Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: Bu 2 uğurlu tələbə **** Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulub **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** Azərbaycan-Rusiya münasibətləri keyfiyyətli və dinamik inkişaf mərhələaində **** "Azərbaycan Uşaq Qaynar Xətt Xidməti" bu ilin 9 ayı üçün hesabatını açıqlayıb. **** “Bakcell”in növbəti Satış və Xidmət Mərkəzi Qəbələdə! **** Şəhərsalmaya həsr olunan ömür ****
Qəzetin çap variantları
11-17 oktyabr 2018-ci il
41 (1036)
11-17 oktyabr 2018-ci il
41 (1036)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

ABŞ-ın VERGİ SİSTEMİ


“Dünyada ölüm və vergilərdən qaçmaq mümkün deyil.”

B.Franklin

”Vergilər sivil cəmiyyət üçün ödədiyimiz qiymətdir.”

Oliver Vendel Holms

 

ABŞ-da vergilər federal hökumət ilə ştat və yerli hökumətlər tərəfindən qoyulur. Ödənilən vergilərin təxminən 2/3-ni federal hökumət, qalanını isə ştat və yerli hökumətlər toplayır.

Federal hökumət ABŞ iqtisadiyyatında vergilərin təxminən 2/3 hissəsini toplayır. O, bu pulları bir çox yollarla artırır və onları xərcləmək üçün daha çox yollar tapır. Federal hökumətin topladığı vergilər onun gəlirləri adlanır. Onun sərf etdiyi pullar isə Federal hökumətin xərcləri adlanır. Gəlirlər xərcləri üstələdikdə büdcə profisiti, əksi baş verdikdə isə büdcə defisiti yaranır.

Gəlirlərin mənbələri fərdi gəlir vergiləri, sosial sığorta vergiləri, korporativ gəlir vergiləri və digər vergilərdir. Digər vergilər gəlirlərin 8%-ni təşkil edir. Bura aiddir: aksiz vergiləri, daşınmaz əmlak vergisi, gömrük rüsumları.

Federal xərclər isə bir sıra kateqoriyalar arasında bölünür: sosial təminat, milli müdafiə, gəlir təminatı, xalis faiz, tibbi sığorta, digər. Digər kateqoriyalara aiddir: federal məhkəmə sistemi, kosmonavtika, kənd təsərrüfatına yardım proqramları, həmçinin Konqres və prezidentin məvacibi.

 

         Ştat və yerli hökumətlərin gəlirləri

Ştat və yerli hökumətlərin topladığı vergilər onların gəlirlərini təşkil edir. Bu gəlirləri necə sərf etməsi isə onların xərclərini formalaşdırır. Ştat və yerli hökumətlər üçün iki ən vacib vergi satış vergiləri və daşınmaz əmlak vergiləridir.

Ştat vergiləri

Ştatlarda ən çox yayılmış və ştatların yarısından çoxunda tətbiq olunan vergilər aşağıdakılardır: ümumi satış və kassa vergisi; benzinə tətbiq olunan aksiz markası; əhalinin və korporasiyaların gəlirinə tətbiq olunan vergi; avtomobillərə verilən lisenziya; tütün məhsullarına və alkollu işkilərə tətbiq olunan aksizlər; əmlak vergisi; sığorta şirkətlərinin və ümumi istifadədə olan müəssisələrin mədaxilinə tətbiq olunan vergi; təbii sərvətlərdən istifadəyə görə tətbiq olunan vergi; korporasiyalara verilən lisenziyalar; miras və bağışlamalara tətbiq olunan vergilər.

Ştat və yerli xərclər

Ştat və yerli xərclər aşağıdakı kateqoriyalar arasında bölünür: təhsil, ictimai rifah, yollar, digər. Digər kateqoriyalara aiddir: balıqçılıq və ovçuluq lisenziya haqları, yol və körpü rüsumları, ictimai avtobus və metrodan istifadə haqları.

Maliyyə Nazirliyi

Maliyyə Nazirliyi Federal səviyyədə iqtisadi tənzimləmə aparatında baş orqandır. Dövlətin iqtisadi, maliyyə, vergi və pul-kredit siyasəti sahələrində tövsiyələr işləyib hazırlayır. Nazirliyin tərkibinə daxil olan daxili gəlirlər xidməti ABŞ-ın əsas vergi orqanıdır.

Konqres Federal vergi qanunvericiliyinin hazırlanması ilə məşğul olur. Bu işi Nümayədələr palatasının gəlirlər və xərclər üzrə Komitəsi, Senatın isə maliyyə Komitəsi edir. Vergiqoyma və vergi siyasəti ilə məşğul olmaq üçün 1926-cı ildən Konqresin vergiqoymalar üzrə vahid komitəsi fəaliyyət göstərir.

         ABŞ-da verginin önəmi:

  1. İqtisadiyyatın tənzimlənməsi üçün əsas dövlət vasitəsidir;
  2. Hökumət vergi tənzimlənməsini iqtisadiyyatda maliyyə böhranının aradan qaldırılması və iqtisadi artımın azalmasının qarşısının alınmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi və həvəsləndirilməsi üçün tətbiq edir.

        Vergi sistemləri:

  1. Proporsional vergi – yüksək gəlirli və aşağı gəlirli vergi ödəyicilərinin gəlirlərin eyni hissəsini ödəməli olduqları vergidir;
  2. Reqressiv vergi – yüksək gəlirli vergi ödəyicilərinin aşağı gəlirli vergi ödəyicilərinə nisbətəngəlirlərinin daha az hissəsini ödəməli olduqları vergidir;
  3. Proqressiv vergi – yüksək gəlirli vergi ödəyicilərinin aşağı gəlirli vergi ödəyicilərinə nisbətən gəlirlərinin daha böyük hissəsini ödəməli olduqları vergidir.

 Vergiqoymanın prinsipləri:

1        Faydalılıq prinsipi – insanların hökumət xidmətlərindən aldıqları faydalar nisbətində vergi verməli olduqlarını nəzərdə tutur.

2        Ödəmə qabiliyyəti prinsipi – vergilərin insanlar üzərinə bu yükü daşımaq qabiliyyətlərinə uyğun qoyulmasını nəzərdə tutur.

3        Şaquli ədalətlilik prinsipi – daha çox vergi ödəmək qabiliyyətinə malik vergi ödəyicilərinin daha böyük məbləğ ödəməli olduqlarını nəzərdə tutur.

4        Üfüqi ədalətlilik prinsipi – vergi ödəmək qabiliyyətləri eyni olan vergi ödəyicilərinin eyni məbləğ ödəmələrini nəzərdə tutur.

Ramil Abdullayev,

ADU-nun tələbəsi