Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

ETOS ADASINDA BİZNES MƏSULİYYƏTİ

Etos adasında fəalakətə uğrayan qrup üzvləri tezlıklə anladılar ki, burada hər bir kəs qarşılıqlı asılılıq vəziyyətindədir. Bu vəziyyətdən çıxış yolunda isə məqsəd sosial məsuliyyəti dərk edərək ətraf mühitə ziyan vurmadan birgə fəaliyyət göstərməkdən ibarət ola bilərdi. Ona görə də, qrup üzvləri qərara gəldilər ki, məskunlaşdıqları yerdə və qonşu adalardakı mövcud resursları təyin edib, dəyərlərdirsinlər. Sonra da inamları əsasında uğurlu biznes taktikası qurmaqla fəlakətdən qurtulsunlar və qonşu adalarda yaşayan insanların da rifahını yaxşılaşdırsınlar. Təyin edildi ki, qrupun sərəncamındakı resurslar öz gücünə, biliyinə güvənc və əhatəsində olduqları laqunadakı balıq ehtiyatlarından ibarətdir. Ətrafdakı adalarda isə müxtəlif bitkilər becərilir, qara-mal sürüləri saxlanılır. Bir də müəyyənləşdirildi ki, bu adalarda yaşayan insanlar balıq məhsulları sarıdan qıtlıq çəkirlər. Bu vəziyyət qrup üzvlərinə əsas verdi ki, balıqçılıq fəaliyyəti ilə məşğul olmaqla qonşu adalardakı insanlarla iqtisadi münasibətlərə girsinlər və bu zəmində onlarla qarşılıqlı faydalı ticarət əlaqələri qursunlar. Tutduqları balıqları bazara çıxararaq satsınlar və yaxud da digər zəruri yaşayış vasitəlıəri və ərzaq məhsulları ilə mübadilə etsinlər. Burada özlərinə daimi biznes tərəfdaşları taparaq geniş funksiyalı çoxmillətli korpoorasiya yaratsınlar. Bu korparasıya səhmdar əməkdaşlığa əsaslanaraq direktorlar şurası tərəfindən kollegial idarə olunsun. Onun Etik kodeksinin hazırlanması isə mənə tapşırıldı. Yoldaşlarım bunu öna görə etdilər ki, onlar mənim biznes şərtləri və onun etikası haqqındakı biliklərimdən xəbərdar idilər. Qrup üzlərinə biznes qaydalarının etikası haqqında qısa təlim və tədris verərək bildirdim ki, biznes işi və onun etikası hər kəs üçün eyni olan universal prinsiplər əsasında qurulmuşdur və bu prinsiplərə riayət etmək hər kəsin borcudur. Siz ticarətdə işinizi şəffaf qurmalı, düzgün ölçmələr aparmalı, yerli adət və ənənələrə hörmətlə yanaşmalı, özünüzün əxlaqi davranışlarız ilə müştərilərinizi daim razı salmalısınız. Biznes fəaliyyətinizi ada sakinlərinin təsərrüfat həyatına, ekologiyaya, təbii landşaft ziyan vurmadan həyata keçirməli, öhdəliklərinizi ləyaqətlə yerinə yetirməli, verdiyiniz sözə qüsursuz əməl etməlisiniz. Bir qisminiz nəzarət funksiyasını yerinə yetirməklə gözətçi kimi malların qorunmasını, onların səmərəli istifadəsini təmin etməlidir. Bu ondan irəli gəlir ki, işimizdə təsərrüfatsızlıq baş verməsin. Bundan başqa siz etik dilemmalar qarşısında qaldıqda düzgün qərar qəbul etməlisiniz. Belə vəziyyətlərdə təmkinli və daha ədalətli olmalısınız. Yalnız biznes etikasının bu normalarına dolğun əməl etməklə biz birlikdə daha yüksək səmərəlililiyə nail olacaq, məsuliyyətimizi artıraraq qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcəyik.

Fatimə Hacızadə

M.Lomonosov adına Moskva Dövlət Universitetinin

Bakı filialının tələbəsi