Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

BACARIQLI TƏŞKİLATÇI, NÜFUZLUALİM VƏ MEHRİBAN İNSAN

Azərbaycandamilli audit sisteminin qurucularından biri, ölkə iqtisad elminin görkəmli nümayəndəsi, bacarıqlı təşkilatçı vəqayğıkeş, mehriban insan, professor Vahid Tapdıq oğlu Novruzovun bu yanvar günlərində 65yaşı tamam olmuşdur.


 

V.Novruzov hər bir soydaşımıza örnək olası şərəfli bir ömür yaşayıb: müəllim adına ucalıq və şərəf gətirmiş mərhum Tapdıq kişi ilə Mehriban xanımın ailəsində boya-başa çatmış, valideynlərinin şəxsi nümunəsi və zəhmətsevərliyi həyat yollarında ona yol göstərən mayak olmuş, erkən yaşlarından qəlbində elmə, biliyə sonsuz həvəs oyatmışdır: Qərbi Azərbaycanın Loru mahalındakı kənd məktəbindən başlanan həyat yolu Vətənimizin paytaxtı Bakı şəhərində universitet, Moskva şəhərində G.V.Plexanov adına Xalq Təsərrüfatı İnstitutunda aspirantura təhsili ilə, həmin elm və təhsil ocağında 1978-ci ildə namizədlik, 1990-cı ildə isə doktorluq dissertasiyalarının müdafiəsi ilə, daha sonra  professor elmi rütbəsinə yetişməklə davam etmişdir.

Təxminən 20 il ərzində keçmiş Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik elmi işçi, bölmə müdiri və şöbə müdiri, ƏhaliyəMəişət Xidməti Nazirliyi yanında Layihə-Konstruktor Texnologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1992-1996-cı illərdə isə Azərbaycan Respublikası Milli Məclisi Aparatının Mülki hüquq və iqtisadi qanunvericilik şöbəsində bölmə müdiri, şöbə müdirinin birinci müavini və şöbə müdiri kimi bir-birindən məsul vəzifələrdə çalışarkən özünü yüksək dərəcədə səriştəli mütəxəssis və bacarıqlı təşkilatçı kimi tanıdan Vahid Novruzov respublikanın elmi-ictimai dairələrində haqlı olaraq böyük hörmət və nüfuz qazanmışdır.

Artıq 20 ildən çoxdur ki, V.Novruzov həyatını Azərbaycanda müstəqil və qərəzsiz maliyyə nəzarəti forması olan audit sisteminin formalaşması işinə həsr etmişdir. O, ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış 1994-cü il 16 sentyabr tarixli «Auditor xidməti haqqında» Qanunun və milli audit qanunvericiliyimizin məhək daşı sayılan digər hüquqi-normativ aktların layihələrinin işlənib hazırlanmasında və qəbul olunmasında müstəsna dərəcədə böyük əmək sərf edərək,  Azərbaycan Respublikası Auditorlar Palatasının yaradılıb fəaliyyətə başlamasında və hazırda ölkəmizin bazar infrastrukturları arasında layiqli yer tutmasında əvəzsiz rol oynamışdır. Bu gün ölkədə auditor xidmətinin təşkili və tənzimlənməsi, auditor kadrların yetişdirilməsi, auditə dair elmi-kütləvi və metodik ədəbiyyatın yazılması və nəşr etdirilməsi, auditor peşəsinin müsbət imicinin formalaşdırılması və ictimai nüfuzunun artırılması Vahid müəllimin təşkilatçı-rəhbər və elmi-yaradıcı fəaliyyəti ilə sıx bağlıdır. Məhz Vahid müəllimin ardıcıl və məqsədyönlü səyləri sayəsində bu gün Auditorlar Palatasının fəaliyyəti, müstəqil auditor xidməti Azərbaycan cəmiyyətinin ayrı-ayrı zümrələri, ən əvvəl də dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək qiymətləndirilir.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və inkişafımızın müasir mərhələsində Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin fəal təbliğatçısı və tədqiqatçısı kimi V.Novruzovun səmərəli fəaliyyəti də alqışalayiqdir. Onun təşəbbüsü və baş redaktorluğu ilə nəşr olunan, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrlər reyestrinə daxil edilmiş «İqtisadiyyat və audit» elmi-praktik jurnalı bu istiqamətdəki çoxşaxəli fəaliyyətinin bəhrəsidir.

