Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Fuad Ələsgərov - 80 
İqtisadi təhsilin inkişafına həsr edilən ömür

F.Ələsgərov 1937-ci il fevralın 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1955-ci ildə orta məktəbi bitirib, K.Marks adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş, 1959-cu ildə Azəebaycan Dövlət Universitetinin “İqtisad” fakültəsinin “Əmtəəşünaslıq və qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ticarətin təşkili ixtisasını bitirmişdir. Aspiranturadan sonra Praqada Ali İqtisad Məktəbinin “Daxili ticarət fakültəsində staj keçməklə, qısa müddətdə çex dilini öyrənərək, Avropa ölkələrində gedən ticarət əlaqələrinin iqtisadi mahiyyətini mənimsəmiş və 1964-cü ildə Praqada ilk, hal-hazırda yeganə azərbaycanlı olaraq iqtisad elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir. Sovet dönəmində ölkə hüdudlarından kənarda, özü də çox gənc yaşlarında – 27 yaşında dissertasiya müdafiə etmək hər alimin işi deyildi. Həmin ildə təkcə bu institutun deyil, respublikanın, demək olar ki, bütün gəncləri Fuad müəllimə pərəstiş ediblər.
F.Ələsgərov 1964-cü ildən taleyini təhsilə bağlamış, Azərbaycaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim, sonra dekan müavini və nümunəvi dekan olmuşdur. O, məhsulun keyfiyyətinin yüksəldilməsinin mahir bilicisi kimi nəinki respublikada, eləcə də keçmiş SSRİ-də və xaricdə tanınan bir alim olmuşdur. Təhsildəki uğurlarına görə, Fuad Ələsgərov SSRİ Təhsil Nazirliyinin təsis etdiyi “Ali məktəbdə yüksək nailiyyətlərə görə” döş nişanı ilə təltif edilmişdir.
1976-cı ildə F.Ələsgərov “Xalq istehlakı mallarının keyfiyyətinin yüksəldilməsinin iqtisadi problemləri və ticarət” mövzusunda doktorluq işini uğurla müdafiə edib. Bu sahənin görkəmli mütəxəssislərinin yazdıqları kimi, onun iqtisad elminə gətirdiyi nailiyyətlər sırf texniki elm hesab olunan əmtəəşünaslığı iqtisadi elmlə, iqtisadi ünsürlərin üstünlük təşkil etməsi ilə sintez etməsindədir. O, 1978-ci ildən professordur.
Hələ SSRİ-nin planlı iqtisadiyyatının hökm sürdüyü illərdə F.Ələsgərovun yazmış olduğu irihəcmli monoqrafiyalarda, dərslik və dərs vəsaitlərində iqtisadi sistemin bazar mexanizminin əsas prinsipləri əsasında formalaşması kimi cəsarətli ideyaları diqqəti cəlb etmişdi.
F.Ələsgərovun Sovetlər Birliyi məkanında ilk dəfə olaraq malların keyfiyyətinin və çeşidinin idarə olunmasının fundamental problemlərini yeni mexanizm – marketinq vasitəsilə həll etməsi o dövr iqtisadi mühitinin və tələbələrin böyük marağına səbəb olmuş və bu gün də maraq dogurmaqdadır. Onun bir çox elmi əsərləri xaricdə, Avropa ölkələrində çap olunmuşdur. F.Ələsgərovun “Çeşid və keyfiyyət: idarəetmə problemləri” mövzusunda yazdığı elmi əsərləri xarici ölkələrdə keçirilən konfranslardakı çıxışlarında, eləcə də həmin ölkələrin elmi jurnallarında yeni sosial-iqtisad kateqoriyaların yaradılması kimi qəbul edilmişdir.
F.Ələsgərov “marketinq” üzrə elmi əsərlərin ilk müəllifidir.
1987-ci ildə professor F.Ələsgərov Respublika Nazirlər Sovetinin nəzdində yeni yaradılmış Azərbaycan Xalq Təsərrufatının İdarəedilməsi İnstitutunun tədris işləri üzrə prorektoru, 1989-1992-ci illərdə Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialının direktoru vəzifəsində çalışmışdır.
İnsanlıq və xeyirxahlıq Fuad Ələsgərovun əsas xasiyyətlərindəndir. O, tələbələrə daim gərəkli olan şəxs olub. Tələbələr də, eyni zamanda, onun qismində özlərinə arxa görüblər.
Fuad müəllim təhsil ocağına məbəd kimi baxan rektorlardan olub. Çünki onun şəxsi mənəviyyatı da məbəd bulağından su içib. Buna görə indiyə qədər onu mənəviyyatı sağlam, nəfsi tox, haqqı müdafiə edən, zəifə arxa duran, təhsilə gəlir mənbəyi kimi baxanların qənimi kimi tanıyırlar. Böyük şairimiz Məmməd Araz dostu Fuad Ələsgərova həsr etdiyi şeirində bu xeyirxah insanın əxlaqi keyfiyyətlərini belə qələmə almışdır:


“Yüz dərdim dağılıb dost nəfəsiylə,
Zülmətdə işaran ağı görmüşəm.
Doğruluq, əyrilik tərəzisində
Yaxşını yamandan ağır görmüşəm.
Qəlbimin səsindən sözüm doğulub,
Külək olmamışam yanar şamlara.
Olsa da pislərin özündən olub -
Pislik etməmişəm pis adamlara”.

Bəli, Fuad Ələsgərov çətin ömür yolu keçsə də, ümidini itirməyib “zülmətdə işaran ağı” da görüb, həyatın “doğruluq, əyrilik tərəzisi”ndə daim yaxşını yamandan ağır da görüb, lakin bir çox adamlar kimi yanar şamlara “külək olmayıb”, əksinə, pərvanə olub, hətta ona pislik edən adamlara belə pislik etməyib. F.Ələsgərov, sözün əsl mənasında, təhsilimizin pərvanəsi olub.
Fuad Ələsgərov müdrik nəsil ağsaqqalı, cəfakəş ailə başçısı, qayğıkeş övladlar atası, qəlbinin hərarəti ilə boya-başa çatdırdığı ağıllı nəvələr babası, gözünün nuru ilə isindirdiyi nəticələr ulusudur.
Hardandır Fuad müəllimdə bu yüksək əxlaq norması?
Şübhə yox ki, nəsildən gələn tərbiyədə, müqəddəs Ana nəsihətində - “Çalış insanlara gərək ol” – budur səksən illik ömrün ən böyük mükafatı. Bu mükafat sinədən asılan mükafat deyil, bu, yaddaşlarda özünə əbədi qoyulan abidənin təcəssümüdür.
Akademik Ziyad Səmədzadə Fuad Ələsgərovu dəyərli iqtisadçı, etibarlı dost, Azərbaycanda iqtisadi təhsilin inkişafında böyük xidmətləri olan alim kimi qiymətləndirir və 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir. Bu təbrikə “İqtisadiyyat” qəzetinin bütün kollektivi də qoşulur, Fuad müəllimi ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür diləyir.
100 yaşayın, Fuad müəllim!

“İQTİSADİYYAT”