Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
23 may - 3 iyun 2019-cu il
20 (1069)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Albert Tağıyev – 75

Tələb­kar rəhbər, zəhmətsevər alim, qayğıkeş və sədaqətli dost

 

Azərbaycanda iqtisad elminin görkəmli nümayəndəsi, qayğıkeş, mehriban insan Albert Həmid oğlu Tağıyevin bu mart günlərində 75 yaşı tamam olmuşdur.

Albert Həmid oğlu Tağıyev iqtisadçı alim kimi bir çox soydaşımıza örnək olası şərəfli bir ömür yaşayıb: qulluqçu ailə­sində boya-başa çatmış, valideynlərinin şəxsi nümunəsi və zəhmətsevərliyi həyat yollarında ona yol göstərən mayak olmuş, erkən yaşlarından qəlbində elmə, biliyə sonsuz həvəs oyatmışdır: Tovuz rayonunun Aşağıquşçu kənd məktəbindən başlanan həyat yolu Vətə­nimizin paytaxtı Bakı şəhərində 1957-ci ildə Azərbaycan Dövlət Univer­sitetin (hazırkı Bakı Dövlət Universitetin) mexanika-riyaziyyat fakultəsinə daxil olmuş və 1965-ci ildə həmin fakultəni “hesablayıcı-proqramçı” ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda başlamışdır.

1967-ci ildə Azərbaycan Dövlət Plan Komitəsinin nəzdində Elmi Tədqiqat İqtisadiyyat İnstitutunun (ETİİ) (hazırda İqtisadiyyat və Sənaye Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu) aspiranturasına (əyani şöbə) daxil olmuş və Moskva şəhərinə ezam olmuşdur. 1974-cü ildən “İqtisadiyyatın riyazi və instrumental üsulları” (08.00.13) ixtisası üzrə iqtisad elmləri namizədi olmuşdur.

1970-1976-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi nəzdində ETİİ-də elmi işçi, baş elmi işçi, müxtəlif sektorların müdiri vəzifələrində çalışmışdır.

Həmin dövrlərdə ETİİ-nin yerinə yetirdiyi işlərin istiqamətlərindən biri “Plan hesablamalarının avtomatlaşdırılmış idarəetmə sistemi (PHAİS)” idi. O, PHAİS-in alt sistemi olan “ticarət sistemi” ilə məşğul olmuş və qeyd edilən sistemin işlənilməsi üzrə Ümumittifaq işləyicisi seçilmişdir. Bu sahəyə keçmiş SSRİ-dən cəmi beş nəfər mütəxəssis cavabdehlik daşıyırdı ki, onlardan biri A.H.Tağıyev idi.

1967-1976-cı illərdə Sumqayıt Dövlət Universitetində dərs aparmış və 1976-cı ildən baş müəllim, dosent, iqtisad yönümlü müxtəlif kafedraların müdiri və “İqtisadiyyat və idarəetmə” fakultəsinin ilk dekanı vəzifəsində çalışmışdır. Hal-hazırda Menecment kafedrasının müdiri vəzifəsində işləyir.

Ölkə iqtisadiyyatının azad bazar münasibətləri prinsiplərinə əsasən inkişaf etdirilməsi, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi və bütövlükdə cəmiyyətimizin demokratik­ləşməsi yolunda Azərbaycan iqtisadçıları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli göstərişlərini rəhbər tutaraq, mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iq­tisadiyyatın xüsusiyyətlərini nəzərə al­maqla ölkəmizdə iqtisadiyyatı genişləndirmək istiqamətində beynəlxalq əlaqələrin gücləndirilməsinə xüsusi önəm verirlər. A.H.Tağıyev Respublikanın İqtisadçılar İttifaqının Sumqayıt şəhəri üzrə həmsədri kimi ictimai fəaliyyətində də xeyli xidmət göstərmişdir.

A.H.Tağıyev 140-dan çox elmi, elmi-metodik əsərin, o cümlədən 30 kitabın müəllifidir.

“Bazar iqtisadiyyatının əsasları”, “İstehsaldaxili ehtiyatlardan istifadə problemi”, “Biznesin təşkili və idarə edilməsi”, “İnnovasiya menecmenti”, "İnnovasiya siyasəti", ''İnnovasiya layihələrinin menecmenti” kitabları ölkəmizin müxtəlif ali məktəblərində dərs vəsaiti kimi istifadə edilir.

A.H.Tağıyev bir sıra monoqrafiyaların və dərsliklərin elmi redaktoru olmuşdur.

Bazar münasibətlərinə keçidlə bağlı olaraq Azərbaycanda bu problemlərin açıqlanması və bazar münasibətlərinə keçid yollarına yaradıcılığında geniş yer vermişdir. Bu sahədə "Bazar iqtisadiyyatı haqqında”, "Bazar iqtisadiyyatının əsasları”, "Bazar iqtisadiyyatı terminləri” (İ. Abbasovla müştərək), "Bazar iqtisadiyyatı: peşə və ixtisaslar” (Q.Kərimovla müştərək), "Azad iqtisadi zona” (Q.Kərimovla müştərək), "Müəssisələrin idarə edilməsi”, "Biznesin təşkili və idarə edilməsi” (S.Fərzəliyevlə müştərək) əsərlərini nəşr etmişdir.

SDU-da işlədiyi müddətdə Sumqayıtın bir sıra iri sənaye müəssisələri ilə təsərrüfat hesabı elmi-tədqiqat işləri aparıb.

