi; vahid dünya təsərrüfatı sisteminin formalaşması və s. əlamətlər üzrə qiymətləndirilir.

İnkişaf mərhələlərinin obyektiv (insanların iradəsi və arzusundan asılı olmayan) qanunauyğunluqlarının nəticəsi olaraq, sadə istehsal üsulu əmtəə istehsalı üsulu ilə əvəz edilmiş, sənətkarlıq müstəqil fəaliyyət növünə ayrılmış, mübadilə (ticarət) münasibətləri yaranmış və inkişaf edərək müasir mərhələdə bazar iqtisadiyyatı forması kimi çox mürəkkəb bir iqtisadiyyat sistemi formalaşmışdır. İstehsal münasibətləri, özünün təkrar istehsal xüsusiyyətini inkar edərək, geniş təkrar istehsalı xüsusiyyətilə əvəz edilmişdir. Ticarətdə kapital yığımı baş vermiş, onun ardınca torpaq sahiblərinin kapital yığımı mümkün olmuş, sənaye və borc kapitalı yaranmışdır. Digər növ sərvətlərin artımına nail olunmuş və həyat tərzində xeyli firavanlıq yaradılmışdır.

Hazırkı şəraitdə iqtisadçılar istehsal münasibətlərinin dörd əsas amilinə daha çox diqqət yönəldirlər: torpaq, əmək, kapital və sahibkarlıq məharəti. Əmək və torpaqdan (təbii ehtiyatlardan) səmərəli istifadə edilməsində kapital müstəsna əhəmiyyət kəsb edir. Kapital amilinin formalaşması bilavasitə maliyyə ehtiyatlarından (imkanlarından) asılı olur. Bazar iqtisadiyyatı şəraitində sahibkarın məharəti, ilk növbədə, fəaliyyəti nəticəsində mənfəət əldə etmək səviyyəsinə görə qiymətləndirilir. Kapital yığımı vasitəsilə təkrar və geniş təkrar istehsal prosesləri mümkün olur. İnvestisiyalar (kapital qoyuluşu) baş verir. Kapital nəinki onun sahibinin fərdi sahibkarlıq fəaliyyətində, nəinki ölkə daxilində digər sahibkarların fəaliyyətinin səmərəli təşkilində, hətta digər ölkələrin təbii sərvətlərindən və iqtisadi potensialından tam və məqsədəuyğun istifadə edilməsində olduqca mühüm əhəmiyyət kəsb edir. Onun çatışmazlığı həm sosial və həm də iqtisadi həyatda böhranlar yaradır.

Yuxarıda göstərilən bütün məsələlərin məqsədəuyğun formada həllində maliyyə ehtiyatlarının müstəsna əhəmiyyət daşımasını nəzərə alaraq, onun yaranma mənbələri və ondan istifadə edilmə istiqamətlərinin müəyyənləşdirilməsi, habelə səmərəliliyinin təmin edilməsi  həmişə aktual olmuş, iqtisadçıların diqqət mərkəzində durmuş və mühüm əhəmiyyətli innovasiya istiqaməti hesab edilmişdir. Odur ki, bazar iqtisadiyyatı prinsipləri üzrə fəaliyyət göstərən sahibkarların maliyyə imkanlarının (ehtiyatlarının) öyrənilməsi və onun artırılması yollarının müəyyən edilməsi indiki dövrdə də çox mühüm əhəmiyyət kəsb edir. Təsərrüfat sistemində baş verən dəyişikliklərdən asılı olaraq, bu məsələlərin öyrənilməsi həmişə innovasiya obyekti hesab edilmiş, edilir və gələcəkdə də hesab ediləcəkdir. Zaman-zaman yeni, təkmil maliyyə vasitələrinin (alətlərinin) müəyyən edilməsi və onlardan səmərəli istifadə olunması qanunauyğun hal sayılmışdır.

Təsərrüfat sisteminin tədricən mürəkkəb mexanizmə çevrilməsilə yanaşı, onun maliyyə münasibətləri də mürəkkəb tərkib xüsusiyyətlərini daşımağa başlamışdır. Belə ki, maliyyə münasibətləri sistemi formalaşmışdır. Bu sistemin təsərrüfat mexanizmi sistemə uyğun olaraq, mikro-, mezo- və makroiqtisadi mərhələlərinin oxşar və fərqli əlamətləri üzrə bir-birindən  fərqlənən maliyyə münasibətləri: mikroiqtisadi maliyyə münasibətləri, mezoiqtisadi maliyyə münasibətləri və makroiqtisadi maliyyə münasibətləri formalaşmışdır. Onların hər birinin özünəməxsus xüsusiyyətləri vardır və həm də bir-birilə sıx qarşılıqlı əlaqədə olurlar. Onların hər birinin həm də fərdi (spesifik) inkişaf qanunauyğunluqları vardır.

