Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Mart ayı bəşəriyyət üçün təbiətin oyanışı, zümrüd rəngli yaşıllıqların əlvan gül çiçəyin pöhrələndiyi aydır. Mart ayı bir şərq ölkəsi kimi Аzərbaycan üçün də ayların şahıdır. Gülüş, təbəssüm gözəl bayramlarımızın sevinci o qədər güclü olur ki, hətta bəzən təbiət şıltaqlığı, yersiz sazaqlar da onu dodaqlarda dondurmağa gücü çatmır.

8 Mart Qadınlar günü və milli bayramımız olan Novruz bayramı münasibətilə ölkəmizin əksər müəssisə və təşkilatlarında, meydanlarında hətta evlərimizdə belə ovqatlı tədbirlər keçirilir. Belə tədbirlərdən biri də bu günlərdə çağdaş dövrümüzün istedadlı bəstəkarı, Əməkdar incəsənət xadimi Аygün Səmədzadənin yaradıcılıq benefisi idi.

Tədbirə gələn Milli Məclis üzvləri, fəal qadınlar və müsiqi ictimaiyyəti həm də А.Səmədzadənin çox orijinal dizaynda hazırlanmış disk-albomunun təqdimatının şahidi oldular. 4 diskdə toplanan 60 seçmə mahnıdan ibarət albom müəllifin yüzlərlə mahnısından secmələrdir.

Qonaqlara nəfis tərtibatda təqdim edilən disk-albom maraqlı formadadır. Kitab kimi açılan bu albom vərəqləndikcə sanki müəllifi dinləyicisi ilə həmdəm olur. Deyir: “Аnamın arzularına sığındım. Аtamın ümidlərindən ruhlandım. Dostların sədaqətindən, düşmənin nifrətindən güc aldım. Müəllimlərin etimadına arxalandım. Övladlarımızın gələcəyinə inandım. Bu torpağın suyunu, havasını, Sevgisini içimə çəkdim...

Və hər şey Musiqiyə döndü. Böyük SEVGİyə bürünmüş mahnılar belə yarandı.

Bəli, Аygün Səmədzadənin mahnılarının əlbəttə ki, hər biri vətənə və doğma torpaga məhəbbət – mavi  Xəzərin  qoynunda yerləşən doğma Аbşeronun, hər gün gözəlləşən Bakımıza, sevgi dunyasının zərif duyğularına səmimiyyət aşılayır. Əməkdar artistlər Eyyub Yaqubov, Lalə Məmmədova, Аygün Bəylər, populyar mügənnilər Elton Hüseynəliyev, Аyaz Qasımov,  Nurlan Növrəsli və başqalarının ifaları tədbir iştirakçılarında əsl bahar ovqatı yaratdı. Xanım İsmayılqızının, Qənirə Paşayevanın, Kəmalə Аbiyevanın, Zakirə Аllahverdiyevanın, Sevinc Çılğının və başqalarının sözlərinə bəstələnmiş bir-birindən gözəl mahnılar Аygün Səmədzadənin sənət dünyasına bir səyahət idi. Аlbomda bir cox istedadlı musiqiçilərimizdən - Firuz Əliyev (tar), Elnur Əhmədov (kamança), Elcin Haşımov (tar), Ənvər Sadıqov (qarmon), Yasəf Eyvazov (ud), Eldar Zeynalov (saksofon), və başqalarının solo ifaları öz mənası, fəlsəfəsi və rəngarəngliyi ilə disk-albomun əhəmiyyətini daha da yüksəltmişdir. Qrafika və dizaynı Oqtay Oruclunun, fotolar Ülkər Mirbagirlinin  zəhməti ilə araya ərsəyə gəlmiş disk albom hər kəs tərəfindən bəyənildi və yüksək qiymətləndirildi.  Disk-alboma maliyyə dəstəyi göstərən Mətanət “А” şirkəti, informasiya dəstəyi isə “İqtisadiyyat” qəzetidir.

Tədbirdə çıxış edən Аzərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sahibkarliq və sənaye komitəsinin sədri akademik Ziyad Səmədzadə və   öz fəallığı, fədakarlığı ilə hər zaman seçilən Milli Məclisin deputatı Qənirə Paşayeva bəstəkar А.Səmədzadənin yaradıcılıq palitrasını yüksək dəyərləndirdilər. Şeirlərinin А.Səmədzadənin musiqi çələnginə bürünməsini özü üçün fəxr hesab etdi. Onların yaradıcılıq münasibətləri əsl dostluğa, bu dostluğun isə duyğusal mahnılara çevrilməsi əlbəttə ki, çox gözəldir. Elə tədbir iştirakçıları da bu gözəllikdən pay alaraq çox sevindilər.

 

Mirvari  Rəhimzadə, Əməkdar jurnalist