Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Ömrün 75-ci baharı

 

Elçin müəllim, Siz Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi böyük bir nəslin yadigarısınız, eyni zamanda, xalqın, millətin iftixarısınız.  Söz vaxtına çəkər, - deyiblər. Yadınızdadırsa, 60 yaşınız tamam olanda mən dostumuz, yazıçı Əfqanla birlikdə elə bu qəzetin səhifələrində (“İqtisadiyyat” qəzeti, N 22. 17-22 may) “Vətənə, xalqa vurğun ziyalı” adlı yazı ilə Sizi təbrik etmiş, arzularımızı bildirmişdik. Həmin təbrik yazısındakı xoş sözləri bu gün də təkrarlamaq mənə xoşdur. “...Bu gün bütün xalqımız, o cümlədən xalqın çırağı olan ziyalılar müsəlləh əsgər kimi Vətənin xilasına qalxmışlar. Sevimli yazıçımız Elçin də bu müsəlləh əsgərlər arasında həm sözü, həm də əməli ilə mübarizə aparır. İnsan arzusunun, insan fəaliyyətinin ən şirin meyvəsi, yaşamağın mənası Qələbədir. Sizə bütün həyat yollarında qələbələr arzulayırıq, dostumuz Elçin!


Ziyad SƏMƏDZADƏ,
akademik, Azərbaycan Respublikası
Milli Məclisinin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin sədri


 