Mikroiqtisadi maliyyə münasibətləri maliyyə sisteminin mərkəzi məsələlərini əhatə edir. Mövcud nəzəriyyələrdə mikroiqtisadi maliyyə məsələləri müəssisələrin maliyyəsi kimi şərh edilir.  Müasir mərhələdə təsərrüfat sisteminin subyektlərinin şirkət, səhmdar cəmiyyətləri, kompaniya, korporasiya, transmilli korporasiya, alyans, onların filialları və törəmələri kimi fəaliyyət göstərmələri təşəkkül tapır və genişlənir. Onların istifadə etdikləri maliyyə vasitələrinin (alətlərinin) formalarında da müəyyən dəyişikliklər baş vermişdir. Eyni zamanda, maliyyə münasibətlərinin vahid beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yaranmışdır. Bütün bunlar sahibkarın maliyyə münasibətlərinin nəzəri aspektdə yenidən şərhinin vacibliyini əsaslandırır. İqtisadiyyat sahələrinin maliyyə münasibətlərinin xarakterik cəhətlərinin öyrənilməsi və nəzərə alınması əhəmiyyət kəsb edir. Habelə dövlətin makro (milli) maliyyə sisteminin fəaliyyət xüsusiyyətlərini yeni tələblər baxımından işlənməsinə ehtiyac vardır.

Mövcud olan mülkiyyət (mülk, əmlak, mal, var-dövlət) münasibətləri və təşkilati formaları əsasında baş verən bütün iqtisadi proseslərin məcmusu cəmiyyətin iqtisadi sistemini özündə səciyyələndirir.

İqtisadi nəzəriyyələrə dair müasir ədəbiyyatlarda, bir qayda olaraq, iqtisadiyyat sisteminin üç formasını şərh edirlər: bazar iqtisadiyyatı, komanda (inzibati amirlik) iqtisadiyyatı və qarışıq iqtisadiyyat sistemləri.

Onlardan ən yaxşı öyrəniləni bazar iqtisadiyyatı sistemidir. Bazar iqtisadiyyatının xarakterik xüsusiyyətləri aşağıdakılarla səciyyələndirilir: fərdi (şəxsi) mülkiyyətə əsaslanır, azad seçim, risq və rəqabət hökm sürür, fərdi mənafe üstünlük təşkil edir, ictimai mənafe ilə uyğunlaşdırılır və sahibkarlıq fəaliyyətinə dövlətin müdaxiləsi məhdudlaşdırılır. Azad ticarət formalarından istifadə edilir. Sahibkar özü sərbəst öhdəliklər götürür və onların yerinə yetirilməsi üçün özünün  sərvəti hesabına məsuliyyət daşıyır. Fərdi (şəxsi) planlaşdırma bazarın tələbatına uyğun həyata keçirilir.

İnzibati amirliyə (komanda üsuluna) əsaslanan iqtisadiyyat sistemində istehsal vasitələri üzərində ictimai (dövlət) mülkiyyəti hökmranlıq edir, iqtisadi qərarlar kollektiv tərəfindən (ictimaiyyət vasitəsilə) qəbul edilir, iqtisadiyyat sistemində, dövlət planlaşdırılması metoduna əsasən, mərkəzləşdirilmiş rəhbərlik həyata keçirilir.

Qarışıq iqtisadi sistemdə isə yuxarıdakı iki sistemin əsas xüsusiyyətlərinin (elementlərini) sintezinə (uyğunlaşdırılmasına) üstünlük verilir. Hazırki zamanda dünyanın bir çox ölkələrində ondan istifadə edilir. 

