Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Həssas qələm sahibi – Mirvari xanım

 

Tanınmış jurnalist, səmimi insan  Mirvari  xanım  haqqında keçmiş zamanda danışmaq mənimçün çox çətindir. Onun ölüm xəbəri təkçə məni və ailəmizi deyil, redaksiyamızın bütün işçilərini dərindən sarsıtdı. Onun qəzetimizlə əməkdaşlığının neçə illik tarixi var...

Ağır xəstəliklə mübarizə aparırdı. Lakin həyatda olduğu kimi, sənətində də mübariz insan idi. Mirvari xanımın qələmi ilə daha yaxından tanışlığım böyük xeyriyyəçi və marrifpərvər insan Hacı Zeynalabdin Tağıyevin həyatı, fəaliyyəti ilə bağlı işıq üzü görən kitabı ilə olmuşdur. Onun Hacının ölməz ruhuna ithaf olunmuş dolğun, tarixi faktlarla zəngin kitabını böyük maraqla oxudum. Həm qürur duydum, həm, təəssüfləndim, hətta kədərləndim də. Etiraf edirəm ki, o qələmə aldığı hadisələri, məlumatları oxucuya böyük məharətlə və olduğu kimi çatdırmağı bacarırdı. Onun   oxucuyla etdiyi səmimi söhbət sanki canlı ünsiyyətə çevrilir və mən uzun müddət bu kitabın təsiri altından çıxa bilmirdim. Bunu onun özünə də söyləmişdim...

Vaxtaşırı  özünəməxsus dəsti-xətti ilə müxtəlif mövzularda  yazdığı  dərin məzmunlu  məqalələrini məmnuniyyətlə qəzetimizdə çap edirdik. Indi onun üzərində uzun müddət işlədiyi və böyük zəhmət bahasına başa gəlmiş son kitabını vərəqləyirəm. Bu günlərdə respublika səviyyəsində anadan olmasının 100 illik yubileyi qeyd edilmiş böyük ictimai xadim və alim Vəli Axundov haqqında yazılmış bu kitabı oxuduqca bir daha  müəllifi dərin minnətdarlıq hissi ilə yad edirəm. Xalqı üçün çox işlər görmüş görkəmli insanın həyatı, fəaliyyəti, dostları, həmkarları, ümumiyyətlə yaşadığı dövr  haqqında bizə  dəyərli məlumatlar verərək yaxından tanış etdiyi üçün.  Bir sıra çətinliklərlə üzləşərək heç kəsin heç yerdə söyləmədiyi arxiv materiallarını dilə gətirmək müəllifdən böyük cəsarət və məhəbbət tələb edirdi. Mirvari xanım böyük sevgi və qürur hissiylə dahi şəxsiyyətdən bəhs edirdi, uzun illər boyu apardığı araşdırmalar nəticəsində ərsəyə gəlmiş bu kitabın geniş marağa səbəb olacagına inanırdı... Dahi şəxsiyyətləri unutmağa haqqımız yoxdur, onları tanımaq, tanıtmaq hər bir ziyalı insanın mənəvi borcudur. Nə yaxşı ki, bu insanları yada saldız, onların ömür yollarına oxucularla birgə boylandız. Nə yaxşı ki, arxivlərdəki faktları, yaddaşlardakı xatirələri bu kitaba  köçürdünüz. Yaşasaydız daha kimlərdən yazmazdiz? Heç şübhəsiz ki, Azərbaycan mətbuatının səhifələrində  sizin imzanızın yeri hər zaman görünəcək. Allah Sizə rəhmət eləsin!

“Yaddaşlardan və arxivlərdən boylanan ömür” kitabının redaktoru akademik Vasim Məmmədəliyevin Mirvari xanım haqqında söylədiklərindən:

“Respublikanın əməkdar jurnalisti, “Qızıl Qələm”, “Həsən bəy Zərdabi” jurnalist mükafatları laureatı, publisist Mirvari RəhimzadəninAzərbaycanın bir qədər unudulmuş parlaq şəxsiyyətləri ilə bağlı arxiv materiallarını araşdırması və bu  şəxsiyyətlər haqqında həqiqəti oldugu kimi şərh edərək mətbuat tariximizdə dəyərli kitabları ilə çıxış etməsi çox təqdirəlayiqdir. Məsələn, Azərbaycan milli burjuaziyasının banisi, dövrünün millət atası, mesenat, xalqımızın fəxri Hacı Zeynalabdin Tağıyev haqqında 20-25 illik arxiv materialları ilə və canlı səlnaməçilərlə ərsəyə gətirdiyi iki cildlik “Allahın eşqiylə” kitabi bu nöqteyi-nəzərdən çox qiymətlidir. Vəli Yusif oglu Axundovun həyat və fəaliyyəti ilə bağlı onilliklər boyu topladığı materiallar və müsahibələr, arxiv materialları da bu nəcib  ziyalı haqqında nəfis bir kitabı ortaya qoyan Mirvari xanım öz prinsiplərinə sadiqdir. Ölkəmizin sayseçmə ziyalılarının Vəli Axundov haqqındakı xoş xatirələri insanı bir daha düşündürür. Həqiqət  budur ki, doğrudan da nəcib əməl sahibləri insayların yaddaşında həmişəlik yaxşı insan kimi yaşayır. Biz də bu sahədəki  araşdırmalarını davam etdirmək üçün Mirvari Rəhimzadəyə... Vasim müəllim burada Mirvari xanıma  cansağlığı və yaradıcılıq uğurları arzulamışdı...

Bizə isə ancaq rəhmət diləmək qalır. Mirvari Rəhimzadənin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq, nəcib işləri heç vaxt unudulmayacaq. “İqtisadiyyat” qəzeti Mirvari xanımın simasında öz sadiq oxucusunu, müəllifini itirdi. Təsəllimiz isə qəzetin səhifələrində daim qalacaq yazılarıdır, oçerkləridir, gördükcə, oxuduqca müəllifini xatırladacaq, yaşadacaq, bizləri isə kövrəldəcək,...

 

“İqtisadiyyat” qəzetinin

baş redaktoru A.Səmədzadə