Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

Kənd təsərrüfatında innovasiya məsələləri barədə

İnnovasiya “innovation” ingilis sözü olub çox mənada işlədilir: novatorluq, yenilikçilik mənası kəsb edir. Yeni istehsal vasitələri, məhsul və proseslər (texniki, iqtisadi, təşkilati, mədəni və s.) yaradılması, istifadəsi və yayılması, yeni tətbiq edilən, йени mənalarında işlədilir: yeni ideya, йени məhsul,  йени tətbiq edilən texnologiya; idarəetmə sferasında səmərələşdirici təkliflər, idarəetmə innovasiyası deməkdir.

Müasir mərhələdə innovasiyanın tətbiqinin zəruri şərtləri: 1) peşəkar kadrların mövcudluğu. Elmi-texniki və təcrübi kadrların mövcudluğundan söhbət gedir; təhsil-elm-təcrübə arasında qarşılıqlı əlaqə, vəhdət yaradılması ilə səciyyələndirilir və ölkəmizдя бу мясяляляр эетдикъя юз həlliни тапыр; 2) kapital təminatı. Иqtisadi və sosial məsələlərin bütün aspektlərində olduğu kimi, yeni məhsulun istehsalı, onun keyfiyyətinin yaxşılaşdırılması, yeni elmi kəşflərin həyata keçirilməsi, bacarıqlı kadrların hazırlanması, elmi-texniki nailiyyətlərin və yeni texnologiyanın tətbiqi üçün xeyli miqdarda kapitala (sərvət və pul formasında) ehtiyac yaranır. Belə imkanları olanlar innovasiyaya maraqlı olur, imkansızlar isə passiv mövqe tutur və kortəbii fəaliyyətə üstünlük verir. Nəticədə bazar rəqabətinə tab gətirmirlər; 3) münasib şəraitin olması. Münasib maddi-texniki bazası və maliyyə imkanı olan sahibkar (firma, ширкят birlik, korpоrasiya və s.) istehsal və satış proseslərində vaxtaşırı yeniliklər etməyə, istehlak bazarının tələbatını ödəmək və layiqli yer tutmaq üçün real şəraitə malik olur, seçim aparır, risq edir və fayda götürür. Odur ki, innovasiyaya meyиlli olur. Иstehsal və xidmət vahidi nə qədər məhdud fəaliyyət dairəsinə malik olursa, onun innovasiya imkanları da bir o qədər dar olur və ya heç olmur. Kiçik həcmli istehsal və xidmət vahidlərinin innovasiya siyasəti yalnız müxtəlif formalarda kooperativləşmə üsulu ilə həyata keçirilə bilər. Azərbaycanın kənd təsərrüfatı istehsalçılarının innovasiya siyasətini də belə kooperativləşdirmələr aparmaq (ixtisaslaşdırılmış assosiasiyalar yaratmaq) üsulu ilə həyata keçirmək mümkündür. Mövcud vəziyyət bunu belə tələb edir.

Azərbaycanда kənd təsərrüfatının innovasiyaya hazırlığının vəziyyəti

1. Məlumdur ki, ölkənin kənd təsərrüfatı istehsalçılarının sayı 1,2 milyonu ötür. Orta hesabla, onların hər birinin: kənd təsərrüfatına yararlı sahələri 1,7 hektara, mal-qarasının sayı – 2,9 şərti iri buynuzlu mala, işçilərinin sayı – 1,3 nəfərə (istehsal edilən məhsulun dəyəri – 2,9 min manata (2008-ci il ərzində), o cümlədən əlavə dəyər – 1,8 min manata və xalis mənfəəti – 1,6 min manata bərabərdir.  Belə kiçik həcmli mənfəətlə heç bir innovasiya haqqında düşünmək olmur. Sahənin xərc tutumu 45,5%-ə bərabərdir (əmək haqqı, vergi ödənişi və əsas fondların amortizasiyası daxil edilməklə). Deməli, çox yüksəkdir və xərclərin innovasiyasına tələbat vardır.