Müasir dövrün iqtisadi münasibətlərinin xarakterik xüsusiyyətləri vahid dünya təsərrüfatı sistemi daxilində ehtiyatlardan (təbii, iqtisadi, maliyyə) tam və səmərəli istifadə etmək, iqtisadi münasibətlərin davamlı və dinamik inkişafına nail olmaq, ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatı ödəmək, insanların firavan həyat tərzini təmin etmək və s. əlamətlər üzrə səciyyələndirilir. Bu   məqsədlərə çatmaq üçün BMT özünün III Minilliyin İnkişaf Məqsədlərini müəyyən etmişdir. Ona üzv olan bütün ölkələr üçün 2015-ci ilədək müddətə icrası zəruri sayılan 8 ümumi hədəflər müəyyənləşdirilmişdir: ifrat yoxsulluğu və aclığı aradan qaldırmaq; ümumi ibtidai təhsilə nail olmaq; gender bərabərliyini (cinsi mütənasibliyi) təmin etmək və qadınlara səlahiyyət vermək; uşaq ölümü hallarını azaltmaq; ana sağlamlığını yaxşılaşdırmaq; xüsusi təhlükəli yoluxucu xəstəliklər, malyariya və digər xəstəliklərə qarşı mübarizəni gücləndirmək; ətraf mühitin davamlılığını (mühafizəsini) təmin etməyə üstünlük vermək; inkişafı təmin etmək üçün qlobal əməkdaşlığı genişləndirmək. Deməli, BMT-yə üzv olan bütün ölkələrin, o cümlədən inkişaf etmiş ölkələrin və Azərbaycanın iqtisadi inkişaf konsepsiyası (modeli) sosial yönümlü bazar iqtisadiyyatından ibarətdir. Tələbatın ödənilməsi və ehtiyatlardan səmərəli istifadə etmək onun əsas prinsipləri sayılır. Ölkəmizdə 1993-cü ildən başlayaraq sosial yönümlü bazar iqtisadiyyatının “toxumları səpilmiş” və onun məhsulu artıq göz qabağındadır. Deməli, Azərbaycanın iqtisadi inkişaf modelini Heydər Əliyev modeli adlandırmaq düzgün sayılır.

İqtisadi sistemlərin əsas amili (elementi, ünsürü) sosial-iqtisadi münasibətlərlə səciyyələndirilir və hər bir iqtisadi sistem mövcud olan aşağıdakı reallıqlara əsaslanır: təbii və iqtisadi ehtiyatlar, təsərrüfat fəaliyyətinin nəticələri üzərindəki mülkiyyət (hüquq və sahiblik) formaları; təsərrüfat fəaliyyətinin təşkili formaları; təsərrüfat mexanizmi (başqa sözlə, mikroiqtisadiyyatın təşkili və idarə edilməsi, mezoiqtisadi siyasətin təşkili və makroiqtisadi səviyyədə iqtisadi fəaliyyətin tənzimlənməsi üsulları); təsərrüfat subyektləri arasındakı konkret (müəyyən) iqtisadi əlaqələr (öhdəliklərin götürülməsi).

Sosial yönümlü müasir bazar iqtisadiyyatı, özündən əvvəlki bütün bazar iqtisadiyyatı formaları ilə müqayisədə, daha çevikdir, tez təkmilləşə bilir, daxili və xarici dəyişikliklərə uyğunlaşır, cəmiyyətin bütün təbəqələrinin firavan həyat tərzinin təmin edilməsi, mənəvi kamilliyi, təbii, əmək və iqtisadi ehtiyatlardan (o cümlədən maliyyə ehtiyatlarından) səmərəli istifadə etmək, ətraf mühitin mühafizəsinin təmin edilməsi kimi ali məqsədləri özünə əks etdirir.

Bazar iqtisadiyyatına dair nəzəriyyənin xarakterik cəhətlərindən biri bazar strukturlarının təsnifləşdirilməsi ilə səciyyələndirilir. Belə təsnifləşdirmələr üçün müxtəlif əlamətlərdən istifadə edilir: texnoloji xüsusiyyət; münasibətlər forması; məkan amili; bazarın vəziyyəti (konyunkturası); sahəvi yanaşma, ticarət formaları və s.  

Texnoloji xüsusiyyətinə görə təbii ehtiyatlar, iqtisadi ehtiyatlar, əmək ehtiyatları, maliyyə ehtiyatları bazarları bir-birindən fərqləndirilir. Münasibətlər formasından asılı olaraq, istehsalçıların və istehlakçıların bazarı, məhsul və xidmətlər mübadiləsi sferası, mübadilə münasibətlərinin xüsusiyyətləri öyrənilir. Məkan amilinə görə ölkədaxili (yerli, regional, mərkəzi bazarlar), beynəlxalq bazar strukturları (ölkələr, məhsul növləri və s. formalarda), azad ticarət zonaları, xüsusi ticarət zonalarından söhbət gedir. Bazarın vəziyyəti (konyunkturası) məhsul və xidmət növlərinin mövcudluğu, onların kəmiyyət və keyfiyyətindən, bolluq və qıtlıqdan asılı olur. Sahəvi yanaşma fəaliyyət növlərinə uyğun olaraq sənaye məhsulları, kənd təsərrüfatı məhsulları, onların ayrı-ayrı növ istehsal sahələrinin, habelə digər sahələrin məhsul və xidmətlər bazarının bir-birindən fərqləndirilməsinə şərait yaradır. Ticarət formalarına görə bazar strukturlarının təsnifləşdirilməsi: topdan və pərakəndə, yol kənarlarında, istehsal yerində, istehlak yerində, birbaşa əlaqə üsulunda emal müəssisələrinə (istehlakçılara) və s. formalarda satış üzrə münasibətlər bir-birindən fərqləndirilir.