Respublikanın tanınmış iqtisadçı alimlərindən olan professor Vahid Novruzov ümumiyyətlə son iyirmi  il ərzindəki elmi fəaliyyətini bütünlüklə Heydər Əliyev siyasətinin, inkişaf və tərəqqimizin Heydər Əliyev modelinin ayrı-ayrı elementlərinin tədqiqinə həsr edən, bu mövzuda ardıcıl olaraq müxtəlif səviyyəli elmi məclislərdə və nəşrlərdə çıxışlar edən istedadlı tədqiqatçılarımızdandır. Onun hələ 1998-ci ildə bir qrup həmkarı ilə birgə yazıb nəşr etdirdiyi «Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı» monoqrafiyası özünün elmi siqlətinə görə ölkə ictimaiyyəti tərəfindən çox yüksək qiymətləndirilmiş, ölkədə gedən quruculuq işlərinin, aparılan radikal islahatların mahiyyətini anlamaq baxımından sanballı elmi mənbə rolunu oynamışdır.

Professor V. Novruzovun 2004-cü ildə «Azərnəşr» tərəfindən çapdan buraxılmış «İnkişaf və tərəqqinin Heydər Əliyev modeli» adlı kitabı isə müəllifin son illər ərzində yazdığı, Rusiyada və Azərbaycanda  çıxan  müxtəlif profilli nəşrlərdə dərc etdirdiyi məqalələrin toplusu, mövzusu və müəllif qayəsi dəqiq müəyyən olunmuş bir kitabdır.

1996-cı ilin aprel ayından Azərbaycan Respublikasının Auditiorlar Palatasına başçılıq edən V.Novruzovun rəhbərliyi və iştirakı ilə Azərbaycanda audit sisteminin inkişafına və tənzimlənməsinə dair bir sıra xüsusi ədəbiyyat, metodik göstəriş, tövsiyə və standartlar işlənib hazırlanmış və audit praktikasında tətbiq edilməkdədir. Bunlara misal olaraq, «Audit» izahlı lügətini, 7 cildlik «Audit. Qanunvericilik və normativ sənədlər» toplusunu, ali məktəblər üçün «Audit» dərs vəsaitini, «Azərbaycan milli audit standartları» toplusunu, 50-dən artıq normativ və metodik-tövsiyə xarakterli sənədi göstərmək olar. Bundan əlavə, o, «Tikintidə mühasibat uçotu və audit» və «Auditin əsasları» fənlərinin tədris proqramlarını işləyib hazırlamışdır.

V.Novruzovun rəhbərlik etdiyi redaksiya heyəti Beynəlxalq Mühasiblər Federasiyası ilə imzalanmış memoranduma əsasən beynəlxalq audit standartlarının və «Peşəkar Mühasiblərin Etika Məcəlləsi»nin Azərbaycan dilinə tərcüməsini həyata keçirmiş və bununla da 2010-cu il yanvarın 1-dən etibarən ölkəmizdə beynəlxalq audit standatrlarının tətbiqinə başlanmışdır. Hal-hazırda V.Novruzovun rəhbərlik etdiyi redaksiya heyəti həmin standartların 2013-cü il versiyasının tərcüməsi və nəşri üzərində iş aparır.

Ölkə Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na və «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»na uyğun olaraq, Azərbaycanda auditor xidmətinin gələcək inkişaf istiqamətlərinin müəyyən olunması, auditor xidməti bazarının genişləndirilməsi, dövlətin, təsərrüfat subyektlərinin və auditorların maraqlarının müdafiə edilməsi, audit sahəsində tənzimləyici fəaliyyətin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, auditin beynəlxalq standartların tələblərinə uyğun aparılmasının təmin edilməsi, habelə ölkənin iqtisadi həyatında auditin rolunun və əhəmiyyətinin daha da gücləndirilməsi, şəffaflığın təmin olunmasında və korrupsiyaya qarşı mübarizədə auditin rolunun və auditorların məsuliyyətinin artırılmasının təmin edilməsi məqsədilə, V.Novruzovun rəhbərliyi ilə yaradılmış redaksiya şurası tərəfindən “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası (2012-2020-ci illər)” işlənib hazırlanmış və konsepsiyada nəzərdə tutulmuş işlərin icrasına başlanmışdır.