2. Kənd təsərrüfatı istehsalçılarının mövcud maddi-texniki bazasını  2008-ci ilin məlumatları üzrə aşağıdakılar ilə ümumi xarakterizə etmək olar  (hər min təsərrüfata düşür):  17,9 traktor, 3,7 kotan, 0,9 becərmə aqreqatları, 1,6 toxum səpən aqreqatlar, 0,6 otbiçən, 1,3 ot bağlayan, 1,8 taxılyığan kombaynlar və s. Əsas istehsal fondlarının tərkibinin xarakterizəsi belədir: 76,9%-ni bina, tikili və ötürücü qurğular, 14,6%-ni maşın və avadanlıqlar, 4,0%-ni nəqliyyat vasitələri, 1,9%-ni məhsuldar və işçi mal-qara, 1,0%-ni çoxillik əkmələr, 1,6%-ni sair əsas istehsal vasitələrinin dəyəri təşkil edir (6,66). Bununla yanaşı, bina, tikililər və nəqliyyat vasitələri istisna olmaqla, digər növ əsas istehsal vasitələrinin xüsusi çəkisi 90-cı illərin ortalarına nisbətən xeyli aşağı düşmüşdür. Başqa sözlə, əsas istehsal vasitələrinin ayrı-ayrı hissələri üzrə qeyri-mütənasib artım baş vermişdir. Deməli, məsələlərin həllində innovasiyaya zərurət genişdir.

Məlumatların təhlili deməyə əsas verir ki, ümumiyyətlə, ölkə üzrə kənd təsərrüfatı istehsalçılarının zəruri texnika və texniki avadanlıqlarla təchizatı çox aşağı səviyyədədir. Əgər kənd təsərrüfatı işləri ilə məşğul olan hər 1000 nəfərə mövcud traktorların sayı, hələ 1995-1997-ci illərdə, Sloveniyada 3082, Kanadada 1642, Avstriyada 1567, ABŞ-da 1484, Norveçdə 1276, Fransada 1236, Belçikada 1156, Finlandiyada 1147, Danimarkada 1116, İrlandiyada 978, İsveçdə 958, Almaniyada 991, İtaliyada 913, Böyük Britaniyada 883, Avstraliyada 700, Yaponiyada 637, Niderlandda 631, İsveçrədə 627, İspaniyada 546, Estoniyada 495, Yeni Zelandiyada 437, Makedoniyada 381, İsraildə 322, Latviyada 312, Yunanыstanda 277, Polşada 281, Litvada 263, Portuqaliyada 208, Uruqvayda 173, Çexiyada 164, Rusiya Federasiyasında 106, Livanda 100, Slovakiyada 92, Qazaxыstanda 91, Ukraynada 89, Moldovada 85, Rumıniyada 84, Türkmənistanda 82, Cənubi Afrikada 68, Suriya Ərəb Respublikasında 66, Özbəkistanda 59, Türkiyədə 58, İran İslam Respublikasında 40-a bərabərdirsə, 2005-ci ildə keçirilmiş kənd təsərrüfatı siyahıyaalmasının məlumatlarına əsasən, Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan işçilərin hər 1000 nəfərinə cəmisi 6 tırtıllı və yaxud təkərli taktor mövcud olmuşdur, onların da 92%-dən çoxuну 1998-ci ildən əvvəl buraxılmış traktorlar təşkil edir, yəni mənəvi və fiziki köhnəlmiş traktorlar sayılır. Başqa sözlə, MDB ölkələri, keçmiş SSRİ və sosialist blokuna daxil olan ölkələr, щямчинин yaxın qonşu ölkələrlə müqayisədə, Azərbaycanda kənd təsərrüfatının texniki təchizatı olduqca aşağı səviyyədədir, əl əməyi həddindən artıq yüksək səviyyədədir. Беля ки, həm də dünyanın inkişaf etmiş ölkələri ilə müqayisəedilməz dərəcədə aşağıdır. Göstərilən amil də həm torpaq və əmək ehtiyatlarından səmərəli istifadə etməyə mənfi təsir göstərir, həm də məhsulдarlıq göstəricilərini aşağı salmaqla, məhsulun həcmini artırmağa şərait yaratmır. Əsl innovasiya obyekti sayılır.