Mübadilə və bazar münasibətlərinin xarakterik xüsusiyyətlərinə daxil edilir: iki tərəf (istehsalçı və istehlakçı, alıcı və satıcı) arasında baş verir; tələbat və təklifdən asılı olur; azad seçim və risqə əsaslanır, rəqabət və inhisarçılığın təsiri altında olur; tərəflərin öhəliklərini formalaşdırır, sahiblik və mülkiyyət hüquqlarını müəyyənləşdirir və s.

Bütün növ bazar strukturlarının, o cümlədən maliyyə bazarının mahiyyəti və subyektlərinin sxematik təsvirini birinci sxemdəki nümunəyə uyğun səciyyələndirmək olar.

 

  Sxem 1. Bazar strukturlarının tərəfləri və əlaqə formaları

 

İstehsalçılar (satıcılar) bazar strukturlarına müəyyən kəmiyyət və keyfiyyətdə məhsul və ya ximətlərlə çıxır (M), istehlakçılar (alıcılar) isə tələbatına uyğun gələn məhsul almaq və ya xidmətlərdən istifadə etmək məqsədilə müəyyən kəmiyyətdə pul kütləsilə (P) mübadilə münasibətlərinə girmək üçün bazar strukturlarının iştirakçılarına çevrilirlər. Bu zaman qarşılıqlı əlaqə baş verir. İstehlakçılar (alıcılar) bazar münasibətlərinin əsasını təşkil edirlər. Onlar tələbatı formalaşdırırlar. Bazar iqtisadiyyatının əsas əlamətlərindən biri, birincisi məhz tələbatla səciyyələndirilir. Bazarın təşkili və idarə edilməsi, istehsalın planlaşdırılması və inkişaf etdirilməsi tələbata əsasən həyata keçirilir. Tələbata uyğun olaraq, istehsalçılar (satıcılar) bazarın təklifini formalaşdırırlar. Bazar (mübadilə) münasibətləri nəticəsində məhsul (və ya xidmətlər) istehsalçılardan (satıcılardan) istehlakçılara (alıcılara) keçir, onların müqabilində istehlakçıların (alıcıların) pul kütləsi istehsalçılara (satıcılara) çatır. Əmtəələrin (ximətlərin) və pul kütləsinin sahiblik (mülkiyyət) hüquqları dəyişir və yenidən müəyyənləşdirilir.  Yəni M PP M keçidi prosesləri baş verir. Müstəqil istehsal münasibətləri, bazar (mübadilə) münasibətləri vasitəsilə, müstəqil istehlak münasibətlərilə sıx qarşılıqlı əlaqədə olur, biri digərinin inkişaf meyilləri və xüsusiyyətlərini şərtləndirir və tamamlayır. Hər iki tərəfin məqsədlərinin səmərəliliyi maliyyə ehtiyatlarından (imkanlarından) bilavasitə asılı olur.

 ****

Müasir istehsal münasibətlərinin mürəkkəbliyi (istehsal, mübadilə və istehlak münasibətlərinin özünəməxsus, fərdi, spesifik xüsusiyyətlərilə səciyyələndirilən), vahid dünya təsərrüfatı sistemi kimi nəhəng təsərrüfat mexanizminin bazar xüsusiyyətlərinin öyrənilməsində fəaliyyət növlərinə uyğun gələn sahəvi yanaşma və iqtisadi münasibətlərin texnoloji xarakterinə uyğun olaraq, münasibət vahidlərinin (subyektlərin) qruplaşırılmasına diqqət yönəltmək çox mühüm əhəmiyyət kəsb edir. Hər iki məsələnin həllində vahid beynəlxalq stanartlarından istifadə edilməsinə üstünlük verilir. BMT-nin İqtisadi və Sosial Şurası belə təsnifatı hazırlayır və üzv ölkələrə ondan istifadə etmək tövsiyə edilir. Ona uyğun olaraq, ümumavropa ölkələri üçün 1990-cı ildə fəaliyyət növlərinin təkmilləşdirilmiş təsnifatı tətbiq edilməyə başlamışdır. BMT-nin Statistika Komissiyasının 2001-ci ildə keçirdiyi otuz ikinci sesiyasında onda müəyyən dəqiqləşdirmələr aparılmışdır. Hazırda bu təsnifat bütün iqtisadi fəaliyyət sahələrini 21 seksiyaya (sahəyə) bölür. Onun 88 bölməsi, 272 qrupu və 615 sinfi vardır. Yəni müxtəlif fəaliyyət sahələri oxşar əlamətlərinə görə siniflərdə, siniflər qruplarda, qruplar bölmələrdə və bölmələr sektorlarda (sahələrdə) birləşir. Ayrı-ayrı sektorlar vahid milli (makroiqtisadi) sistemin sahəvi xüsusiyyətlərini üzə çıxarmağa, onların inkişaf meyllərini öyrənməyə, qarşılıqlı əlaqələrini müəyyən etməyə və s. məsələlərin həllinə şərait yaradır. Maliyyə münasibətlərinin əhatə dairəsini səciyyələndirir. Odur ki, bütün ölkələrdə iqtisadi-statistik, maliyyə məlumatlarının bu təsnifatın tələblərinə uyğun hazırlanması məqsədəuyğun və zəruri sayılır.

