Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
15-21 avqust 2019-cu il
32 (1080)
8-14 avqust 2019-cu il
31 (1079)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Oqtay Qulam oğlu Məmmədli

 

1940-cı ildə anadan olmuş Gən­cə Dövlət Universiteti İdarə­etmə kafedrasının profes­soru, iqtisad üzrə fəlsəfə doktoru Oqtay Qulam oğlu Məmmədli 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin İqtisad fakültəsini bitirib. Əmək fəaliyyətinə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) statistika fənnindən dərs deməklə başlayıb, 1970-ci ildə dissertasiya müdafiə edərək alimlik dərəcəsi alıb. 1971-ci ilin yanvar ayından mü­sabiqə yolu ilə Gəncə Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Universiteti) keçib və hazırda bu ali məktəbdə çalışır. 1977-1981-ci illərdə institut həmkarlar ittifaqı komitəsinin sədri, 1981-1990-cı illərdə siyasi iqtisad kafedrasının müdiri, 1988-1989 və 1989-1990-cı tədris illəri üçün instituta tələbə qəbulu komissiyasının məsul katibi olub, 30 dərslik və dərs vəsaitinin, 260-dan artıq elmi məqalənin müəllifidir.
Uzun illər iqtisad elminin tədrisi ilə məşğul olub. Bu dövrdə yüksək elmi biliyi, tədris intizamı, işgüzarlığı, intellektual səviyyəsi və digər insani keyfiyyətləri ilə tələbələrin, professor-müəllim heyətinin və şəhər ictimaiyyətinin gözündə yüksək zirvəyə qalxıb.
O.Q.Məmmədli Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2009-cu il tarixli sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib. Bundan əvvəl isə ali təhsil sahəsində qazandığı nailiy-yətlərə görə 1982-ci ildə SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin 30 aprel 1982-ci il tarixli 65/4-1 №-li əmri ilə “Qabaqcıl ali məktəb işçisi” döş nişanına, dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəkkürünə, zəhmətkeşlər arasında iqtisadi biliklərin təbliği sahəsindəki fəaliyyətinə görə isə “Bilik” cəmiyyətinin fəxri fərmanlarına layiq görülüb.
O.Q.Məmmədli tələbələrdə iq­tisadi təfəkkürün formalaşdırılması sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, elmi kadrların hazırlanmasında bilik və bacarığını əsirgəməyib. Belə ki, indiyədək onlarla magistrlik dissertasiyasının rəhbəri, bir neçə doktorantın elmi rəhbəri, 10-dan çox dissertasiyanın rəsmi opponenti və elmi məsləhətçisi olub.
2011-2016-cı illərdə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Azərbaycan Dövlət Aqrar Universiteti nəzdində yaradılmış, fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.04.013 birləşdirilmiş dissertasiya şurasının üzvü olub.
O.Q.Məmmədli 2005-2010-cu illərdə Azərbaycan MEA İqtisadiyyat İnstitutunda yaradılmış əlaqələndirmə Şurasının üzvü, hər birinin həcmi orta hesabla 77 fiziki çap vərəqi olan 7 cildlik “Böyük İqtisadi Ensiklopediya”nın həm redaksiya heyətinin üzvü, həm də onun 3-7-ci cildlərinin hazırlanmasına cəlb edilmiş müəlliflərdən biridir.

Allah rəhmət eləsin!

Azərbaycan İqtisadçılar
İttifaqı və “İqtisadiyyat” qəzeti