Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

 

ÖMRÜN 80-Cİ YAYI...

 

 

 

Füsunkar, gözəl, çiçəkli yazdan sonra öz istisi ilə dünyanı ağuşunda isidən yay gəlir. Təbiət özünün ən əsrarəngsiz nemətlərini yayda insanlara bəxş edir.

 

1936-cı il, iyun ayının 10-da  gözəl ab-havası, zümrüd meşələri, çiçəkli, bərəkətli bağları, bol məhsullu torpaqları, durna gözlü bulaqları ilə məşhur olan Qusar şəhərində Nəcməddin kişinin ilk övladı - Şair Nəcməddin oğlu Həsənov dünyaya gəlmişdir.

 

Balaca Şair və atası bilmirdi ki, dünyanı lərzəyə salan, insanlara əzab-əziyyət, səfillik, aclıq, ölüm kabusu  gətirən II Cahan müharibəsi olacaqdır. Bunlara baxmayaraq, kiçik Şair də güllü-çiçəkli, şehli çəmənliklərdə gəzərək öz ömrünün cəhlimlərini açmışdır.

 

Kiçik Şair 1943-cü ildə Qusar şəhər rus orta məktəbinin 1-ci sinfinə getmiş, 1953-cü ildə həmin məktəbi uğurla başa vurmuşdur. Elə həmin ildə qəbul imtahanlarını uğurla verərək? Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. Şair Həsənov 1958-ci ildə institutun şəhər və magistral avtomobil yolları tikintisi fakültəsini bitirmişdir. Bu uğurlu yol onu Tikinti Nazirliyinə gətirmişdir.

 

Dahi şəxsiyyətə Şair adının verilməsinin qəribə tarixçəsi olmuşdur. Belə ki, böyük rus şairi Puşkinin faciəli ölümündən sonra gənc Lermontov qısa vaxtda oxucular arasında məşhurlaşır. İlkin uğur da "Şairin ölümü" ilə bağlı oldu. Onda Mixail Yuryeviçin cəmi 22 yaşı vardı. Üç yaşında ikən anasını itirmişdi. 13 yaşınadək anasının malikanəsində tərbiyə alan yeniyetmə əvvəl Moskvada pansionatda, sonra isə universitetdə təhsilini davam etdirmişdir.

 

Lermontov 1832-ci ildə Peterburqa köçmüşdür və burada süvari yunkerlər məktəbini bitirmiş, zabit rütbəsi almışdır. Az sonra Sarskoye Selodakı saray qvardiyası Qusar Polkuna xidmətə götürülmüşdür. Gənc Lermontovun yazdığı kəskin şeirlər və poemalar kübar cəmiyyətini narahat edirdi. Bunun nəticəsi idi ki, onun şeirləri senzuranın diqqətindən yayınmırdı, yazdığının çapı qadağan olunurdu.  1837-ci ildə onu Qafqaza göndərdilər. Qafqazda yaşayarkən M.Y.Lermontov Azərbaycanın Quba, Şamaxı və Qusar rayonlarında olmuşdur.

 

Mərkəzə qayıtdıqdan sonra şairin vətəndaş harayı sönmür, əksinə o, zəmanəsini, onun ədalətsizliyini sənət gücü ilə daha da ehtirasla qamçılayırdı.  Bunun nəticəsində 1841-ci ildə ikinci dəfə Qafqaza sürgün olunur və həmin ilin 27 iyulunda Pyatiqorsk şəhəri yaxınlığında dueldə öldürülür.

 

Lermontov Qafqazda olarkən dağlılara qarşı mübarizə aparmaq məqsədilə yaradılmış "forpost" adlanan polka dəfələrlə getmişdir. Həmin polkun komendantlığının yerləşdiyi bina Şair Nəcməddin oğlunun babasına məxsus olmuşdur. Onların hər ikisi bu evdə göz açmışlar. Hal-hazırda Qusarda həmin evin həyətində Lermontovun büstü var. Məhz həmin evdə düz 80 il bundan əvvəl Şair Nəcməddin oğlu dünyaya göz açmışdır. Şair Lermontovun şərəfinə onun adını Şair qoymuşlar.

 

Şair Həsənovun çox məhsuldar həyatı olmuşdur. Belə ki, o 1953-1958-ci illərdə Azərbaycan Politexnik İnstitutunu bitirdikdən sonra 1958-1959-cu illərdə tikinti sahəsində iş təşkilatçısı kimi çalışmışdır. 1959-1962-ci illərdə Elmi-Tədqiqat laboratoriyasında rəhbər, 1962-1965-ci illərdə tikinti trestində baş mühəndis, 1965-1966-cı illərdə Azərbaycan Tikinti Nazirliyinin texniki idarəetmə şöbəsində müdir müavini, 1966-1977-ci illərdə "Dəmirbeton" trestində baş mühəndis, 1977-1980-ci illərdə Kənd Təsərrüfatı Tikintisi Nazirliyində birinci müavin,  1980-1983-cü illərdə Respublika kolxoz, sovxozların tikintisi üzrə şöbənin rəhbəri, 1983-1986-cı illərdə Respublika Kənd Təsərrüfatı Tikintisi naziri, 1986-1989-cu illərdə Respublika "Dövlətaqroprom"da müavin, 1989-1990-cı illərdə "Azəravtodor" da 1-ci müavin, 1990-1998-ci illərdə Respublika Məişəttikintimaterialları naziri, 1998-2001-ci illərdə Respublika Kommunal Təsərrüfat naziri, 2001-2006-cı illərdə Tikinti və Arxitektura Dövlət Komitəsinin sədri olmuşdur.