Bütövlükdə V.Novruzov 90-dan artıq əsərin müəllifidir, 2000-ci ildə Azərbaycan Republikası Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin qərarı ilə ona professor elmi adı verilmişdir. O, uzun illər AAK-ın iqtisad və hüquq elmləri üzrə Rkspert Şurasının üzvü və sədri olmuş, eyni zamanda, bir neçə ali məktəbdə elmi müdafiə şuralarının üzvüdür. Professor V.Novruzov audit və bazar iqtisadiyyatı infrastrukturunun aktual problemlərinə dair 30-dan çox dissertasiya işinin elmi rəhbəri olmuş, onlarca dissertasiyanın müdafiəsində  opponent və rəyçi qismində çıxış etmişdir. Bundan başqa, V.Novruzov yerli və xarici jurnalların (“Vergi xəbərləri”, “Biznes həyatı”, “Finansist”, “Vestnik buxqalteriya” və.s) redaksiya heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərir.

 Ölkə iqtisadiyyatının azad bazar münasibətləri prinsiplərinə əsasən inkişaf etdirilməsi, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi və bütövlükdə cəmiyyətimizin demokratikləşməsi müstəqil, təminatverici və məsləhətverici fəaliyyət olan daxili auditin beynəlxalq standartlara uyğun, müstəqil, obyektiv, idarəetmə prosesində məsləhət-konsaltinq funksiyasını əhatə edəcək şəkildə təşkil və tətbiq olunmasını tələb edir. Bu isə öz növbəsində, müvafiq beynəlxalq təcrübənin öyrənilməsi zərurətini doğurur. Azərbaycan auditorları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək istiqamətində beynəlxalq əlaqələrin gücləndirilməsinə xüsusi önəm verirlər. Azərbaycan Respublikasının Auditorlar Palatası da beynəlxalq əlaqələrin qurulması üzrə fəaliyyətinə - beynəlxalq və regional peşə qurumlarında təmsilçiliyə, ikitərəfli əməkdaşlıq əlaqələrinin qurulmasına və inkişaf etdirilməsinə də məhz mütərəqqi xarici audit təcrübəsinin öyrənilməsi, milli kadrlara çatdırılması və yerli xüsusiyyətlər nəzərə alınmaqla, ölkədə tətbiq edilməsi baxımından yanaşır. Bu mənada, V.Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinin bir çox xarici ölkələrdə (Vyana, İstanbul, Kiyev, Berlin, Brüssel, Sinqapur və s.) təşkil edilmiş mötəbər beynəlxalq tədbirlərdə iştirakı və səmərəli çıxışları həm qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və həm də  Azərbaycanın  dünya birliyinə tanıdılması məqsədlərinə xidmət edir.

Hazırda Palatanın nüfuzlu peşə qurumlarında - Beynəlxalq Mühasiblər Federasiyasında (IFAC), Mühasiblərin və Auditorların “Avrasiya” Beynəlxalq Regional Federasiyasında, Avropa Mühasiblər və Auditorlar Federasiyasında (EFAA), Sertifikatlı Mühasiblərin və Auditorların Avrasiya Şurasında tamhüquqlu üzv sifətilə təmsilçiliyi, habelə Rusiya Federasiyası, Çin, Böyük Britaniya, Fransa, Kanada, Türkiyə, Rumıniya, Macarıstan, Polşa, Slovakiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Gürcüstan, Litva, Latviya, Moldova, Belarusiya, Makedoniya, Monteneqro və digər ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq barədə saziş və niyyət protokollarının imzalanması, intensiv işgüzar əlaqələrin qurulması Azərbaycan auditorlarının peşə-ixtisas səviyyəsinin müntəzəm olaraq təkmilləşdirilməsi baxımından  böyük əhəmiyyət kəsb edir.

