Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Özümlə baş-başa düşüncələrim…

 

...Dünya təkdir. Sağı, solu bizik. Bizlər dünyanı idarə etməyə başlayırıq.
İstədiyimizi, haqqımızı layiq olmayanlara yediririk. Sonda dünyanı lənətləyirik. Gah havanı, gah suyu, gah küləyi bəhanə edib ürəyimizi boşaldırıq. Əslində əllərimiz yanımızdadır. Ürəyimizdə dünya bir-birinə qarışıb. Gözlərimizdə parlayan qığılcımların tüstüsü təpəmizdən çıxır. Üzdə başqalarına xoş olsun deyə zorən gülümsəyirik. Etibarlı dostlar kimi kindən yumulmuş ovcumuzu sədəqə verirmiş təki irəli uzadırıq. Əl veririk. Hələ bir üzr də istəyirik. Üzümüzü çevirən kimi: “Ax, dünya”, - deyib ürəyimizi soyuduruq. Vəzifəmizi, icbari həyatımızı, bizə qarşı ittihamları unudub dünyaya “sağ ol” demədən uzaqlaşırıq. Səhərin açılmasını gözləyirik. Yeni güman və şübhələrlə üzləşirik. Beləcə, illər yaş üstünə yaş gətirir, ağlımıza möhür vurulur, kilidi möhkəm olur. Sanki təsadüfdən yaranan zərurət utanır, üzlərdən xəcalətli olur. Torpaq bizi səsləyəndə, belimiz büküləndə, günahlarımızın bağışlanması üçün dualar edəndə yenə də dünya səsimizə səs verir. Görmürük, eşitmirik, kiminsə tərcüməsinə ehtiyac duymuruq və gec də olsa dərk edirik ki, əslində dünyada iki şey var. Onlar nədir? Nədirlər sualdan azad ola bilməyəcək, çünki suallardan uzaqlaşmaq və onların yerdəyişməsinin qarşısını almaqda acizik.
Dünyada iki şey nədir?
1. Sevmədiyin insanın silahından gələn mərmi.
2. Sevdiyin insandan gəlməyən istilik.
Bu sözlər Tamilla Əmirkişiqızının yenicə çapdan çıxmış “Düşüncələrim” adlı kitabındandır. Müəllif arzularının böyüklüyü qədər azad olanların xatirəsi­nə ithaf edib bu kitabı. Kitabı və­rəq­lədikcə müəllifin fikirlərini, düşüncələrini oxuyub sanki onun­la həmsöhbət olursan.
“Dü­şüncələrim” kitabında Sözün qüdrəti uca tutulur. Qələmə alı­nan düşüncələr sözdən söz alıb yeni düşüncələrə yol açır.
“Düşüncə” sözünün mənasını aç­maq, izahını vermək mümkünsüzdür. Müəllif insan düşü­ncəsini yükdən azad etmək fik­rində deyil. Sadəcə olaraq dünya, zaman, həyat, ömür, ta­le, bəxt anlayışlarını fikir süzgə­cindən keçirmiş, ürəkdə bir yü­kü azaltmaqla, yerini başqa bir yükün tutduğunu reallıqla təsvir etmişdir.
Müəllif acı həqiqətlərdən dərs almaq və qəribə taleli insanlara ümidli günlər arzulamaqla oxucularının görüşünə gəlmişdir.
Deyirlər ki, insan kimi, kitabların da qəribə taleyi var.
Həyatın gecələri şəkil, səhərləri sözmüş demə…
Düşüncələrin düşüncə ömrü, sözə möhtacmış demə…
Tamilla xanımı bu kitabının işıq üzü görməsi və qarşıdan gələn 8 Mart - Qadınlar bayramı münasibətilə ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları diləyirik.
Kitabdan seçmələr:
• Ağıl nur saçar qəlbə, zinət verər,
Çətin gündə iqbala yol göstərər.
• Ağıllı, nəcib olsa övlad əgər,
Qız olsun, ya oğlan, nə fərq eyləyər?
• Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim, insan gövhərində isə sözdən bahalı cövhər görmədim.
• Acgöz olmamaq artıq zənginlikdir, bədbəxt olmamaq isə gəlirdir.
• Bütün insanlar səhv edir, ancaq böyük insanlar səhvlərini dərk edirlər.
• Birinin etdiyi səhv başqasının aldığı dərsdir.
• Düzlüklə pəhrizkarlıq birləşəndə əsl insanlıq cilvələnər.
• Ədalət kainatın ruhudur.
• Əgər sənə heç kim paxıllıq etmirsə, özündən soruş. Məgər mən düzgün yaşayırammı?!
• Günahsızlar məşhər günü ətə­­yindən tutub haqlarını istə­yə­­cəklər, nə edəcəksən?
• Hər kəs hər şeyi başa düşsəydi, onda başadüşməzlər nəyi ba­şa düşərdi?
• Heç kəs keçmişini satın alacaq qədər zəngin deyildir.

 

Qısa arayış

 

Tamilla Əmirkişiqızı Muradova füsunkar təbiətli Buzovnada doğulub, boya-başa çatıb. Buzovnadakı 125 saylı tam orta məktəbin məzunu olub. 1971-ci ildə APU-nun Azərbaycan dili və ədəbiyyat fakültəsini bitirib. Tamilla Əmirkişiqızı təhsil sahəsində qazandığı uğurlara görə “Əməkdar müəllim” fəx­ri adını alıb. İlk qələm təcrübə­si Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsinə ehtiram əlaməti olaraq yazdığı “Bu­zovna şəhidləri” kitabıdır. “Tale yükü”, “Nağılın sonu ol­mur”, Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi “Tarix qəhrəmansız yaşaya bilməz” povesti, “Kəbir Azərin söz dünyası”, “Bu dünyanı ürəyində gəzdirir”, “Laqeydliyin bəlası”, “Hikmət dünyası”, “Həyatın üçüncü üzü varmı?” bədii publisistik əsərləri və “Dünyamı söz bəzəyir”, “Tanrı quşuyam”, “Arzularım boyda dünyam olaydı” şeir kitabları çapdan çıxmışdır. “Söz xəzinədir” toplumunda, zamanın sınaqlarından çıxan, elin varına, sərvətinə çevrilən möhtəşəm yazılı ədəbiyyatın təməlində sökülməz hörgüyə çevrilən bu kitabda 6500-ə yaxın atalar sözləri, aforizmlər, müdrik kəlamlar toplanmışdır. Üç metodik vəsaitin müəllifidir.
Tamilla Əmirkişiqızı Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “Qızıl qələm”, “Ustad sənətkar”, “İnam”, “Nurlu ziyalı” “Ali media” mükafatları laureatı Diplomlarına layiq görülüb. Tamilla Əmirkişiqızı hal-hazırda Xəzər rayonu İ.Tağıyev adına 16 saylı tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.

 

 

“İQTİSADİYYAT”