Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar

 

Dünya iqtisadiyyatında bu günə qədər bir çox maliyyə və iqtisadi böhran yaşanmışdır. Müəssisələrin fəaliyyət göstərə bilməsi üçün bu böhran şəraitindən ən az ziyanla çıxmaları onların tətbiq etdikləri strategiyalardan çox asılıdır. Böhran nədir? Böhran iqtisadi tsiklin bir fazası olub, bir şirkətin zirvədə olan hədəflərini, fəaliyyətini təhlükəyə salan gərginlik vəziyyətidir. Bu hal təhlükənin qarşısını alma sistemlərinin çökməsinə gətirib çıxarır. Burada ən əsas məqam qəfil dəyişikliklərin olmasıdır. Maliyyə böhranının yaranma səbəblərini bu cür izah etmək olar: zəif makroiqtisadi göstəricilər, yanlış iqtisadi siyasət, maliyyə infrastrukturunun kifayət qədər olmaması, qeyri-dəqiq informasiya, beynəlxalq təşkilatların yanlış təklifləri. Siyasi sui-qəsd və terror hücumları kimi gözlənilmədən baş verən hadisələr maliyyə böhranının yaranmasına gətirib çıxarır. Böhrandan əvvəlki dövrdə çox aşağı faiz nisbətləri, maliyyə strukturunun dəyişməsi kimi digər səbəblər də böhranın ortaya çıxmasında əsas səbəblərdən sayılır. Dünya iqtisadiyyatında maliyyə böhranları içərisində 1929-cu il iqtisadi böhranı, 1992-ci il ERM böhranı (Avropa valyuta böhranı), 1997-cu il Cənub-Şərqi Asiya böhranı, 2008-ci il Morgage böhranı (Qlobal maliyyə böhranı) daha çox diqqəti cəlb edir. 1929-cu il böhranı nəticədə ABŞ-da birjanın süqut etməsinə gətirib çıxarmışdır.
Elə həmin il dünyadakı iqtisadi vəziyyət böhranın genişmiqyaslı olması və təsirləri baxımından Böyük Dünya böhranı adını almışdır. Bu böhran bütün dünyada 50 milyon insanın işsiz qalmasına, dünya miqyasında ümumi istehsalın 42%, dünya ticarətinin 65% nisbətində azalmasına səbəb olmuşdur.
1929-cu il iqtisadi böhranının Türkiyə iqtisadiyyatına təsirləri:
1929-cu il iqtisadi böhranından sonra dünyadakı taxıl və xammal qiymətləri düşmüş və bu vəziyyət Türkiyənin ixrac gəlirlərini azaltmışdır. Böhrandan sonra Türkiyədə kənd təsərrüfatı sektoru böyük zərər görmüş, eyni zamanda, sənaye və ticarət sektoruna da zərbə dəymişdir. Həmçinin, böhran Türkiyə iqtisadiyyatına mənfi təsirini göstərərək, xarici borc ödəmələrinin gecikməsinə, ixrac gəlirlərinin azalmasına, borc pul tapmaqda çətinliyə və xarici ticarət kəsirinin artmasına gətirib çıxarmışdır.
Beynəlxalq maliyyə sistemində meydana gələn böhranlardan biri də 1992-ci il ERM böhranıdır. Böhran, eyni zamanda, Avropa valyuta böhranı kimi də tanınır. 1992-ci ildə ortaya çıxmış və 1993-ci ildə də təsiri davam etmişdir. ERM böhranının mahiyyətini belə açıqlaya bilərik: Avropa İqtisadi Birliyi tərəfindən gətirilən, valyuta dəyişikliyini azaltmaq və Avropada pul sabitliyini təmin etmək üçün vahid pul ölçüsü olan avronun bazara daxil olması. 1997-ci ildə baş verən Cənubi Asiya böhranı bir çox ölkələrin maliyyə bazarlarını təsiri altına almışdır. Böhranın yaranmasının səbəbi xarici investorların geri çəkilməsi olmuşdur. Xarici investorların qeyd olunan addımı regiondakı milli valyutanın devalvasiyası və alıcılıq qabiliyyətli istehlakçıların qıtlığı ilə izah olunur. Həm də ölkələrdə ictimai hüquq-mühafizə sistemləri fərqli struktur dəyişikliklərinə məruz qalmışdır. Böhran Cənubi Koreya, Filippin, Malayziya və Tailandda öz gücünü göstərmişdir. Nəticədə, adları çəkilən ölkələrdə banklar bankrot halında idilər. Sarsıntıların daha şiddətli olduğu ölkə isə İndoneziya olmuşdur. İndoneziyanın xarici borcu 135 milyard dollara çatmışdır.
