Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret
MƏĞLUB EDILMƏZ NÜMUNƏVI QVARDIYAÇI MAYOR ƏLIYEV MÖVLAN 
MƏZAHIR OĞLU

Böyük Vətən müharibəsində 700 minə qədər azərbaycanlı iştirak edib.
XX əsrdə II Dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və Italiyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı.
Haqqında yazmaq istədiyim insan da Böyük Vətən müharibəsi iştirakçısıdır.
Mən o insanı görməsəm də, haqqında çox eşitmişəm və onunla fəxr edirəm. O, çox xeyirxah, mehriban, səmimi, mülayim, ailəsini sevən, övladlarına qarşı çox diqqətli, üzü nurlu olan (bunlar sadalandıqca bitməz) bir şəxs olub. Deyilənlərə görə o, həddindən artıq təvazökar bir insan olduğu üçün heç vaxt istəməyib ki, kimsə onun haqqında nə isə qələmə alıb yazsın. Hər zaman deyib ki, “mənim mükafatlarım mənə bəsdir”. Amma mən bu gün onun haqqında cürət edib yazmaq istədim. 
Mayor Əliyev Mövlan Məzahir oğlu 17 iyun 1909-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə FZO məktəbini bitirdikdən sonra, təhsilə olan marağı onu 1930-cu ildə “Lassal” adına Bakı Neft Texnikumuna gətirir, sonra isə 1937-ci ildə Bakı Neft İnstitutunu (indiki Neft Akademiyası) bitirir. Bir neçə il neft sahəsində işlədikdən sonra M.Əliyev 1939-cu ildə Bakıda Kirov adına Sənaye Akademiyasını bitirib, 1940-cı ildə “Körgöz” rayonuna ikinci katib təyin edilir. 
1941-ci ildə o, ailəsi ilə birlikdə Moskvaya V.I.Lenin adına Hərbi-Siyasi Akademiyada təhsilini davam etdirməyə yollanır. Həmin ildə də Moskva şəhərində ÜIK(b)P MK-nın 6 aylıq kursunu bitirir. 
Almaniya ordusunun Polşaya hücuma başladığı 1 sentyabr 1939-cu il tarixi İkinci Dünya Müharibəsinin başlanma tarixi sayılır. 
Qəflətən başlanan Böyük Vətən müharibəsində Ali Baş Komandan I.V.Stalinin 3 iyul 1941-ci ildə xalqa müraciəti çox böyük əhəmiyyətə malik idi. Hitlerçilərin ölkəmizə basqın etməsi haqqındakı xəbər hamı kimi M.Əliyevin də qəlbini qəzəblə doldurur. O, ailəsini Bakıya yollayaraq, hərbi komissarlığa ərizə yazıb cəbhəyə könüllü göndərilməsini xahiş edir.
Beləliklə, Müharibə!
1941-ci ilin sonunda - 1942-ci ilin əvvəllərində Şimal-Qərb cəbhəsinin bazasında 52-ci atıcı briqada yaradılır və həmin briqadanın batalyon komissarı mayor Əliyev Mövlan təyin olunur. 
1942-ci ilin may ayında 780-ci Artilleriya alayının komandir müavini təyin edilir, həmçinin də 207-ci Don və Stalinqrad cəbhəsinin atıcı diviziyasında vuruşur. 
Qvardiyaçı mayor M.Əliyev 1942-ci il sentyabrın 13 -dən əfsanəvi Stalinqrad (indiki Volqoqrad) döyüşlərində topçu komandiri kimi iştirak etməyə başlayır. Həmin ilin noyabr ayında o, Stalinqrad şəhərində iki ayağından da yaralanır. Amma buna baxmayaraq döyüşlərə davam edir. M.Əliyev dekabrın 22-də SSRI Ali Soveti Rəyasət heyətinin qərarına əsasən “Stalinqradın müdafiəsi uğrunda” ordeni, həmin ildə də “Varşava şəhərinin azad edilməsi uğrunda” medalla təltif edilir. 
Beləliklə, 1943-cü il fevralın 2-də Stalinqrad döyüşü sona yetir.
1943-1944-cü illərdə M.Əliyev 27-ci qvardiyanın 54-cü atıcı diviziyasının siyasi hissəsinin topçuluq üzrə divizion komandirinin müavini kimi döyüşməkdə davam edir.
1944-1945-ci illərdə atıcı alayının komandiri olmuş mayor Mövlan Əliyev 1944-cü ilin iyun ayında Polşanın Visla çayı ətrafında sağ ayağından güllə yarası alır. Həmin ilin noyabr ayında isə Estoniyanın Narva çayı ətrafında gedən döyüşlərdə kontuziya alır.
1944-cü ildə M.Əliyev “SSRI-nin Böyük Vətən Müharibəsinin II dərəcəli” ordeni və həmin ildə də “Qırmızı Ulduz” ordeni ilə təlif edilir. 
23 aprel 1945-ci ildə o, yenidən SSRI Ali baş komandanı, marşal I.V.Stalinin əmrinə əsasən təşəkkür alır və SSRI Ali Soveti Rəyasət heyətinin qərarına əsasən 09 iyun 1945-ci ildə “Berlinin alınması” uğrunda medalla təltif edilir.
1945-ci il aprelin 25-də SSRI Ali Soveti Rəyasət heyətinin qərarına əsasən SSRI Ali baş komandanı, marşal I.V.Stalinin əmri ilə Mövlan Əliyev təşəkkür alır və 09 may 1945-ci ildə “Almaniya üzərində qələbə” uğrunda medalla təltif edilir. 
