Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Tələbə dünyası

ABŞ konstitusiyasına görə bu ölkədə əhali siyahıya alınması 10 ildən bir keçirilir. Bu fəaliyyətlə siyahıyaalınma bürosu məşğul olur. Həmçinin bu və ya digər ştatda əhalinin sayı həmin ştatın Konqresin aşağı palatasına özünün nümayəndələrinin seçimini müəyyən edir. 1912-ci ildə qəbul olunmuş qanuna görə palata üzvlərinin sayı 435-dir. Hər palata 1980-ci ildə 500.000, 2000-ci ildə isə 625.000 seçicini təmsil etmişdir. Birinci siyahıyaalma 1790-cı ildə aparılmışdır (müstəqillik qazanıldıqdan 14 il sonra). Bu siyahıyaalınmaya görə əhalinin sayı 4 milyon idi. Hal-hazırda əhalinin sayı 306 milyon nəfərdir (son 215 ildə ABŞ əhalisi 75 dəfə artmışdır). Tarixən demoqrafiyada əhalinin belə sürətlə artması nadir hadisədir. ABŞ-da bu ilk növbədə immiqrasiya ilə bağlıdır. ABŞ-da immiqrasiya həm əhalinin mexaniki artımına, eləcə də gənc yaş tərkibinin çoxalmasına səbəb olmuşdur. Gənc yaş tərkibi də yüksək əhali artımı ilə xarakterizə olunur. Tarixi dövr ərzində ABŞ-da əhalinin sayının dəyişilməsi bir neçə mərhələdən keçmişdir: 1-ci mərhələ - 1800-1860-cı illəri əhatə (vətəndaş müharibəsinə qədər olan dövr) edir. Bu mərhələ üçün yüksək doğum, ölüm və təbii artım xarakterikdir. Məsələn, 1820-ci ildə əhalinin hər 1000 nəfərinə doğum 50, ölüm 25, təbii artım 25 təşkil etmişdir. O cümlədən bu göstəriciyə miqrasiyanı da əlavə etsək, onda ABŞ əhalisi 3% artmışdır (bu dünyada 1820-ci il üçün ən yüksək göstəricidir). Həmçinin bu mərhələdə əhalinin artımı hər 10 il üçün üçdə bir hissə təşkil etmişdir. 2-ci mərhələ - XIX əsrin son onilliyi və XX əsrin ilk onilliyini əhatə edir. Bu dövrdə doğum və təbii artım səviyyələri azalsa da yenə yüksək göstəricilər qeydə alınmışdır. Miqrasiya isə bu dövrdə özünün pik səviyyəsinə çatmışdır. 3-cü mərhələ 1920-ci ilin əvvəllərindən 1940-cı ilin ortalarına qədər olan dövrü əhatə edir. Bu mərhələdə doğum və təbii artım azalma tendensiyasına malik olmuş və bu azalma əsasən 1930-cu ilin əvvəllərində Dünya iqtisadi böhranı və İkinci Dünya müharibəsi zamanı özünü büruzə vermişdir. 1930-1940-cı illərdə əhalinin artım sürəti ABŞ tarixində ən aşağı olması ilə xarakterizə olunur. 4-cü mərhələ - 1940-cı ilin ortalarından 1960-cı ilin ortalarına qədər davam etmişdir. Bu mərhələ “bebi-bum” adlanmaqla ildə əhalinin 3 milyon nəfər artması ilə səciyyələnir. Həmçinin bu mərhələdə əhalinin 1000 nəfərinə təbii artım 13-14 nəfər təşkil etmişdir ki, bu da Qərb ölkələri arasında böyük göstərici kimi qiymətləndirilmişdir. Bu dövrdə demoqrafik siyasət çoxuşaqlı ailələrin sayının artmasına yönəlmişdir və belə qərara alınmışdır ki, əhali artımı iqtisadi inkişafı stimullaşdırmalıdır. Nəticədə ABŞ-da 3 və daha çoxuşaqlı ailələr meydana gəlir. 