3. Ədəbiyyatlarda dünya ölkələri üzrə ÜDM-nin texnoloji tərkibinə dair 1999-cu il üçün verilmiş məlumatların təhlilini iki qrupda aparmaq olar: keçmiş sosialиzm sistemli təsərrüfatlara malik olan ölkələr; kapitalizm sistemi sayılan ölkələr. Birinci qrup ölkələrin təsərrüfat sistemində XX əsrin 90-cı illərinin əvvəllərindən başlayan islahatlar və ümumiyyətlə, sosializm sisteminin dağılması, ölkələr və təsərrüfat subyektləri, xalq təsərrüfatı sahələri arasındakı qarşılıгlı əlaqələrin pozulması bilavasitə istehsal sahələrində dərin böhranın yaranmasına səbəb olmuşdur. Nəticədə sənaye sahələrinin, bəzi ölkələrdə hətta kənd təsərrüfatı və digər istehsal sahələrinin məhsullarının həcminin kəskin şəkildə azalması müşahidə edilmişdir. Odur ki, bu ölkələrdə 1999-cu ildə ümumi daxili məhsulun həcmində xidmətlərin xüsusi çəkisi xeyli artmışdır. Məsələn, Gürcüstan və Tacikistanda 65%, Qazaxыstanda 60%, Rusiya Federasiyasında 58%-ə bərabər olmuşdur. Bu amil SSRİ ilə bir siyasi birliyə daxil olan Avropa ölkələrində də müəyyən səviyyədə öz təsirini göstərə bilmişdir. Фikrimizcə, onun nəticəsi olaraq, belə ölkələr üzrə xidmətlərin xüsusi çəkisi, ümumi daxili məhsulun tərkibində, 44-67% arasında dəyişərək, məhsul istehsalının xüsуsi çəkisini xeyli üstələmişdir.

Dünya Bankının mütəxəssislərinin hesablamalarına görə, qonşu İran İslam Respublikası və Türkiyədə, müvafiq olaraq, istehsalın xüsusi çəkisi 12% və 16% olmuşdursa, xidmətlərin çəkisi isə 48% və 56%-lə xarakterizə edilir. İnkişaf etmiş ölkələrdən ABŞ-da bu göstəricilər 18% (istehsal) və 72% (xidmət), Yaponiya – 24 və 61, Böyük Britaniya – 23 və 63, Almaniya – 24 və 36, İtaliya – 20 və 67%-lə səciyyələndirilir. Statistik məlumatların təhlili göstərir ki, 2009-cu ildə Azərbaycanın ÜDM-нин tərkibində məhsul istehsalının payı 64%, xidmətlərin xüsusi çəkisi 30%-ə bərabər olmuşdur. Belə bir nəticə çıxarmaq mümkündür ki, inkişaf etmiş ölkələrin xarakterik xüsusiyyətlərindən biri geniş əhatəli xidmətlər şəbəkəsinin qurulması və fəaliyyət göstərməsindən ibarətdir. Bu metod Azərbaycanda həyata keçirilməyə başlayan qeyri-neft sahələrinin inkişaf strategiyasının əsas istiqamətlərindən sayıla bilər. Fikrimizcə, bu problemin geniş öyrənilməsi ayrıca bir tədqiqatın obyektidir. Qısaca olaraq göstərək ki, Dövlət Statistika Komitəsi tərəfindən 2007-ci ildə keçirilmiş birdəfəlik müayinə nəticəsində kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan müəssisə və təşkilatların 10,3%-i payızlıq dənli və dənli paxlalıların səpinini kənar təşkilatlar vasitəsilə və 51,0%-i ayrı-ayrı şəxslərin xidmətləri hesabına həyata keçirmişlər. Фərdi sahibkarlar, ailə kəndli təsərrüfatları və ev təsərrüfatları üzrə bu göstəricilər, müvafiq olaraq, 8% və 30%-lə səciyyələndirilir. Şumun aparılmasında belə xidmətlərdən istifadə edənlərin хцсуси çəkisi daha yüksəkdir. Əkinlərin becərmə işləri, üzvi və mineral gübrələrin verilməsi, suvarma işlərinin aparılması, ziyanvericilərə qarşı mübarizə tədbirlərinin aparılması, məhsul yığımı, nəqliyyat-daşıma xidmətlərinin göstərilməsi, ixtisaslı mütəxəssislərin məsləhətləri, heyvandarlıqda baytarlıq və zootexniki xidmətlərin, süni mayalandırma, yemləmə, qoyun qırxımı və s. növ xidmətlərin göstərilməsi tələb edilir. Kənd təsərrüfatı istehsalçılarına peşəkar xidmətlərin təşkili və yerinə yetirilməsi təbii ehtiyatlardan səmərəli istifadə etmək, məhsul bolluğu yaratmaq, əhalinin məşğulluğunu artırmaq və işsizliyin azaldılması, kənddə sahibkarlığın inkişafının sürətləndirilməsinin, yoxsulluğun azaldılması və adambaşına gəlirlərin yüksəldilməsi, habelə sair iqtisadi və sosial məsələlərin həlli nöqteyi-nəzərcə əhəmiyyət kəsb edir. Digər bütün növ sahibkarlara müəyyən peşəkar xidmətlərin göstərilməsi də mühüm əhəmiyyət kəsb edir. Real innovasiya obyektləri sayıla bilər.