2007-ci ildə ABŞ-da başlayan Mortgage böhranı 2008-ci ildə bütün dünyaya yayılmışdır. Bu böhran öz təsirlərini 2008-ci il sentyabr ayında 158 illik investisiya bankı olan “Lehmann Brothers”in iflasa uğraması ilə daha da gözlə görülə biləcək dərəcədə göstərmişdir. ABŞ iqtisadiyyatının bütün dünyaya böyük təsirini nəzərə alaraq, bu böhranı qlobal maliyyə böhranı adlandırırlar. Böhranın təsirlərinin ən çox yüksəldiyi il isə 2009-cu il olmuşdur. İstehsal, ixrac, idxal, ticarət, həcm mənfi istiqamətə yönəlmişdir.
2008-ci il böhranının Türkiyə iqtisadiyyatına təsirləri:
2008-ci il böhranı Türkiyə iqtisadiyyatına da mənfi təsir etmişdir. Böhranın ən fəal olduğu 2008-ci ildə Türkiyənin inflyasiya faizləri böyümüş, sentyabr ayından etibarən maliyyə böhranı şiddətini artırmış, dolların digər ölkə valyutaları qarşısında dəyər qazanmasına yol açmışdır. Sentyabr ayının ortasında 1 $ (dollar) 1,23 TL (türk lirəsi) ilə mübadilə edilərkən, oktyabr ayında dollar sürətli şəkildə yüksəlmiş və əvvəl 1,50, daha sonra 1,60 türk lirəsinə mübadilə edilmişdir. 2009-cu ilin ilk rübündə də Amerika dolları yüksəlişini davam etdirmişdir. 2009-cu ilin sonunda illik ortalama hesabla Türk lirəsi qarşısında ABŞ dolları 19,2% bahalaşaraq 1,54 TL-yə, Avro 13,2% bahalaşaraq 2,15 TL-yə yüksəlmişdir. İxrac, idxal və daha bir çox göstəricilərdə qeydə alınan azalmalar 2009-cu ili Türkiyənin tarixində ən zəif il kimi göstərmişdir.
Bu, böhranların ölkələrə və müəssisələrə olan təsirləri böhrandan xilas olma strategiyalarının əhəmiyyətini artırmışdır. Mortgage böhranının ortaya çıxmasıyla Amerikanın tanınmış bir çox maliyyə şirkətlərinin iflasa uğraması maliyyə bazarlarında stresin yaranmasına səbəb olmuşdur. Beləliklə, böhran qlobal bazarda domino təsiri yaratmış və nəticədə dünya iqtisadiyyatının inkişafında geriləmə baş vermiş, dünya ticarətinin həcmində daralma, qlobal işsizlik faizlərində artma müşahidə olunmuşdur. Beləliklə, böhranın yaratdığı vəziyyət dünyada böhran darəçiliyi adı altında bir çox qərarların alınmasına gətirib çıxarmışdır. Bu qərarların sürəti olduqca əhəmiyyətlidir və sistemli bir şəkildə irəliyə doğru getmək üçün əsas amillərdən biridir. Böhrandan minimum səviyyədə təsirlənmək və böhranın mənfi təsirlərindən ən qısa müddətdə çıxmaq üçün fəal şəkildə böhran idarəçiliyinin aparılması lazımdır. Böhran idarəçiliyinin əsas məqsədlərini bu şəkildə sadalamaq olar: böhranlara qarşı həssas olmaq, böhranı öncədən hiss etmək, böhran dövrünün ən az itki ilə bitməsini təmin etmək, sürətli və doğru qərar alacaq bir müəssisə quruluşu yaratmaq, erkən xəbərdarlıq sistemləri təşkil etmək, böhranla bağlı tədbirlər görmək, böhrandan çıxmaqla əlaqədar olaraq plan hazırlamaq və bu plan əsasında böhrandan yan keçilməsini təmin etmək. Proses içərisindəki hər bir mərhələnin bir-birinə