Qeyd edim ki, ümumilikdə, qvardiyaçı mayor M.Əliyev və onun döyüşçüləri bütün döyüşlərdə göstərdikləri şücaətlərə görə Generalissimus Stalindən 12 dəfə təşəkkür məktubu almışlar.
İkinci Dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bir çox dünya dövlətlərini əhatə etmişdi. 1945-ci il sentyabrın 2-də qələbə ilə başa çatan bu dəhşətli müharibə 10 milyonlarla insanın ölümünə səbəb olmuşdu. Belə ki, döyüş meydanlarında, əsirlikdə, düşərgələrdə 27 milyon hərbi xidmətçi həlak olmuş, 25 milyona yaxın dinc əhalinin həyatına son qoyulmuşdu. 
Böyük Vətən müharibəsi illərində neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın neft tarixində ən çox 23,5 milyon ton neft istehsal olundu ki, bu da SSRI-də istehsal olunan neftin 71,4%-ni təşkil edirdi. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları vermişdilər. Tam əminliklə demək olar ki, Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri idi. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. Ikinci Dünya Müharibəsi məhz sovet xalqının və Azərbaycan xalqının fədakarlığı sayəsində, cəsarətli xalq olduüunu bir daha sübut etdi və bütün Avropanı ağuşuna almış alman faşizmi 1945-ci ildə öz yuvasındaca məhv edildi.
Həmin illərdə qvardiyaçı mayor Mövlan Əliyevi Almaniyada qazanılmış qələbənin keşiyində durmaq üçün ilk azərbaycanlı olaraq 1945-ci ilin fevralından Bilzen şəhərinin Şverin rayonunun hərbi komendantı təyin edirlər. Ailəsi ilə birlikdə Almaniyada yaşayan Mövlan Əliyev sonraki illərdə Maqdeburq mahalının Blankerburq şəhərində kənd təsərrüfatı üzrə hərbi komendantın köməkçisi və 1946-1947-ci illərdə Veniqerod, Maqdeburq mahalının Hərbi Komandanlıüında plan-uçot şöbəsinin müdiri işləyir.
Üç il yüksək vəzifələrdə çalışdığına baxmayaraq, Vətən həsrəti onu rahat buraxmırdı. Elə məhz bu səbəbdən də o, 3 ildən sonra öz doğma Vətəninə qayıdır və yenidən neft sahəsində işləməyə başlayır. Mövlan Əliyev 1947-ci il avqustun 15-də Bakı şəhər İcra komitəsinə direktor müavini təyin edilir. 1951-ci ildə “Əməyə görə” medal ilə təltif olunur.
M.Əliyev 1948-1952-ci illərdə baş mühəndis vəzifəsindən tutmuş buruq ustası, sex rəisi, sahə müdiri, mədən müdiri vəzifələrində çalışır. O, Abşeronun bir çox səfalı və gözəl yerlərində neft sahəsində çalışıb. (Duvannı, Qobu, Novxanı, Corat, Bilgəh, Fatmayı və s.). Son iş yeri Qum adası olur və sonra da o, təqaüdə çıxır. 
1955-ci il fevralın 15-də isə kənd əhalisinin istəyi ilə Əmircanda Kənd Soveti sədrinin müavini seçilir. Kənd sovetinin müavini işlədiyi dövrlərdə o, insanlarla görüşüb onların problemlərini həll etməyə çalışırdı. Məhz buna görə də o, dəfələrlə yerli sovetlərə deputat seçilmişdir. Respublikamızın müxtəlif bölgələrindən gələn gənclərə qayğı ilə yanaşar, onları neft mədənlərində işlə və evlə təmin edərdi.
1965-ci ilin mayında M.Əliyev SSRI Ali Sovetinin Rəyasət heyətinin qərarına əsasən “Böyük Vətən Müharibəsinin 20 illiyi” ilə əlaqədar medalla, avqustda isə müharibədən sonra əmək cəbhəsində qüsursuz çalışdığına görə qabaqcıl işçi kimi medalla təltif edilir.
1967-ci ilin dekabrında isə o, SSRI Ali Soveti Rəyasət heyətinin qərarı ilə “Silahlı Qüvvələrin 50 illiyi” ilə əlaqədar medalla, 1970-ci ildə “V.I.Leninin anadan olmasının 100 illik yubileyi münasibətilə şanlı əməyə görə” medalla və “Böyük Vətən Müharibəsinin 25 illiyi” medalı ilə təltif edilir. 
Hər ilin 9 May Qələbə günündə Mövlan Əliyev bir çox kənd və şəhər məktəblərində keçirilən tədbirlərə hər zaman dəvət alar, həvəslə Böyük Vətən müharibəsi illərindən danışar, xatirələrini onlarla bölüşər, həmçinin ordu sıralarına yazılan əsgərləri yola salıb onlara mərd olmağı və düşmənə baş əyməməyi nəsihət edərdi.
Mayor Əliyev Mövlan Məzahir oğlu 1971-ci il oktyabrın 12-də 62 yaşında ürək xəstəliyindən vəfat edir.
Əmircan kəndinin camaatı onun xeyirxah əməllərindən hələ də danışır!
Yəqin hər birinizə maraqlıdır ki, haqqında yazdığım bu böyük insan kimdir?  
Vətən üçün məğlubedilməz, nümunəvi QVARDIYAÇI MAYOR, Təcrübəli NEFTÇI,
Ailəsi üçün mehriban, qayğıkeş ATA və BABA. Əmircan kənd əhalisi üçün XEYIRXAH INSAN. Mənim üçün isə onu görmədiyimə görə təəssüf hissi keçirdiyim sadəcə BABAM! 


Lamiyə NƏBIYEVA