Azərbaycan Respublikasının Auditorlar Palatası da bir çox beynəlxalq audit qurumları, o cümlədən 1941-ci ildə daxili audit sahəsində ilk peşə birliyi kimi qurulmuş və hazırda peşənin dünyada şəksiz lideri sayılan beynəlxalq Daxili Auditorlar İnstitutu (ABŞ) ilə bu istiqamətdə məqsədyönlü iş aparır. Həmin işin ilkin nəticəsi olaraq, Daxili Auditorlar İnstitutu İdarəetmə Şurasının Kvebek (Kanada) şəhərində keçirilən 1999-cu il 26 iyun tarixli iclasında Azərbaycan Respublikası Auditorlar Palatasının müraciəti əsasında respublikamızda IIA-nın «Audit-Azərbaycan» bölməsinin yaradılması haqda qərar qəbul edilmişdir. Həmin institutun Azərbaycandakı bölməsinin prezidenti kimi V.Novruzov ölkəmizdə daxili auditin inkişafı istiqamətində də xeyli işlər həyata keçirir. Həm də xoşagələn cəhət budur ki, həmin işlər təkcə respublikamızda deyil, xaricdə -- beynəlxalq miqyaslı tədbirlərdə də təqdir edilir, nümunə göstərilir.

V.Novruzovun rəhbərliyi altında Auditorlar Palatası yerli qurumlarla da səmərəli əməkdaşlıq edir və həmin qurumlarla birgə konfrans, seminar, simpozium, “dəyirmi masa” və digər tədbirlər həyata keçirir. Əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə indiyədək ölkəmizin 20-dək idarə və təşkilatı ilə  əməkdaşlıq haqqında saziş, protokol və anlaşma memorandumu imzalanmış, onların iştirakı ilə   mühüm əhəmiyyətə malik bir sıra  beynəlxalq elmi-praktik konfranslar, regional seminar-müşavirələr və simpoziumlar keçirilmişdir.

Şəffaflığın, hesabatlılığın və məsuliyyətin artırılması, dövlət əmlakının düzgün idarə olunması, antikorrupsiya mədəniyyətinin formalaşdırılması, korrupsiyaya qarşı mübarizə sahəsində milli qanunvericiliyin təkmilləşdirilməsi, iqtisadi və sosial sahədə inkişafa mane olan amillərin aradan qaldırılması və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə Auditorlar Palatasının fəaliyyəti daim ölkə rəhbərliyinin diqqət mərkəzində olmuş və layiqincə qiymətləndirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli sərəncamı ilə ölkədə      auditor xidmətinin inkişafında xidmətlərinə görə Auditorlar Palatası işçilərinin və üzvlərinin bir qrupu “Tərəqqi” medalı ilə təltif edilmişdir.

V.Novruzov həm də gözəl ailə başçısıdır, bir oğlu, bir qızı və 5 nəvəsi vardır. O, keçdiyi şərəfli ömür yolunda ailədə daim xoş münasibət və diqqət görmüş, eyni zamanda, cavan və həyatsevər qalmasında, nümunəvi həyat yolu keçməsində əməyi, zəhməti olmuş ailə üzvlərindən fəxrlə danışır. Biz hesab edirik ki, Vahid müəllimin  ailəyə olan sevgi və məhəbbəti gələcək nəsillər üçün nümunə olmalı və onlar bundan daim bəhrələnməlidirlər.

V.Novruzovun ictimai xadim və alim kimi malik olduğu hörmət-izzət, əldə etdiyi nailiyyətlər onun insani keyfiyyətləri ilə bilavasitə bağlıdır. Son dərəcə mehriban, böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran insan  və eyni zamanda, tələbkar rəhbər, heç kimdən köməyini əsirgəməyən qayğıkeş və sədaqətli  dost olan Vahid müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, həyatda ən şirin nemət olan cansağlığı, şəxsi həyatda səadət diləyirik!