Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

Gədəbəydə Mis mədən və zavodu

Gədəbəydə mis çıxarılması  və primitiv də olsa emal olunması hətta  Simenslərə qədərki dövrə təsadüf edirdi. Alman sahibkar qardaşların Gədəbəydəki mis mədənlərinə sahiblik etmələri isə 1864-cü ildən başlayır. Həmin il onlar Çar Rusiyası hökümətindən sahibkarlıq haqqında şəhadətnamə alıb, geniş miqyasda sənaye istehsalına başlayırlar.Qardaşların böyüyü, dünyada məşhur mühəndis-elektrotexnik Verner-fon Simens metallurgiya sənayesi ilə bağlı işləri həyata keçirmək üçün Gədəbəydəki mədənlə tanış olur. 

 1867-ci ildə Gədəbəydə Misəritmə zavodu fəaliyyətə başlayır. Böyük maliyyə, güclü texnologiya, ixtisaslı mühəndis heyəti ilə işə başlayan bu emal müəssisəsi beynəlxalq aləmdə marağa səbəb olur. 1873-cü ildə Simens qardaşları mədənlə müəyyən məsafədə  yerləşən müvafiq yerlərə misin aparılması üçün kanat xətti yaratmışdılar. Bu hava yolu vasitəsilə vaqonetkalarla mis daşınırdı. Zavodun işləməsi üçün mütləq şəkildə lazım olan yanacağın təminatı ilk illərdə meşə vasitəsilə həll olunurdu. Belə ki,Yelizavetpol (Gəncə) quberniyasının icazəsi ilə 23 min hektar meşə massivi rəsmi icarəyə götürülmüşdü.

İnkişaf etməkdə olan dağ-mədən sənayesinin sərmayəsi və texnikası xaricdən gətirilir, filiz və yanacaq Azərbaycanda hasil olunur, hazır məhsul isə Zaqafqaziya, ümumrusiya və  Almaniya  bazarlarında satılırdı. Bu da o dövrdə Azərbaycan iqtisadiyyatına vurulan böyük zərbə idi.      Firma mis sənayesində dünyada analoqu olmayan nəticələr əldə etmişdi. Bununla bağlı bircə faktı qeyd etmak kifayətdir ki,1877-ci ildə Gədəbəydəki zavod bütövlükdə Rusiya üzrə istehsalın dördə birini vermişdi.

Bu cür uğurlardan sonra firma rəhbərliyi yeni bir zavod tikmək qərarına gəlmişdi. Qalakənd kəndində yerləşən zavodla mədən arasındakı əlaqə isə dəmir yolu vasitəsilə ola bilərdi. Bunun da həlli tapılmışdı. Dünyanı heyrətə salan 31km-lik dəmir yolu xətti artıq 1884-cü ildə istifadəyə verilmişdi.

1883-cü ildə fəaliyyətə başlayan ikinci misəritmə zavodu – Qalakənd zavodu artıq 1887-ci ildə mis emalı üzrə Rusiyada birinci yerə çıxmışdı. Həmin illərdə hətta dünyada belə bu zavodla bərabər gücə malik zavodlar az idi.

 Zavodların işləməsində yanacağın mütləq qaydada lazım olması şübhəsiz ki diqqətdə saxlanılırdı. Odun yanacağının müəyyən çətinliklər törətməsi Simens qardaşlarında bu yöndə başqa bir yanacaq əldə olunması ideyasını ortaya çıxarmışdı. 1889-cu ildə qardaşlar növbəti bir sensasiya yarada biləcək yeniliyə  imza atdılar. Həmin ildən başlayaraq misin emalı üçün neft və ya mazut yanacağı istifadə edildi. Beləliklə, Bakıdan Dəllər (Şəmkir rayonu) dəmir yolu stansiyasınadək vaqonlarla daşınan neft məhsulları Dəllərdən Şəmkir rayonunun Çənlibel kəndinə, oradan da Gədəbəyə dəmir borularla çatdırılmağa başlandı. 

Bu yanacaq növünün  də çatdırılmasında müəyyən fasilələr yarandığından Simenslər elektrik enerjisindən istifadə etməyi nəzərdə tutmuşdular. 1888-ci ildə Qalakənd kəndində quraşdırılan AES elektrik verməyə başladı. Bu AES dünyada sayca dördüncüdür. Bundan sonra emalda Simens-Billiter elektrokimyəvi vannadan istifadə olunmuşdur.

Firmanın fəaliyyətini genişləndirmək məqsədilə Gəncə-Gədəbəy teleqraf xətti də çəkilmişdi. 84 km-lik bu xəttdən hətta Sovet hakimiyyəti dövründə də istifadə olunmuşdu.     

Dünyanı heyrətləndirən  daha bir faktı da bildirmək maraqlıdır. Hələ nəinki Bakı və Tiflisdə Moskva, Peteburq, Varşava və digər şəhərlərdə kerosin və qaz lampaları yandırılanda Gədəbəyin evləri və küçələri elektrik lampaları ilə işıqlandırılırdı.  

Qeyd etmək lazımdır ki, Gədəbəy və Qalakənd zavodlarında 1883-cü ildə 49547 pud, 1895-ci ildə 122061 pud, 1900-cü illərdə orta hesabla ildə bir milyon pud mis filizi çıxarıldığı halda, təkcə 1893-cü ildə 3 milyon puddan çox mis filizi çıxarılmışdır. Həmin zavodlarda ildə bir milyon rubl dəyərində məhsul istehsal olunurdu. Zavodlarda 10 min nəfər fəhlə və qulluqçu çalışırdı.

Maraqlıdır ki, Çar Rusiyasından yalnız mis istehsalına icazəsi olan Simens qardaşları, tərkibində qızıl olan süxurları konsentratlaşdırıb mis adı ilə Azərbaycandan çıxarıb, Almaniyaya göndərirmişlər.

Birinci dünya müharibəsi başlayanda Simens firması fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. Bu əslində bir neçə illik nəzərdə tutulsa da,  firma birdəfəlik bağlandı. Firmaya məxsus olan bir sıra emal müəssisələri sovet dövründə də istifadəyə yaramışdı. Sonrakı illərdə isə bu möhtəşəm sənaye kompleksi məqsədli şəkildə dağıntılara məruz qaldı.

2005-ci ildən başlayaraq Gədəbəydəki mis mədənləri növbəti sənaye həyatına başladı. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin(ABƏŞ) xətti ilə mədənlərdə geniş miqyaslı işlər aparılır. ABƏŞ-in verdiyi məlumatlara, eləcə də bu sahənin mütəxəssislərinin söyləmələrinə görə Gədəbəy mədənlərinin fəaliyyət dairəsi olduqca perspektivlidir. Digər bu tip məsələlərlə müqayisədə Gədəbəydəki Mis dağı, mis mədəni zəngin ehtiyata və yüksək keyfiyyətə malikdir. Məhz bu parametrlərə görə Gədəbəydə bu təyinatda qızıl istehsal ediləcək zavodun quraşdırılması nəzərdə tutulmuşdur.

       2006-cı ildə respublika prezidenti İlham Əliyev Gədəbəy rayonunda olarkən mədənin fəaliyyəti ilə tanış olmuş və aparılan işləri yüksək qiymətləndirmişdi. Bu mənada Mis mədəni və müvafiq zavodun respublika iqtisadiyyatının inkişafında misilsiz rol oynayacağı şəksizdir.

                                                                                                                                                                                          Süleymanov İlkin

(Azərbaycan Dövlət İqtisadiyyat Universiteti)