İqtisadi münasibətlərin texnoloji xarakterinə uyğun olaraq münasibət vahidlərinin (subyektlərin, iqtisadi vahidlərin) qruplaşırılması, Milli Hesablar Sisteminin (MHS) tərtibinə dair təlimatlara uyğun olaraq, aşağıakı kimi xarakterizə edilir:

-   qeyri-maliyyə müəssisələri (yəni bilavasitə istehsal və xidmət sahələri);

-   maliyyə təşkilatları;

-   ümumi dövlət idarəetmə orqanları;

-  ev təsərrüfatlarına xidmətlər göstərən qeyri-kommersiya (ictimai) təşkilatları;

-   ev təsərrüfatları.

Sahəvi yanaşma prinsipi üzrə və fəaliyyət növünün texnoloji xarakterinə görə iqtisadi münasibət vahidlərinin qruplaşırılması təsərrüfat mexanizminin tərkibinin keyfiyyətcə yeni metolar üzrə öyrənilməsini təmin etmiş olur. Tədqiqat və təhlillərin üç mərhələdə: mikroiqtisadi, mezoiqtisadi və makroiqtisadi səviyyədə həyata keçirilməsi tərkib xüsusiyyətlərinin, inkişaf meyllərinin, qarşılıqlı əlaqələrin və s. nəticələrin öyrənilməsi, dinamik və davamlı inkişafı təmin edilməsi, bütün məqsədlərə nail olmaq üçün əhəmiyyətli sayılır. Eyni zamanda, müxtəlif məqsədlər üçün təsərrüfat mexanizminin subyektləri hüquqi və fiziki şəxslər, ev təsərrüfatları kimi üç qrupa bölünür və iqtisadi-statistik qiymətləndirmələr həyata keçirilir.

Beləliklə, yuxarıda göstərilən bütün məqsədlərin yerinə yetirilməsi, metodlardan istifadə, təsərrüfat mexanizmlərinin səmərəli fəaliyyətinin təmin edilməsində maliyyə ehtiyatları əsas amil kimi çıxış edir. Maliyyə bazarının xarakterik xüsusiyyətlərini özündə tərənnüm etdirir.

Ədəbiyyatlarda yazılır ki, maliyyə geniş təkrar istehsalının fasiləsizliyinin təmin edilməsi, dövlətin vəzifə və funksiyalarının yerinə yetirilməsi məqsəilə mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadəsilə əlaqədar olan iqtisadi münasibətlərdir. Hesab edirik ki, bazar iqtisadiyyatı şəraitində belə yanaşmanı təkmilləşdirmək məqsədəuyğyn sayıla bilər. Belə ki, maliyyə münasibətləri yalnız mərkəzləşdirilmiş pul vəsaitinə görə deyil, təsərrüfat subyektlərinin (sahibkarların) mğvcud maliyyə ehtiyatlarına əsasən səmərəli fəaliyyət göstərə bilir.

Təsərrüfat subyektlərinin yuxarıda verilmiş texnoloji xarakterinə görə qruplarının maliyyə bazarındakı fərdi (özünəməxsus) xüsusiyyətləri mövcudur:

-   onların hamısı maliyyə bazarının istehlakçıları sayılırlar, lakin maliyyə ehtiyatlarının yaradılma mənbələri müxtəlifdir;

-   qeyri-maliyyə müəssisələrinin əsas maliyyə mənbəyi istehsal (xidmət) sahələrinin inkişaf etdirilməsi və əmtəəlik məhsulun səviyyəsi ilə səciyyələnirilir. Maliyyə bazarının təklifini formalaşdırmaq xüsusiyyətlərinə malikdirlər;

-   maliyyə təşkilatları maliyyə bazarının əsas təklifçiləri sayılırlar, onlar özlərinin maliyyə alətlərindən istifadə, digər təsərrüfat subyektlərinin yığımlara yönəltdikləri, aptıq maliyyə vəsaitlərinin (ehtiyatlarının, əmanətlərinin) icarə edilməsi hesabına maliyyə bazarının təklifini formalaşdırır, faiz dərəcələri üzrə maliyyə ehtiyatlarını icarəyə verir (kreditlər, ssudalar və s. formada), sair növ maliyyə ximətləri göstərirlər;

