Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
13-19 iyun 2019-cu il
23 (1071)
4-12 iyun 2019-cu il
22 (1070)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2011-2012-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin bakalavr və magistr səviyyələrinə, orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının günləri təyin edilib. Qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı və tələb olunan sənədləri aprelin 27-dən mayın 31-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərir.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) ərizə qəbulu 28 iyun – 10 avqust tarixlərində davam edəcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanı tarixləri belədir:
III qrup -3 iyul
I qrup - 10 iyul
IV qrup - 16 iyul
II qrup -22 iyul
Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı - 28 avqust

Qabiliyyət imtahanlarının tarixi:
Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı - 7-13 iyul
Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı 14-20 iyul
İdman istiqaməti üzrə qabiliyyət imtahanı 20-28 iyul
Ali təhsil müəssisələrinə ixtisas seçimi 24 iyul-2 avqust (saat 11-00)

Qeyd edək ki, magistraturaya qəbul imtahanının II mərhələsi də iyun ayında keçiriləcək. İmtahan Bakı, Naxşıvan və Gəncədə 26 iyun tarixində baş tutacaq.