 

Bundan başqa, Şair Həsənov 2006-cı ildən "Samur" Respublika Ləzgi Mədəniyyəti Mərkəzinin sədri vəzifəsində çalışır. Azərbaycan SSRİ Ali Sovetinin 03.12.1986-cı il tarixli fərmanı ilə "Əməkdar mühəndis" adına layiq görülmüşdür. 3 çağırış Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. (IX çağırış Qusar rayonundan, X çağırış Sabirabad rayonundan, XI çağırış Cəbrayıl rayonundan)

 

Şair Həsənov 1982-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeninə, 1986-cı ildə isə "Şərəf" ordeninə layiq görülmüşdür. 2015-ci ildən Prezident təqaüdçüsüdür.

 

Fəaliyyətinin bu dövrlərində Şair Həsənov müxtəlif sahələrdə - sənaye, mədəniyyət, sosial, kənd təsərrüfatı və s. üzrə çalışmışdır. Quba, Qusar, Xaçmaz rayonlarında konserv zavodlarında,  Dəvəçi, Siyəzən, Abşeron, Cəlilabad, Salyan rayonlarında quşçuluq fabriklərində, Ağdam, Dəvəçi, Salyan rayonlarında taxıl üyütmə kombinatlarında, Lənkəran və Masallıda çay fabriklərində, Cəbrayıl, Ağdam, Qazax, Tovuz, Gəncə və Gəndobda üzümçülük zavodlarında, Şəki, İsmayıllı, Balakən, Zaqatala, Xaçmaz rayonlarında heyvandarlıq komplekslərində və eləcə də respublikanın müxtəlif rayonlarında kənd təsərrüfatı məhsullarının istehsalı sahələrində fəaliyyət göstərmişdir. Şair Həsənov respublikada onlarla məktəb binası, xəstəxana, poliklinika, yaşayış evləri, idman zallarının tikintisində yaxından iştirak etmişdir.

 

Dostları, qohumları, həmyerliləri, yaxınları hər zaman Sair Həsənov haqda ürək dolusu danışırlar.   Asya Sərdar qızı Manafova Şair müəllimlə Qusarda qonşu olduqlarını, uşaqlıq çağlarını xatırlayır.        Rauf İsmayıl oğlu Kişiyev Şair Həsənovu Vətən, xalq, el-oba mənafeyini öz mənafeyindən üstün tutan, qayğıkeş, fədakar, mehriban rəhbər hesab edir.  İmran Sədullah oğlu Rzayev onu xeyirxah insane kimi tanıyır, deyir ki, Şair müəllimi ölkəmizdə tanımayan yoxdur. O, saysız-hesabsız qaçqına, şəhid ailəsinə, yaralıya, çoxuşaqlı ailəyə əl tutmuş və yenə əl tutur. Onun təcrübəsi, qayğıkeşliyi, sadəliyi, mehribançılığı, adamlarla ümumi dil tapıb danışmaq bacarığı və qabiliyyəti məni valeh etmişdir. Dağıstan və Azərbaycan respublikaları arasındakı mehriban dostluq əlaqələrinin möhkəmlənməsinə də var qüvvəsini sərf etmiş və edir...

 

LitvinAbbasovunsözlərinə görə, Azərbaycan kəndinin tikilməsi, qurulması və abadlaşdırılmasında Ş.Həsənovun zəhmət payı çoxdur. Lənkəranda və Kürdəmirdə, Tovuzda və Şəkidə, Dağlıq Qarabağda, Mildə, Muğanda, Şirvanda, Abşeronda və digər bölgələrdə tikilən saysız-hesabsız təhsil ocaqlarında, sağlamlıq müəssisələrində, fabrik və zavodların ucaldılmasında bir nazir kimi komitə və birlik başçısı və nəhayət, şirkət prezidenti kimi Şair Həsənovun əməyi danılmazdır.

 

Şaiq Əfəndiyev,   Sahib Rəhimov,  Telman Əliyev,  Əli Əliyev də Şair müəllim haqqında xoş sözlər deyir, onunkadr yetişdirilməsi sahəsində əvəzsiz xidmətlərini vurğulayırlar. Onu bir insan kimi, ləyaqətli mühəndis və səriştəli istehsalat komandiri kimi yüksək qiymətləndirirlər.

 

Biz də ömrünün 80-ci yayını yaşayan Şair Nəcməddin oğlu Həsənovu ürəkdən təbrik edirik, ona həyatda ən şirin nemət olan can sağlığı, könül xoşluğu arzu edirik.

 

 

 

Bəybala Ələsgərov,

 

Beynəlxalq  Nobel İnformasiya

 

Mərkəzinin  vitse-prezidenti, BNMİ-nin

 

Qafqaz və Orta Asiya ölkələri  üzrə

 

səlahiyyətli nümayəndəsi, elmlər doktoru