- ümumi dövlət idarəetmə orqanları maliyyə bazarındakı maliyyə ehtiyatlarının yaradılmasında birbaşa iştirak etmirlər, lakin onun səmərəli fəaliyyət göstərməsində dolayısı yolla iştirak edirlər (mühafizə, müdafiə, hüquqi əsasların yaradılması və s. formalarda);

- ev təsərrüfatlarına xidmətlər göstərən qeyri-kommersiya (ictimai) təşkilatları, demək olar ki, sırf istehlakçı formasında maliyyə bazarının iştirakçısı olurlar. Onların funksiyası müxtəlif maliyyə mənbələrindən ayrılan təsisatlar, köçürmələr, keçirmələr, üzvlük haqları hesabına ev təsərrüfatlarına pulsuz müxtəlif növ ximətlər göstərməklə səciyyələnirilir;

-   ev təsərrüfatları maliyyə bazarında əsasən istehlakçı tərəf kimi iştirak etsələr də, onların maliyyə ehtiyatlarının xeyli hissəsi ev təsərrüfatındakı müxtəlif növ fəaliyyət nəticəsində formalaşır, gəlirlərinin müəyyən hissəsini maliyyə təşkilatlarının icarəsinə (depozitlər, əmanətlər və s. formada) vermək üsulu ilə, habelə ayrı-ayrı fiziki şəxslərə sələm, borc, əvəzsiz köçürmələr, xeyriyyə məqsədləri ilə maliyyə bazarının təklifçiləri kimi fəaliyyət göstərirlər.

Nəhayət, maliyyə bazarının əsas funksiyalarına daxil etmək olar: təsərrüfat mexanizmini maliyyə ehtiyatları ilə təmin etmək, tələbata uyğun təklifi formalaşdırmaq, istehlak bazarının normal fəaliyyətini təmin etmək, bazarın təklifinin səmərəliliyini (kəmiyyət və keyfiyyət əlamətləri üzrə) yaratmaq, ehtiyatlardan səmərəli istifadə etmək, sosial məsələlərin həllinə münasib şərait yaratmaq, davamlı və dinamik inkişafın məqsədyönlüyünü, ətraf mühitin mühafizəsini, istehsalçıların rəqabətədavamlılığını mühafizə etmək və digər iqtisadi problemləri həll etmək (iqtisadi böhranlara yol verməmək, maliyyə böhranı törətməmək və s.)

Bazar iqtisadiyyatı şəraitində sahibkarlıq fəaliyyətinin nəticələrinin iqtisadi-statistik qiymətləndirmələri və idarəetmənin təşkili məqsədilə təsərrüfat subyektlərinin assosiasiyalarının (birliklərinin) nəzərdən keçirilməsi çox böyük əhəmiyyət kəsb edə bilər.

Mənfəət əldə etmək məqsədilə əmlak və sahibkarlıq fəaliyyətini birləşdirən hüquqi şəxslər və vətəndaşların (fiziki şəxslərin) müqavilə əsasında və qanunlara müvafiq qaydada yaratdıqları idarə, müəssisə, təşkilatlar təsərüfat cəmiyyətləri (birlikləri) hesab edilirlər.  Belə birliklər (cəmiyyətlər) hüquqi şəxslər sayılırlar və onlar qanunvericiliyə zidd gəlməyən istənilən növ sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilirlər.

Belə birliklərin (cəmiyyətlərin) təsisçiləri və iştirakçıları (üzvləri) idarə, müəssisə və təşkilatlardan ibarət ola bilər. Bununla yanaşı, birliyə (cəmiyyətə) daxil olan idarə, müəssisə və təşkilatlar özlərinin hüquqi şəxs statuslarını itirmirlər.

Belə birliklərə (cəmiyyətlərə) daxil edilir: səhmdar cəmiyyətləri, məhdud məsuliyyətli cəmiyyətlər, əlavə məsuliyyətli cəmiyyətlər, tam məsuliyyətli cəmiyyətlər.

Kollektiv müəssisələrin göstərilən hüquqi formaları sahibkarlıq fəaliyyətinin müəyyən məqsədə uyğun aparılması üçün maddi məsuliyyət formalarının nizamlanmasını təmin etmək vəzifələrini yerinə yetirir.

Səhmdarlar cəmiyyəti. Klassik (ənənəvi) səhmdarlar cəmiyyəti (korporasiya) kapitalın (səhmlərin) qoyuluşunu özündə birləşdirir. Nizamnamə əsasında yaradılır və onun nizamnamə fondu olur. Nizamnamə fondu bərabər nominal dəyərinə malik olan müəyyən sayda səhmlərdən yaradılır. Onun təsisçiləri həm fiziki şəxslərdən (vətəndaşlardan) və həm də hüquqi şəxslərdən ibarət ola bilər. Səhmdar cəmiyyəti ən azı iki iştirakçıdan ibarət ola bilər, onların sayının yuxarı həddi məhdudlaşdırılmır.