4. 2005-ci ildə keçirilmiş kənd təsərrüfatı siyahıyaalmasının nəticələrinin təhlili deməyə əsas verir ki, ölkənin kənd təsərrüfatı istehsalçılarının yalnız 3,8%-nə kənd təsərrüfatı təhsili olan başçılar rəhbərlik edirlər, onların 2,0%-nin başçıları natamam kənd təsərrüfatı təhsili olanlardır, 21,8%-i qeyri-kənd təsərrüfatı ixtisas təhsili olanlardır, 72,4%-ni isə heç bir ixtisas təhsili olmayan başçılar idarə edirlər. Təsərrüfatların 76,1%-nə kişilər və 23,9%-nə qadınlar rəhbərlik edirlər. 

Göstərilənlərlə yanaşı, kənd təsərrüfatı istehsalçılarının 15,6%-nin daimi işçiləri yoxdur və cəlb edilmiş muzdlu işçilərdən istifadə edirlər. Kənd təsərrüfatında muzdlu işlərə cəlb edilənlərin çəkisi bütün işçilərin 8,9%-nə bərabərdir və onların 11,8%-i daimi işləri yerinə yetirir, 88,2%-i mövsümi işlərə cəlb edilənlərdir. Sahə üzrə bütün məşğul olanların 49,6%-ni kişilər və 50,4%-ni qadınlar təşkil edir. Bütün işçilərin 5,2%-i 15 yaşına kimi yeniyetmələrdən ibarətdir. Əməkqabiliyyətli işçilərin xüsusi çəkisi 85,9%-ə, onlardan 29,6%-nin yaşları 16-35 arasındadır və  əməkqabiliyyətli yaşlarından yuxarı yaşlarında olub kənd təsərrüfatında çalışanların çəkisi 8,9%-lə səciyyələndirilir.

Ən acınacaqlı hal sayıla bilər ki, kənd təsərrüfatında çalışanlar arasında peşəkar ixtisaslara malik olanlar olduqca azlıq təşkil edir. Ailə üzvləri və cəlb edilmiş işçilərdən: traktorçu-maşinist diplomu olanların çəkisi 1,5%-ə, avtomobil sürücülüyü diplomu olanlar – 1,7%-ə, aqronom diplomu olanlar – 0,3%-ə, zootexnik və baytar diplomu olanlar – 0,2%-ə, mühəndis və texnik diplomu olanların çəkisi – 0,3%-ə bərabər olmuşdur. Göründüyü kimi, kənd təsərrüfatında çalışan işçilərin peşəkarlığının artırılması ən birinci zəruri innovasiya obyekti hesab edilir.