bağlı olduğunu bilmək şərtdir. Bu səbəbdən prosesin hər hansı bir mərhələsinin qənaətbəxş olmaması və ya ediləcək bir səhv böhrandan xilasolma prosesinin ilk mərhələsinə qayıdılmasına şərait yaradacaq. Bir şirkətin böhrandan ən az ziyanla xilas olması üçün inkişaf etdirdiyi və tətbiq edəcəyi strategiyalar müəssisələrin böhrandan xilas olma strategiyalarını ifadə edir. Bu səbəbdən strategiyalar, adi vəziyyətdə olduğundan fərqli olaraq, daha çox stress, risk, gərginlik və qarşıdurmanın olduğu bir müddət üçün xarakterizə edilir. Böhrandan xilas olma strategiyaları hansılardır?
Böhrandan xilas olma strategiyaları strateji idarəetmə ilə əlaqədardır. Çünki strateji idarəetmə ilə böhran idarəetməsi bir-birini tamamlayan bir quruluşa malikdir. Bu səbəbdən şirkətlərin böhrandan xilas olma strategiyaları daxilində böhran idarəetməsi və strateji idarəetmə ilə əlaqəli texnikalardan faydalanması başa düşülməlidir.
Şirkətlərin böhrandan xilas olma texnikalarına bir çox mərhələ aiddir. Bunlara nümunə kimi, böhranı bloklama strategiyaları, böhranı həll etməyə istiqamətlənən strategiyalar, ehtimal planının qurulması, problem analizi, ssenari analizi, böhranı idarəetmə komandası yaratmaq, Delphi texnikası, nominal qrup texnikası, strateji planlaşdırma, SWOT analizi, qərar konfransı kimi mərhələləri göstərmək olar. Delphi texnikası, 1950-ci illərdə ABŞ-da RAND şirkətində çalışan iki araşdırmaçı tərəfindən, xüsusilə hərbi məsələlərə dair vəziyyətlərdə iştirak etmək vasitəsilə yaradılmışdır. Razılaşmaq vasitəsi olaraq bilinən Delphi bir problem vəziyyəti ilə əlaqədar mütəxəssis fikirlərini sistemli şəkildə əldə edən bir texnikadır. Delphi texnikası işlədərək bir problemə fərqli tərəfdən baxan fərdlərin və qrupların üz-üzə gəlmədən əvvəl razılaşmaları məqsəd qoyulmuşdur. Böhranın qarşısını almaq və təsirlərini yüngülləşdirmək üçün fərqli sistemlər mövcuddur. Bunun üçün ən əsası strateji idarəetmə konsepsiyasını qəbul edib tətbiq etməkdir. Strateji idarəetmə, ətraf şərtləri də nəzərə alaraq qərar vermək və qərarlar içərisindəki maneələrin aradan qaldırılmasına kömək olan, müəssisənin məqsədlərinə çatmasını təmin edən və sistemli (artan) qrafikləri meydana gətirən vaxt tələb olunur. Strateji idarəetmədə bacarıq mühüm amil kimi nəzərə alınır və tətbiq olunacaq qərarların vaxtında alınmasına gətirib çıxarır. Bütün bunlar göstərir ki, qısamüddətli olaraq strateji planlaşdırma ilə məşğul olan, səmərəli və fəal çalışaraq qərarlarını güvən altına alan, maliyyə tərəfdən güclü, proqramlı və planlı işləməyi özünə hədəf seçən şirkətlər rəqibləri qarşısında ön sıraya keçirlər. Ancaq bu üsulla böhranlara, risklərə qarşı özlərini qoruya bilər, hətta mühüm qərarlar qəbul edərək şirkətlərini yüksək hədəflərə doğru apara bilərlər. Böhran dövrlərində müəssisələrin tətbiq etdikləri əsas strategiyaların necə qurulması haqqında olan diplom işimin hazırlanmasında müşavirim Yrd. Doç. Dr. Beyhan Hilal Yaslıdağa, magistratura təhsili aldığım İstanbul Aydın Üniversiteti rəhbərliyinə təşəkkürümü bildirirəm.

 

Yusifov Cavid,

“İstanbul Aydın Universiteti”

İşletme  Yönetimi fakültəsinin magistrı