1943-cü il, İkinci Dünya müharibəsinin tən ortası idi. Artıq Sovet ordusu vətəni alman faşist lə rin dən təmizləyirdi. Bu yazda XX əsr Azərbaycan ədəbiy ya tı nın klassiki İlyas Əfən di yevin ailəsində oğlan uşağı dünyaya göz açmışdı. Uşağa ad qoyanda atası İlyas kimi türk adı olan El çin adı ilə razılaşmışdı. Elçin, yəni haqq-ədalət yolçusu, hə qi qət tərəfdarı, düzlük, doğ ruluq, şərəfli insan. Elçin bütün bun  ları özündə cəmləşdirdi.
Müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələ rin dən biri, xalq yazıçısı, filologiya elmləri doktoru, professor El çin 1943-cü il may ayının 13-də, Bakı şəhərində, XX əsr Azər baycan ədəbiyyatının klassiki İlyas Əfəndiyevin ailəsində ana dan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun fi lo lo gi ya fakültəsində təhsil almış, universitet Elmi Şurasının zə ma nə ti ilə Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnsti tu tunda ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturaya daxil olmuş, “Azər baycan bədii nəsri ədəbi tənqiddə” mövzusunda namizəd lik, daha sonra “Ədəbiyyatda tarix və müasirlik problemi” möv zu sunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Bədii yaradıcılığa lap erkən yaşlarından başlamışdır. İlk he ka yəsi (“O inanırdı”) 1959-cu ildə “Azərbaycan gəncləri” qə ze tin də dərc olunmuş və ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qar   şı lanmışdır. Bundan sonra o, dövri mətbuatda müntəzəm ola   -raq bir-birindən maraqlı hekayə, povest, roman və ədə bi-tənqidi məqalələrlə çıxış etmişdir. Böyük ədibin müxtəlif dillərdə heka yə lə rin dən, povest, roman və pyeslərindən ibarət 100-dən çox kitabı, elmi monoqrafiyaları nəşr edilmişdir. El çi nin məşhur “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hök mü” romanları Azərbaycan nəsrinin qızıl fonduna daxil olmuşdur.
60-cı illər ədəbi nəslinin ən istedadlı və aparıcı nümayən də lə rindən olan Elçin  əsərlərinin mövzusunu həmişə oxucunu düşündürən, narahat edən, bu gün üçün səciyyəvi, tipik olan hadisələrdən alır. Özünəməxsusluq, orijinallıq, yenilik, psixoloji də rinlik və dəqiqlik, bədii dilin, lüğət tərkibinin zənginliyi, dün yagörüşünün genişliyi onun çoxcəhətli yaradıcılığını şərt ləndirən başlıca xüsusiyyətlərdəndir.
Elçin qələmə aldığı hər bir obrazın dolğun, cəzbedici alın ma sı üçün onun əxlaqi-mənəvi keyfıyyətlərini, düşüncələrini, psixolo giyasını son dərəcə spesifik, mənalı lövhə və detallarla açmağı bacarır. Onun yaradıcılığını şərtləndirən bu cəhətlər həmişə ədəbi tənqidin diqqət mərkəzində olmuş, yüksək qiy mət lən di ril-mişdir.
Əsərlərinin məhz bu keyfiyyətlərinə görə Elçin müxtəlif millətlərdən ibarət milyonlarla oxucu auditoriyasının sevimli yazıçısıdır.
O, istər kiçikhəcmli, istərsə də irihəcmli əsər yazsın, fərqi yoxdur, seçdiyi mövzunu sənətin yüksək bədii-estetik tələbləri səviyyəsinə qaldırır, onun təsvir etdiyi hadisələr həyati, canlı və təsirli alınır, obrazların ömür yolu bədii sözün işığında hərtərəfli görünür. Buna görə də Murad, Sevil, Ağanəcəf, Baladadaş (“Ba  ladadaşın ilk məhəbbəti”), Cavanşir, Fazilə, Ayaz (“Qış nağılı”), Ayna, Cəfər, Qəşəm, Sədəf, Salman kişi (“Gümüşü, na rın cı, məxməri”), Qəzənfər, Əmirqulu, Ələkbər, Ağababa, Əzi z  ağa (“Baladadaşın toy hamamı”), Cəfər, Səkinə, Güldəstə, Kita bulla, Tamilla (“Bir görüşün tarixçəsi”), Ziba, Mürşüd, İmaş, Cəbi (“Ox kimi bıçaq”) və bir çox başqa surətlər yadda qalır, bizə fərdiləşən, psixologiyası, fikir və hiss aləmi doğma olan obraz təsiri bağışlayırlar.
İstedadlı tənqidçi Nadir Cabbarov “Həyat nəfəsli nəsr” məqaləsində yazır: “Ciddi nəsr! Olsun ki, bu ifadə ədəbi anlayış kimi qeyri-dəqiqdir və istilah kimi özünü doğrultmasın. Lakin yazıçının gerçəkliklə ünsiyyəti, onun həyat materialı ilə sənətkar rəftarı baxımından bu ifadə, zənnimcə, çox yerinə düşür: Elçin nəsri ciddi nəsrdir - sözünün canı olan mətləbli nəsrdir”.
Elçin təkcə hekayələrində yox, povest və romanlarında da söz israfçılığına yol vermir, həmişə lakonik yazır, əsl mətləbi qələmə alır, rəmz və şərtiliklərdən, öz-özü ilə söhbət və daxili dialoqlardan, əfsanə və nağıl ünsürlərindən tez-tez istifadə edir.
Elçinin “Bir görüşün tarixçəsi”, “Toyuğun diri qalması”, “Dolça” kimi povestləri yalnız Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində nəşr olunmuş, oxucular tərəfındən böyük maraqla qarşılanmışdır. Təsadüfi deyil ki, bu povestlər keçmiş Sovet İttifaqının ən populyar və çoxtirajlı jurnallarında dərc edilmişdi.