5. Sahənin bazar münasibətlərinin təşkili ən zəruri və təxirəsalınmaz vəzifələrdən sayıla bilər. Azad bazar iqtisadiyyatının carçıları XVII-XVIII əsrdə yaşamış, öz dövrü və mühitinə görə təkliflər vermiş, mübahisələr aparmış və müəyyən səviyyədə razılığa gəlmişlər. Üç yüz ilə yaxın keçmişə qayıtmaq, köhnə fikirlərə əsaslanmaq ən azı gülünc sayılmalıdır. Belə düşünənlər innovasiyaya zidd hərəkət edirlər. XXI əsrdə iqtisadi münasibətlər, obyektiv və subyektiv səbəblər üzündən, xeyli kəmiyyət və keyfiyyət dəyişikliklərinə məruz qalmışdır, yəni innovasiyaya uğramışdır. Baş verən təbii fəlakətlər, məhəlli müharibələr, böhranlar və sair hadisələr göz qabağındadır. Hazırda hətta inkişaf etmiş ölkələrdə belə, tam azad bazar münasibətləri mövcud deyildir. Azad bazar iqtisadiyyatı dedikdə, istehsal və satış məsələляrinin təşkilində tərəflərin azad seçimi, dövlətin müdaxilə etməməsi nəzərdə tutulursa, onun hüгuqi əsaslarının yaradılması, tərəflər arasındakı öhdəliklərin müəyyən edilməsi də mühüm əhəmiyyət kəsb edir. Tərəflər öz razılaşmalarını müvafiq qaydada mütləq rəsmiləşdirməlidirlər. ABŞ, Yaponiya, Qərbi Avropa ölkələrində hələ də istehsalçı ilə istehlakçılar arasında kontrakt (qarşılıqlı müqavilə bağlamaq) sistemi fəaliyyət göstərir və müəyyən ticarət qaydalarından istifadə edilir. ABŞ-da iki yüz ildir ki, ticarət haqqında qanun fəaliyyət göstərir və hələ də qüvvədədir. Azərbaycanın kənd təsərrüfatı istehsalçıları isə kortəbii bazar münasibətlərinin cəngində mübarizə meydanındadır. Bax, burada innovasiyaya ehtiyac duyulur. Emal müəssisələri ilə normal iqtisadi münasibətlərin qurulması, toпdansatış ticarət təşkilatlarının yaradılması, qanunvericiliyə uyğun öhdəliklər götürülməsi və yerinə yetirilməsində qarşı tərəflərin azad, sərbəst məsuliyyət daşımaları məhz müasir bazar iqtisadiyyatının qanunauyğunluğu sayılır, azad bazar prinsipinə də uyğun gəlir.

Bazar münasibətlərində müəyyən qaydaların yaradılmasının Ümumdünya Ticarət Təşkilatına üzvlüyün səmərəli fəaliyyətini təmin etmək üçün mühüm əhəmiyyəti ola bilər. Yəni beynəlxalq bazara hər bir kiçik həcmli istehsalçı deyil, mükəmməl bacarığa və təşkilatçılıq qabiliyyətinə malik olan işçilərlə silahlanan ixtisaslaşdırılmış bir qurum dünya bazarlarının standartlarına uyğun məhsullar çıxarılmasını təmin edə bilər və gözlənilən nəticələr əldə edilər. Həmчинин də qarşıya qoyulmuş bütün əsas və əlavə məqsədlərə layiqincə nail olmaq üçün müvafiq şərait yaranar. Tələbat ödənilər, ehtiyatlardan səmərəli istifadə olunar, səmərəlilik yaranar, geniş təkrar istehsal təmin edilər, digər sosial, iqtisadi və mədəni-mənəvi məsələlər həll edilmiş olar. İnnovasiyanın funksiyası da məhz göstərilənlərlə səciyyələndirilir.