Səhmdarlar cəmiyyəti sahibkarlıq fəaliyyətinin ən demokratik forması sayılır. Onun səhmlərini alan hər bir adam, bu səhmlərin üzərində  imza atmaqla, açıq şəkildə müəssisənin sahibinə çevrilir. Dünya təcrübəsində həm də səhmlər üzərində gizli imzalar atmaq üsulu mövcuddur. Bu üsul o halda tətbiq edilir ki, səhmdar cəmiyyətin təsisçisinin kifayət qədər vəsaiti mövcuddur və müəssisənin (təsərrüfat subyektinin) nizamnamə fondunu yarada bilir (tam təmin edir).

Müəssisələrin (təsərrüfat subyektinin) səmdar formasının əsas xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

- səhm sahibləri cəmiyyətin kreditorları qarşısındakı öhəliklər üçün məsuliyyət daşımırlar. Cəmiyyətin mülkiyyəti (əmlakı) ayrı-ayrı səhmdarların mülkiyyətindən (əmlakından) yaradılmışdır. Cəmiyyət müflisləşən hallarda səhmdarlar yalnız onlara məxsus səhmlərin mümkün olan qiymətdəndüşmə risqlərilə razılaşmalı olurlar;

- müəssisənin səmdar forması qeyri-məhdud sayda, o cümlədən kiçik həcmli əmanətçiləri özündə birləşirə bilir və bu zaman müəssisənin fəaliyyətinə nəzarət paketi iri əmanətçilərə (səhmdarlara) məxsus olur;

- səhmdar cəmiyyəti kapitalın birləşdirilməsinin ən əlverişli forması sayılır, belə ki, onda iştirak edənlərdən (payçılardan) istənilən birinin çıxması müəssisənin bağlanması zərurəti yaratmır.

Əvvəlcədən şərtləndirilmiş məbləğ üzrə risqin məhdudluğu səhmdar cəmiyyətlərinin yaradılmasını kapital qoyuluşunun ən əlverişli və cəlbedici forması olması səbəbinə çevrilir, odur ki, daha çox vəsaitin mərkəzləşdirilməsi (təmərküzləşməsi) üçün şərait yaradılır.

Demək olar ki, səhmlərin buraxılması bazar iqtisadiyyatının ən mühüm nailiyyətlərindən biri hesab edilir. Bu üsul ehtiyatların səfərbər edilməsi (toplanması), risqlərin səhm sahibləri arasında “paylanması” və maliyyə vəsaitlərinin bir sahədən digərinə qısa müddətə axması (keçməsi) üçün əlverişlidir.

Məhdud məsuliyyətli cəmiyyət. Belə kollektiv sahibkarlıq formasının fərdi xüsusiyyəti onunla səciyyələndirilir ki, məhdud iqtisadi məsuliyyətə malik olur, elə ona görə də məhdud məsuliyyətli cəmiyyət adlandırılır. Belə cəmiyyətlər nizamnamə fondu olan müəssisələrdən ibarətdirlər. Onların təsisçilərinin hər birinin payı bəlli olur və təsis sənədlərində qeyd edilir. Təsisçilər həm fiziki şəxslər (ayrı-ayrı adamlardan) və həm də hüquqi şəxslərdən ibarət olur. Onların hər biri cəmiyyətin öhdəliklərinin yerinə yetirilməsində yalnız paylarının səviyəsində məsuliyyət daşıyırlar. Belə cəmiyyətin yaradılmasının əsas prinsipləri səhmdar cəmiyyətlərində olduğu kimidir, lakin bəzi fərqlər də mövcuddur: əvvəla, belə müəssisə tam qapalı tipli cəmiyyət sayılır; ikincisi, səhmdar cəmiyyətlərin yaradılması daha çox səylər tələb edir, məhdud məsuliyyətli cəmiyyətlərin yaradılnası ilə müqayisədə.

Əlavə məsuliyyətli cəmiyyət. Belə cəmiyyət, məhdud məsuliyyətli cəmiyyətdən fərqli olaraq, müəssisənin borcuna görə nizamnamə fonduna ödədiyi üzvlük haqqına uyğun məsuliyyət daşıyır. Vəsaiti çatışmadığı halda hər bir təsisçi (üzv) ona məxsus olan əmlak hesabına (paya uyğun) bölünə bilən həcmdə  əlavə üzvlük haqqı ödəyir.  Məsuliyyətin son (yüksək) həddi (səviyyəsi) təsis sənədlərində nəzərdə tutulur.