Uzun illərdir ki, Azərbaycanın bir sıra kütləvi informasiya vasitələrində iqtisad elminin müxtəlif cəhətlərinin təbliği ilə maarifləndirmə işlərini yerinə yetirir. Müxtəlif sahələrin, xüsusilə bazar münasibətlərinə keçidlə bağlı olan problemlərin təbliği ilə məşğul olur. Bunlardan Azərbaycan İqtisad Elminin :

  • • "Kütləvi xidmət nəzəriyyəsi”-ndən istifadə edilməsi;
  • "Funksional dəyər təhlili üsulu”-ndan istifadə edilməsi;
  • Azad iqtisadi zonanın yaradılması;
  • Texniki parkların və biznes inkubatorlarının yaradılması kimi ideyaların pionerlərindən hesab edilir.

Sumqayıt şəhərinin ictimai həyatında da fəal iştirak edir. Vaxtı ilə fəaliyyət göstərən "Elm” cəmiyyəti xətti ilə Sumqayıt şəhərinin müəssisələrində mühazirələr aparmış, SDU-da müxtəlif ixtisas artırma kursları:

  • • Keyfiyyətin kompleks idarəetmə sistemləri;
  • Müəssisədaxili ehtiyatların səfərbərliyə alınması;
  • Müəssisələrdə marketinqin və menecmentin təşkili və s. kurslar təşkil etmişdir.

Sumqayıt şəhərinin problemləri ilə əlaqədar olaraq keçirilən elmi-praktiki Konfransların əksəriyyətində iştirak edərək məruzə ilə çıxış etmişdir.

İndiyədək 30-dan cox magistr dissertasiyasına rəhbərlik edib.

Müxtəlif kütləvi informasiya vasitələrində milli dilimizdə iqtisad elminin təbliği ilə də ciddi məşğul olur. Xüsusilə, "İqtisadiyyat" qəzetində apardığı aşağıdakı rubrikalar daha uğurlu olmuşdır:

  • Müəssisələrin rəqabətlilik qabiliyyətinin yüksəldilməsi yolları;
  • İdarəetmə üzrə qabaqcıl dünya təcrübəsindən;
  • • Biznes-planın işlənilməsi;
  • • Müəssisənin strateji idarəedilməsi;
  • • Biznesdə françayzinq dəstəyi;
  • • İnnovasiya strategiyasının işlənilməsi və s.

2011- ci ildən başlayaraq əhalinin innovasiya fəallığının yüksəldilməsi məqsədilə innovasiyanın təbliği üzrə 6 kitabça çap etdirmiş və bu işi davam etdirməkdədir.

2012-     ci    ildə KİV Həmkarlar təşkilatının keçirdiyi "Xalq ziyalısı" müsabiqəsinin laureatı olmuşdur.

Son zamanlar A.Tağıyev daha intensiv elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Təkcə bunu qeyd etmək kifayətdir ki, 2010-2015-ci illərdə innovasiyaya aid 3 monoqrafiya və 6 kitabça çap etdirmişdir.

Beynəlxalq təşkilatlar tərəfndən maliyyələşdirilən beş treyninq (təlim) layihələrinin həyata keçirilməsini təşkilatlandırmış və təlimçi kimi iştirak etmişdir.

İşlədiyi müddətdə SDU-nun rəhbərliyi tərəfndən "Fəxri Fərman"lara və Təhsil Nazirliyinin “Təhsildə fərqlənməyə görə” medalına layiq görülmüşdür.

1998-ci ildə aparılan "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.

Hal-hazırda Azərbaycan Azad İqtisadçılar İttifaqının Sumqayıt filialının həmsədridir.

2004-cü ildə A.H.Tağıyev "Vektor” Beynəlxalq Elmi Mərkəzi Mükafat Komissiyanın Qərarı ilə "Azərbaycanın Tanınmış Alimləri” Beynəlxalq layihəsinin qalibi olmuş və "XXI Əsrin Tanınmış Alimi” Beynəlxalq Diplomu ilə təltif olmuşdur.

2006-ci ildə İqtisad elmində xidmətlərinə görə A.H.Tağıyev Türk Dünyası Araşdırmalar Uluslararası Elmlər Akademiyasının Elmi Şurasının Qərarı ilə həmin Akademiyanın “Fəxri professor” adna layiq qörülmüşdür.

A.H.Tağıyev həm də gözəl ailə başçısı­dır, bir oğlu, bir qızı və dörd nəvəsi vardır. O, keçdiyi şərəfli ömür yolunda ailədə daim xoş münasibət və diqqət görmüş, eyni zamanda, cavan və həyatsevər qal­masında, nümunəvi həyat yolu keçmə­sində əməyi, zəhməti olmuş ailə üzvlərindən faxrlə danışır. Biz hesab edi­rik ki, Albert müəllimin ailəyə olan sevgi və məhəbbəti gələcək nəsillər üçün nümunə olmalı və onlar bundan daim bəhrələnməlidirlər.

A.H.Tağıyevin ictimai xadim və alim kimi malik olduğu hörmət-izzət, əldə et­diyi nailiyyətlər onun insani keyfiyyətləri ilə bilavasitə bağlıdır. Son dərəcə mehri­ban, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran insan və eyni zamanda, tələb­kar rəhbər, heç kimdən köməyini əsirgə­məyən qayğıkeş və sədaqətli dost olan Albert müəllimi doğum günü münasibə­tilə ürəkdən təbrik edir, ona uzun ömür, həyatda ən şirin nemət olan cansağlığı, şəxsi həyatda səadət diləyirik!

 

 Akademik Ziyad SƏMƏDZADƏ,

iqtisad elmləri doktoru Qüdrət KƏRIMOV