***

Azərbaycan kənd təsərrüfatında innovasiyanın tətbiqi istiqamətləri

Tədqiqatlarımız nəticəsində belə qənaətə gəlirik ki, ölkənin aqrar sahələrinin innovasiya tət-biqi istiqamətləri aşağıdakılarla səciyyələndirilə bilər: 1) kadr hazırlığı. Burada sahə peşə kadrlarının hazırlanmasını diqqət mərkəzində saxlamaq, rayonlarda texniki peşə məktəblərinin yaradılması, müvafiq tədris və təlim vəsaitlərinin hazırlanması, onları peşəkar kadrlarla təmin etmək, gənclərə və kənd təsərrüfatı işçilərinə aqrotexniki, zootexniki biliklərin, texnikadan istifadə qaydalarının, iqtisadi-statistik qiymətləndirmə metodlarının və s. öyrədilməsi məqsədəuyğun sayıla bilər. Dani-markada fermerlərin hazırlığı təcrübəsindən istifadə etmək məqsədəuyğun sayıla bilər. Onun geniş şərhini “İnsanın bilik (intellektual) kapitalının formalaşmasında ictimai şüurun məhsuldarlığının yüksəldilməsi yolları” adlı məqalədə vermişik. Məlumdur ki, ölkədə təhsil haqqında yeni qanun qə-bul edilmişdir. Ona uyğun olaraq, gənclərin xeyli hissəsi, xüsusən kənd yerlərində, tam orta təhsil ala bilməyəcəklər. Belə gəncləri natamam orta təhsildən peşə təhsilinə cəlb etmək, onların bu istiqa-mətdə orta ixtisas və ali təhsilə yiyələnmək siyasətini tətbiq etmək ən əlverişli innovasiya növü sayı-la bilər. Eyni zamanda orta ixtisas və ali təhsil sistemini təkmilləşdirmək, tədris proqramlarının, dərsliklər və dərs vəsaitlərinin hazırlanması və vaxtaşırı təkmilləşdirilməsinə daha çox diqqət yönəltmək, təhsil müəssisələrinin istehsalatla bilavasitə qarşılıqlı əlaqələrinin qurulması, təcrübə sahələrinin yaradılması və s. tədbirlərin görülməsinə ehtiyac böyükdür; 2) texniki təchizat. Lizinq xidmətinin fəaliyyət dairəsini genişləndirmək mühüm əhəmiyyət kəsb edə bilər. Keyfiyyət və kə-miyyət dəyişiklikləri aparıla bilər. Onun müxtəlif xidmət sahələrini: texniki, təchizat, satış, peşəkar mütəxəssis məsləhətləri və s. yaratmaq olar. Kontrakt bağlamaq üsulu ilə müxtəlif növ xidmətlərin göstərilməsi nəticəsində məhsul bolluğu yaradılar, ehtiyatlardan səmərəli istifadə təmin edilər, iqtisasdi-statistik tədqiqatların keyfiyyətini yüksəltməyə şərait yaradılar və s. Hər bir rayonda lizinq xidməti təşkilatını yaratmaq və kənd ərazilərində onların filiallarını açmaq olar. Eyni zamanda əmək ehtiyatlarından səmərəli istifadəyə şərait yaranar; 3) təşkilatı-idarəetmə. Bu aspektdə innovasiyanın geniş əhatə dairəsi mövcuddur: təsərrüfat birliklərinin yaradılması; kənd təsərrüfatı istehsalçısı – emal müəsisələrinin əlverişli iqtisadi əlaqələrin qurulması və təkmilləşdirilməsi; texnoloji sahəvi təkmilləşdirmə və s. istiqamətlərə bölünə bilər. Təsərrüfat birliklərinin yaradılması olduqca əhəmiy-yətli innovasiya istiqaməti sayılır. Kiçik həcmli kənd təsərrüfatı istehsalçılarının: birlik, assosiasiya, kompaniyalar və s. formalarda ittifaqların yaradılması, ilk növbədə, Müəssisələr haqqında Azərbay-can Respublikası Qanununun 12-ci maddəsinin icrasını təmin etmiş olar. Digər tərəfdən, yeni texni-ka və texnologiyaların tətbiqi, peşəkar kadrların hazırlanması, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi, təchizat-satış, məhsulların saxlanması və s. məsələlərin həllində arzu edilən nəticələrin əldə olunmasını təmin etmiş olur. Dünya ölkələrinin təcrübəsinə uyğun olaraq, yaradılan istənilən təsər-rüfat birliyi, məsələn, ABŞ-da ayrı-ayrı məhsul istehsalı üzrə assosiasiyalar, kənd təsərrüfatı isteh-salçıları, emal müəssisələri, anbar təsərrüfatları, təchizat və satış təşkilatları arasındakı qarşılıqlı əlaqələrin qurulması, sağlam iqtisadi münasibətlərin təmin edilməsi, bütün tərəflər üçün səmərəli fəaliyyət proseslərinin həyata