Onun əsərləri bir çox ədəbi mükafatlar, o cümlədən SSRİ Yazıçılar İttifaqının, “Drujba narodov” və “Smena” (iki dəfə) jurnallarının, “Literaturnaya qazeta”nın (iki dəfə), “Nedelya” həf təliyinin və digər mətbuat orqanlarının “İlin ən yaxşı əsəri” mü -kafatlarını, Moskvada nəşr olunmuş “Əncir ağacı” adlı po vest və hekayələr kitabı keçmiş SSRİ-nin ən nüfuzlu mü ka fat larından birini – Lenin komsomolu mükafatını, “Memar Si nan” Universitetinin (İstanbul), Fateh Universitetinin (İstanbul) mü ka-fatlarını qazanmış, eləcə də ulu öndər Heydər Əliyevin müvafiq Sərən ca mı ilə “İstiqlal”, Azərbaycan Respublikasının Prezidenti cə nab İlham Əliyevin Sərəncamı ilə isə “Şərəf” ordeni ilə təltif edilmişdir.
Ümumiyyətlə, Elçin keçmiş ümum sovet ədəbi prosesində həm yazıçı, həm də tənqidçi ki mi ən fəal surətdə iştirak edən nüfuzlu bir qələm sahibidir. Onun yalnız elə “Literaturnaya qazeta”da dərc edilmiş onlarla mə qaləsini, “Voprosı literaturı”, “Literaturnoye obozreniye” ki mi jurnallardakı nəzəri çıxışlarını xatırlamaq kifayətdir.
Elçinin üç romanı – “Mahmud və Məryəm”, “Ağ dəvə” və “Ölüm hökmü” – yalnız milli romançılığımızın yox, ümumiy yət lə, Azərbaycan ədəbiyyatının ciddi və əhəmiyyətli nailiy yət ləri hesab olunur və onlar bədii-estetik səviyyələri, qaldırdıqları so sial-ictimai problemlərin dərinliyi baxımından keçmiş sovet ədəbiyyatında yaranmış ən mükəmməl romanlar sırasındadırlar.
Misal üçün, “Ölüm hökmü” romanı təxminən 60 illik bir dövrün bədii salnaməsidir. Yazıçı həmin faciəvi və ziddiyyətli dövrlə bağlı həqiqətləri bütün kəskinliyi ilə demiş, sovet ictimai quruluşunun cəmiyyətə vurduğu mənəvi və maddi zərbələrin insan talelərinə təsirini dolğun bədii boyalarla ifadə etmişdir.
Elçinin dramaturgiyası, son illərdə qələmə aldığı komedi ya lar Azərbaycan komedioqrafiyasını keyfiyyətcə yeni mər hə ləyə qaldırmış və milli sənətimizdə bədii-estetik hadisə olaraq “Elçin teatrı”nı yaratmışdır. Onun “Poçt şöbəsində xəyal”, “Ah, Pa ris!.. Paris!..”, “Mən sənin dayınam”, “Dəlixanadan dəli qa çıb, yaxud mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Qa til”, “Şekspir” və s. kimi pyesləri yalnız Azərbaycanın deyil, xa rici ölkələrin, o cümlədən Türkiyənin ən böyük teatrlarında uğurla səhnəyə qoyulmuşdur.
Görkəmli tənqidçi Yaşar Qarayev yazır: “Elçin dramatur gi yamızda ilk dəfə olaraq xaosun, hərc-mərcliyin obrazını ya ra dır! Onların əsasında duran mənəvi-əxlaqi, ideoloji ste re otip lə rə, normativ düşüncə və rəftar tərzinə ən müasir, ayıq, oyaq ədəbi-estetik münasibət ifadə edir.”
Elçinin “Tənqid və nəsr”, “Klassik aşıq ədəbiyyatında “dün  ya” obrazı”, Üzeyir Hacıbəyovun publisistikasını tədqiq və təh lil edən “Bəstəkarın vətəndaş sözü” monoqrafiyaları, eləcə də Azərbaycanın böyük şəxsiyyətlərinə - Bülbülə həsr edilmiş “Bül  bül”, Azərbaycan Demokratik Cümhuriyyətinin lideri Məm  məd Əmin Rəsulzadənin həyat və yaradıcılığından bəhs edən “Məmməd Əmin Rəsulzadə”, yazıçı, siyasi-ictimai xadim Nə riman Nərimanovun yaradıcılığını və fəaliyyətini işıq-lan dı ran “Nəriman Nərimanov”, Cəfər Cabbarlının yaradıcılığını yeni aspektdən təhlil edən “Sənətkar və şəxsiyyət” monoqrafık oçerkləri və s. kimi elmi əsərləri Azərbaycan ədəbiyyatşünaslıq elminin son onillərdə əldə etdiyi nailiyyətlərin parlaq nümunə ləridir.
Onun son illərdə çap etdirdiyi son dərəcə orijinal “Ədəbi düşüncələr”i böyük marağa səbəb olmuş və həm oxucular, həm də ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir.
Elçinin əsərləri rus, ingilis, fransız, alman, ispan, türk, ma car, bolqar, ərəb, rumın, fars, çex, polyak, xorvat, gürcü, mol dav, türkmən, özbək, qazax, tacik, serb və s. dillərə tərcümə edil mişdir. Yalnız elə bu faktı qeyd edək ki, Elçinin qardaş Türkiyədə 18 kitabı nəşr olunmuşdur. Elçin alnının təri olan bütün zəhmətini 10 cildlik “Seçilmiş əsərləri”ndə cəmləşdirmişdir.
O, görkəmli ictimai və dövlət xadimidir, bu gün ədə bi-mədəni mühitin formalaşmasında böyük rolu olan hör mətli və nüfuzlu şəxsiyyətlərdən biridir. Onun həm dövlət çilik lə, həm də bədii yaradıcılıqla bağlı fəaliyyəti bir-birini ahəngdar şəkildə tamamlayır.
Elçin hazırda yaradıcılığının ən dolğun çağını yaşayır və biz inanırıq ki, o, yeni-yeni əsərləri ilə ədəbiyyat xəzinəmizi daha da zənginləşdirəcəkdir.

 

Bəybala ƏLƏSGƏROV,
tarix üzrə elmlər doktoru