Tam məsuliyyətli cəmiyyət. Müəssisə o hala tam cəmiyyət hesab edilir ki, onun təsisçilərinin (üzvlərinin) hamısı birlikdə sahibkarlıq fəaliyyətilə məşğul olurlar və cəmiyyətin öhdəliklərinin yerinə yetirilməsinə özlərinin mülkü (əmlakı) ilə tam məsuliyyət daşıyırlar.

Etimad göstətilən (etibar edilən, müvəkkil) cəmiyyət. Belə müəssisə əlavə məsuliyyətli cəmiyyət sayılır, etibar edilmiş əmlak (mülk) üzrə mülkiyyətçi ilə bağlanmış müqavilə üzrə təmsiledici (müvəkkil) fəaliyyət yerinə yetirir. Burada etibar edilən əmlak (mülk) dedikdə, pul vəsaiti, qiymətli kağızlar və etibar edənin mülkiyyət hüququnu təsdiq edən sənədlər nəzərdə tutulur. Etibar edilən (müvəkkil) cəmiyyəti etimad göstərilmiş əməliyyatları yerinə yetirirlər: vətəndaşlar üçün etibar edənin əmlakına xidmətlər göstərilməsi üçün saxlama və sair xidmətlərin göstərilməsi; hüquqi şəxslər üçün əmlaka sərəncamlar vermək, agent (müvəkkil) xidmətləri, mülkiyyətçi üçün və onların qiymətli kağızları üzrə hesabların aparılması, səhmdar cəmiyyətinin ümumi iclasında müvəkkil cəmiyyətlərinə verilmiş hüquqlara əsasən səsvermə səhmləri üzrə rəhbərlik etmək.

Beləliklə, bu sual (paraqraf) üzrə təsvir olunan təsərrüfat subyektləri maliyyə bazarının fəal iştirakçıları sayılırlar. Onların maliyyə münasibətləri sisteminin bazar seqmentləri aşağıdakı kimi təsnifləşdirilir: mikroiqtisadi maliyyə münasibətləri; mezoiqtisadi maliyyə münasibətləri; makroiqtisadi maliyyə münasibətləri.

Mikroiqtisadi maliyyə münasibətləri alqı-satqı münasibətləri zamanı formalaşır, məhsul və xidmətlərin satışı baş verir, nəticədə maliyyə öhdəlikləri yaranır. Maliyyə bazarının əsas həlqəsi, bünövrəsi sayılır.

Mezoiqtisadi maliyyə münasibətləri, istehsalın təşkili və idarə olunması, ehtiyatlardan səmərəli istifadə edilməsi məqsədlərinə uyğun olaraq, təsərrüfat birlikləri, fəaliyyət sahələri, bazar strukturları, qanunverici və icra orqanları, mühafizə və müdafiə orqanları,  ictimai birliklər, həmkarlar təşkilatları və s. tərəfindən göstərilən xidmətlər müqabilində formalaşir. Bu zaman mikroiqtisadi münasibətlərlə makroiqtisadi münasibətlər arasında xüsusi bir vasitəçi rolu icra olunur.  İstehsal prosesində yaradılan məhsulun və xidmətlərin əlavə dəyərinin təkrar bölgüsü, tənzimləmə və əlverişli istehsal mühitinin yaradılması kimi məqsədlər həyata keçirilir. Mikroiqtisadi subyektlərin üzvlük haqqı, rüsum və vergiləri hesabına, habelə dövlət büdcəsi və büdcədənkənar fondlar hesabına maliyyə ehtiyatları formalaşdırılır və onlara əsasən yerinə yetirdikləri vəzifələrin maliyyələşdfirilməsi həyata keçirilir.

Makroiqtisadi maliyyə münasibətləri dövlət büdcəsi və büdcədənkənar fondların vəsaitləri vasitəsilə həyata keçirilir. Dövlətin rəhbər, qanunvericilik, müvafiq icra orqanları vasitəsilə tənzimləmə funksiyaları həyata keçirilir.

Texnoloji xarakterinə görə, maliyyə münasibətləri aşağıdakı növlərinə bölünür: müəssisə və təşkilatların (iqtisadiyyat subyektlərinin) maliyyəsi; dövlət maliyyəsi; vergi və vergi sisteminin münasibətləri; bank və qeyri-bank maliyyə təşkilatlarının münasibətləri; pul dövriyyəsi və kreditlər üzrə münasibətlər; sığorta sisteminin münasibətləri; valyuta tənzimlənməsi və valyuta nəzarəti üzrə münasibətlər; ödəmə (tədiyyə) balansının əməliyyatları.

 Zakir Zeynallı,

Azərbaycan Dövlət İqtisad

 Universitetinin tələbəsi