keçirilməsini təmin edə bilər. Əsl innovasiya da elə bu məqsədləri özündə əks etdirir. Emal müəssisələri ilə qarşılıqlı iqtisadi əlaqələrin yaradılması və təkmilləşdiril-məsi məsələsi də aktual sayılır. Kontrakt sisteminin tətbiqi, yerlərdə emal müəssisələrinin filial-larının yaradılması, iri şəhərlərə xam məhsulların (mal, qoyun, toyuq, süd və s.) daşınmasının qarşı-sını almaqla, hazır məhsul (ət və ət məhsulları, süd məhsulları və s.) daşınması təcrübəsinin mənim-sənilməsi, təbiidir ki, sivil və səmərəli üsullar sayılır. Regionların əmək ehtiyatlarından səmərəli isti-fadəyə şərait yaratmış olur. Texnoloji sahəvi istiqamətin növləri: kənd təsərrüfatının sahələrinin sər-hədlərini müəyyənləşdirmək, toxumçuluq, heyvandarlıq və keyfiyyətə nəzarət qurumlarının yaradıl-ması əsl innovasiya obyektidir. Kənd təsərrüfatına sahəvi yanaşmanın prinsiplərini “Azərbaycanda kənd təsərrüfatı coğrafiyasının müasir problemləri” adlı kitabda geniş izah etmişik (3,43-58). BMT-nın Statistika Komissiyyasının tövsiyələrinə uyğun olaraq, burada kənd təsərrüfatını ənənəvi iki sahəsini dörd sahəyə ayırmağı təklif etmişik: bitkiçilik, heyvandarlıq, yemçilik və xidmət sahələri. Hesab edirik ki, yüzilliklər boyu ənənəvi sayılan sahələrin müasir mərhələdə geniş tərkibdə öyrənilməsi məqsədəuyğun sayılmalıdır. İqtisadi-statistik qiymətləndirmələr yeni təsnifatlar üzrə həyata keçirilməlidir ki, sahələr, yarımsahələr, qruplar və siniflər arasındakı mütənasiblilik, qarşılıqlı əlaqələr, inkişaf meylləri düzgün müəyyənləşdirilsin. Bütün rayonlarda toxum laboratoriyalarının yaradılması və istifadə edilən toxumlara və əkin materiallarına bu qurum vasitəsilə nəzarət edilməsi, heyvandarlıq idarələri vasitəsilə damazlıq işlərinin aparılması, heyvanların sağlamlığının təmin edilməsi və mühafizə olunması, sair zootexniki xidmətlərin göstərilməsi, habelə kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət funksiyalarının həyata keçirilməsi məqsədilə ixtisaslaşdırılmış qurumların yaradılması, normal qarşılıqlı iqtisadi əlaqələrin qurulması və s. tədbirlərin həyata keçirilməsi sahədə yeni, keyfiyyətli məhsullar istehsalına, ehtiyatlardan səmərəli istifadəyə və s. tam təminat verir; 4) elmi-tədqiqat. Müxtəlif formalarda təhsil-elm-təcrübənin vəhdətinin yaradılması məhsuldarlığı artırmaq, xərcləri azaltmaq, səmərəlilik yaratmaq ana xətti sayılır. Etiraf etməliyik ki, indiki zamandan onların hər biri, müstəqil, kortəbii fəaliyyət göstərir. Odur ki, səmərəliliyi çox aşağı səviyyədədir; 5) iqtisadi-statistik tədqiqatlar. Uçot, hesabat və təhlil işlərinin bütün mərhələlərində təkmilləşdirməyə ehtiyac olması ilə yanaşı, sahənin iqtisadi göstəricilərinin öyrənilməsi məqsədilə xüsusi bir şəbəkənin yaradılması, xidmət sahələrinin məhsul və xidmətlərinin natural və dəyər ifadələrində uçotunun aparılmasının təşkil edilməsi əsas innovasiya istiqamətləri sayılır. Kənd təsərrüfatı istehsalçılarının xərclərinin fəaliyyət sahələri üzrə təhlili təcrübəsini mənimsəmək və tətbiq etmək ən müasir innovasiya formasıdır ki, dünya ölkələrində ondan istifadə edilir (Activity Based Costing, ABC). Növbəti yazılarda, qismət olsa, bu barədə geniş məlumat verəcəyik; 6) maliyyə-kredit. Biz ayrı-ayrı məhsulların əkilməsi üçün birbaşa yardımların ödənilməsi və yaxud vergi güzəştlərinin tətbiqini məqsədəuyğun saymırıq. Belə yardımlar himayəçilik xarakteri daşıyır və xoşagəlməz meyllərin yaranmaşına şərait yaradır. Bunların əvəzində daha sivil, iqtisadi metodlarla yardımlar göstərilməsi gözlənilən nəticələr yarada bilər. Belə innovasiya məsələlərinə biz daxil edirik: qiymət siyasətini düzgün müəyyənləşdirmək; ƏDV