Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

İnformasiyanın saxtalaşdırılması: Hesabat

 

Məmmədov Həsənbala Məhəmməd oğlu- 30 yanvar 1947-ci ildə Qusar rayonunun Avaran kəndində anadan olmuş, 1959-cu ildə Qusar rayonunun Avaran məktəbini, 1962-ci ildə Bakı 8 N-li İnşaat Məktəbini, 1966-cı ildə Şamaxı Pedaqoji məktəbini, 1973-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Dil-ədəbiyyat, 1977-ci ildə Moskva İncəsənət Universitetinin Musiqi nəzəriyyəsi, 1979-cu ildə SSRİ Ali və Orta İxtisas Nazirliyinin AMP ETİ-nin Yeni Təlim Üsulları və Vasitələri, 1981-ci ildə Azərbaycan KP MK-nın ML Universitetinin Fəlsəfə fakültəsini, 1984-cü ildə Azərbaycan ETPEİ-nin dissertanturasını bitirmiş H.Məmmədov Azərbaycan ETPEİ-nin elmi müxbiri kimi  ölkəmizdə və ondan kənarda dərc etdirdiyi onlarla elmi işin, iki kitabın və s. əsərlərin müəllifidir. O,  müəllim-metodistdir, pedaqogika üzrə fəlsəfə doktorudur. 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında müəllim işləyir. H.Məmmədovun ölkədə yayılmış qabaqcıl iş təcrübəsi dəfələrlə keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının, Azərbaycan SSR MN-in, Azərbaycan SSR PC-nin Fəxri Fərmanlarına, təltiflərinə, mükafatlarına layiq gorülmuş, onlarla oçerk, təqdimat və rəylərdə, aldığı mükafat, təşəkkür və fəxri fərmanlarda öz əksini tapmışdır. Mənim qarşımda 70 illik bir ömrün hesabatı durur.  “Hesabat”da müəllifin məktəb, institut və universitetlərdə yarım əsrlik pedaqoji təcrübəsinin, ömrünün yarısından çoxunu həsr etdiyi “informasiyaların sıxlaşdırılması” probleminə aid əsərlərindən çıxarışları cəmləşmişdir.  “Hesabat”ın ikinci hissəsində müəllifin 1977-ci ildən bəri, 40 il ərzində informasiyaların sıxlaşdırılması sahəsində apardığı tədqiqatların ictimaiyyətə təqdim edilmiş əsərlərindən çıxarışlar yer tutur. “Hesabat’ın üçüncü hissəsində həm də müəllifin 35 illik təhsilinin nəticələri, haqqında səlahiyyət sahiblərinin imzaladıqları sənədlər, məşhurların deyimləri və s. öz əksini tapmışdır. “Hesabat”ın birinci hissəsində verilmiş “Pedaqoji prosesdə informasiyaların sıxlaşdırılması” monoqrafiyası fundamental bir tədqiqatın nəticəsidir. İbtidai icma quruluşundan çağdaş dövrümüzə qədər “informasiyaların sıxlaşdırılması” probleminin inkişafını tədqiq edən müəllifin gəldiyi nəticə elmlərin müxtəlif sahələrinin yenidən koordinasiyasını zəruri edir; hər bir elm, iş və ya fəaliyyət yalnız informasiyaları sıxlaşdırmaqla kamilləşə bilər, uğur qazanar! Həsənbala Məmmədovun ölkədə və onun xaricində çap olunmuş əsərlərində irəli sürdüyü yeni ideyaların: tərbiyə prosesini reallaşdıran emosiyaların idarəetmə texnologiyasının, dinamik informasiyaların proqramlaşdırılmasının unikal metodikasının təlim-tərbiyə prosesinə pozitiv təsirinin keçmiş SSRİ Pedaqoji Elmlər Akademiyasının Rəyasət Heyəti tərəfindən bəyənilməsi, təklif etdiyi dinamik informasiyalarla işləyə bilən yeni nəsil texnologiyalar vasitəsi ilə kurikulumların üçəmli reallaşdırılması kimi faktlar təhsil sahəsinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfındən xüsusi xidmətlər olaraq dəyərləndirilmişdir. İlk dəfə qeyri-səlis məntiqə əsaslanan kompüter proqramını yaratmaqla İKT kompleksi vasitəsilə intellektual proseslə yanaşı, emosional və iradi proseslərin də idarəsini optimallaşdırmış, bütövlükdə pedaqoji prosesin hər üç yönümdə balanslı inkişafının praktik işlək modelini ictimaiyyətə təqdim etmişdir. Testlərin ölkədə tətbiqinin ilk təşəbbüskarı da, 33 il öncə - dünyada kompüterlərin məktəblərə gələ bilmədiyi dövrlərdə onlara şaxəli proqramlar yazan da, kurikulumların hazırlanmasında, testlərin təkmilləşdirilməsində, informasiyaların sıxlaşdırılmasının potensial yollarını şərh edən də, unikal-dinamik kodlaşdırma vasitəsilə emosiyaları idarə etməyin, deməli, tərbiyə prosesinin də diaqnozlaşdırılmasının mümkünlüyünü ilk dəfə sübut edən də, Həsənbala Məmmədovdur. Onun apardığı 40 illik tədqiqatların, 50 illik eksperimentlərin nəticəsi pedaqoji prosesdə yaratdığı informasiyaların sıxlaşdırılmasının sistemidir. Bu sistem imkan vermişdir ki, 2 ildə öyrənilməli 247 punktuasiya qaydasını təhsil alanlara 3 dərsdə öyrətsin, tədris proqramının 455 saatını - 7 tədris ilinin Azərbaycan dili dərslərini keçməmiş şagirdi 601 balla ali məktəbə qəbul olunsun,  buraxılış imtahanlarında kon­trol siniflərdən 2, 3 dəfə yüksək nəticələr qazansın, dinamik in­formasiyaları sıxlaşdırmaqla şəx­siyyətin mədəni potensialını ida­rə etsin. Müəllifin təqdim etdiyi bu hesabat həm də Azərbaycan elminin yeni pozitiv sistemlərin axtarışında olan dünyaya mesajıdır: müxtəlif sahələr üzrə aparılan elmi axtarışların əsasında mütləq informasiyaların sıxlaşdırılması durmalıdır.Çünki hər bir elm, iş və ya fəaliyyət yalnız informasiyanı sıxlaşdırmaqla kamilləşə bilər, uğur qazanar! Ömrünün müdrik çağına çatmış müəllif 70 illik ömrünün “Hesabat”ında yazır: “Tanrı hər insana bir ömür bəxş edib və bu ömürdə onun alacağı ilə verəcəyinin balansına dərgahında mizan-tərəzi qurur. Bu hesabat isə ömür yolumda mənimlə təmasda olmuş insanlara təqdim edilir.” Tanrının ona bəxş etdiyi ömürdə aldığı ilə verdiyinin balansına dərgahında qurduğu mizan-tərəzisinə güvənən Həsənbala Məmmədov özünün müdriklik zirvəsində - 70 illik yubileyində bizə hesabat verir və bizdən xeyir-dua umur. Biz də həmkarımızı təbrik edir, yenə də insanların xidmətində dayanmaq, elmdə yeni uğurlara imza atmaq üçün ona can sağlığı, uzun ömür diləyirik: Yüz yaşa, Həsənbala müəllim!  

Bəybala Ələsgərov,

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin

vitse-prezidenti, tarix elmləri doktoru