1950-ci ilin ortalarında nikaha daxil olan kişilərin orta göstəriciləri 22,5, qadınlarda isə 20,1 yaşa enir. Amerika demoqrafları “bebi-bum” dövrünü 2 hissəyə bölürlər: 1. 1946-1955-ci illərdə doğulanlar; 2. 1956-1964-cü illərdə doğulanlar. 1946-1955-ci illərdə doğulan uşaqlar iqtisadiyyatın sürətlə inkişafı dövründə həyata qədəm qoyur. Yüksək təhsil səviyyəsinə nail olurlar, həmçinin hazırlıq və professionallıq səviyyəsinə görə bu uşaqlar öz valideynlərini ötüb keçirlər. Belə şəraitdə onlar valideynlərindən uzaqlaşmaq, öz ailələrini qorumaq, uşaq dünyaya gətirmək, eləcə də şəhərkənarı zonalarda yaşamağa can atırlar. 1956-1964-cü illərdə doğulanlar “bebi-bum”un ikinci mərhələsidir. Bu dövrdə isə iqtisadiyyatın zəif inkişaf tempi, kəskin rəqabət, dərin sosial və etnik problemlər hökm sürür və beşinci mərhələ başlayır. 5-ci mərhələ 1960-cı ilin ortalarından 1980-ci ilin ortalarına qədər davam etmişdir. Bu mərhələ doğum və təbii artım səviyyələrinin kəskin enməsi ilə xarakterizə olunur. Həmçinin bu mərhələdə kişilər 26, qadınlar isə 23,6 yaşda nikaha daxil olurlar. “Bebi-bum”un ikinci mərhələsində doğulanlar müstəqil həyata məhz bu mərhələdə daxil olurlar. Bu nəsil gec ailə qurur, gec uşaq sahibi olur, həmçinin boşanma və nikahdan kənar yaşamaq halları müşahidə olunur. 6-cı mərhələ 1980-ci ilin ortalarından 1990-cı ilin ortalarına qədər davam etmişdir. Bu mərhələdə doğum, ölüm və təbii artım göstəriciləri sabitləşir. 7-ci mərhələ 1990-cı ildən indiyə qədər olan dövrü əhatə edir. Bu mərhələdə də doğum səviyyəsi ölüm səviyyəsindən yüksəkdir. ABŞ iqtisadi cəhətdən inkişaf etmiş ölkələr içərisində yüksək təbii artımla seçilir. Həmçinin bu ölkəyə leqal və qeyri-leqal şəkildə miqrasiya axını mövcuddur və miqrasiya edən ailələrdə doğum göstəriciləri yüksəkdir. ABŞ-da bir sıra sosial problemlər mövcuddur. Belə ki, bu ölkədə əhalinin qocalması prosesi gedir. Hal-hazırda ABŞ-da 65-dən yuxarı yaşı olanların bütün əhali sayında çəkisi 12%-dir. Misal olaraq, 1950-ci ildə 1 təqaüdçüyə 16 işçi düşürdüsə, 2000-ci ildə bu göstərici 3 nəfər olmuşdur, o cümlədən kişi və qadınların faiz dərəcələri də dəyişmişdir. Belə ki, 2000-ci il siyahıyaalınmasına görə qadınlar 5,3 nəfər çoxluq təşkil edir (kişilər 49%, qadınlar 51 %). Əhalinin sayına dair beynəlxalq və amerikan demoqrafik proqnozu mövcuddur. Lakin adından göründüyü kimi bu proqnozdur. Belə ki, proqnoza görə ABŞ əhalisinin sayı 2010-cu ildə 298 milyon nəfər olmalı idi. Lakin 2006-cı ildə artıq əhali 300 milyon nəfər idi. 2015-ci ilə 308, 2025-ci ilə 325, 2050-ci ilə 395, nəhayət 2081-ci ilə 500 milyon nəfər proqnozlaşdırılsa da bu göstəricilərin daha böyük olacağı görünür. Həmçinin demoqraflar əhalisinin sayına görə ABŞ-ın dünyada tutduğu 3-cü yerinin gələcəkdə də qalacağını qeyd edirlər.

Əliyeva Bahar, ADU-nun tələbəsi