vergisini mahiyyətini geniş öyrənmək və düzgün tətbiq etmək; dünya ölkələrində olduğu kimi, sivil bazar münasibətləri qurmaq istehsalçıların maliyyə imkanlarını genişləndirə bilər. Ayrı-ayrı məhsulların istehsalının inkişaf etdirilməsi məqsədilə xüsusi Dövlət Proqramlarının hazırlanması və həyata keçirilməsi birbaşa yardımlardan daha səmərəli sayıla bilər; 7) qanunvericilik bazasının təkmilləşdirilməsi. Biz kontrakt sisteminin tətbiqinin hüquqi bazasının yaradılması və tətbiqini, bununla da iqtisadi münasibətlərin hüquqi öhdəliklər üzrə həyata keçirilməsi təcrübəsinin tətbiqini, ticarət haqqında qanunun qəbul edilməsini, mövcud qanunvericilik aktlarında vaxtaşırı təkmilləşdirmələr aparılmasını mühüm innovasiya məsələlərinə daxil edirik. Kənd təsərrüfatı istehsalçılarının müəssisə növü kimi qəbul edilməsi də az əhəmiyyət kəsb etmir. Ümumiyyətlə, bütün ölkələrdə, iqtisadi-statistik tədqiqatlar və idarəetmənin təşkili məqsədilə iqtisadi münasibət vahidlərinin hamısı, hüquqi statusuna görə, iki qrupa bölünürlər: hüquqi və fiziki şəxslər. “Müəssisə” anlayışı əslində sovet təsərrüfatçılıq təcrübəsindən keçən təsəvvür vasitəsidir. Avropa ölkələrinin təcrübəsində də belə anlayışa rast gəlinsə də, onlar burada iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən hüquqi və fiziki şəxsləri, onların filial və müstəqil bölmələrini nəzərdə tutur və hər birini bir tədqiqat vahidi kimi qəbul edirlər. Ölkəmizin mütəxəssislərinin təsəvvürlərində isə “müəssisə” anlayışı əsasən emal və xidmət sahələrinə şamil edilir, kənd təsdərrüfatında isə istehsalçıların az bir hissəsi müəssisə hesab edilir, yenə də fərlənirik. Bizim mütəxəssislərin şüurunda “sahibkarlıq” anlayışı Avropa ölkələrində olduğundan daha fərqli mahiyyət kəsb edir. Məsələn, ABŞ-da hətta evində kompüter vasitəsilə müxtəlif növ xidmətlər gös-tərənlər: başqaları üçün proqram yazanlar, mühasibat uçotunu aparanlar, iqtisadi məlumatlar hazır-layanlar və s. sahibkarlıq subyektləri hesab edilirsə də, “Ailə kəndli təsərrüfatları haqqında Azərbay-can Respublikasının Qanunu”nda (1-ci maddənin 3-cü bəndi) təsbit edilmişdir ki, ailə kəndli təsər-rüfatlarının fəaliyyəti sahibkarlıq sayılmır. Bütün bunlar innovasiya istiqamətləri sayıla bilər və həl-lini gözləyən əhəmiyyətli məsələlərə aid edilir; 8) bazar münasibətləri və s. Ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, kənd təsərrüfatında da mübadilə, bazar münasibətlərinin öyrənilməsi tamamilə diqqət mərkəzindən kənarda qalmışdır. Onun nəticəsidir ki, həm alimlərimiz və həm də təcrübi mütəxəssislər bazarla bazar iqtisadiyyatını qarışdırırlar. Hər bir iqtisadi münasibət vahidi, hamı hər şeyi və hər yerdə satmaq hüququna malik olduğunu, kortəbii ticarətlə məşğul olmağı qa-nuni hesab edir. Heç bir qayda-qanuna riayət etmir. Yeri gəlmişkən göstərək ki, ABŞ-da ezamiyyət-də olarkən, müəyyən səlahiyyətli şəxslərdən, onlarda həftə bazarının olub-olmaması və fermerlərin belə bazarlara məhsul çıxarması barədə soruşduq. Məsələni geniş müzakirədən sonra, həmkarımız bildirdi ki, çox nadir hallarda belə bazarlar olur və heç kim oradan məhsul almağa maraq göstərmir. Hamı mütəşəkkil ticarətdən məhsullar almağa üstünlük verir. Bu məsələ də ölkəmizin iqtisadiyyatı üçün mühüm innovasiya istiqaməti sayılır. Ticarət haqqında qanunun qəbulu, kontrakt sisteminin tətbiqi üçün nörmativ-hüquqi əsasların hazırlanması, onun tətbiqinin təşkili və s. sivil mübadilə münasibətləri qurmaq, istehsalçı və istehlakçılar arasında səmərəli qarşılıqlı əlaqələr yaratmaq məsələlərin həllinə əhəmiyyətli təsir göstərə bilər.

Zakir Zeynallı,

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi