Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Portret

Əlövsət Quliyev – 90

Azərbaycan xalqının ən doğru tarixini yaradanlardan biri

Azərbaycan tarix elminin fundamental əsasını yaradanlardan biri, milli tarixşünaslıq məktəbinin ərsəyə gəlməsində və formalaşmasında böyük xidmətləri olmuş Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor, görkəmli alim Əliövsət Nəcəfqulu oğlu Quliyev bütün şüurlu həyatını tarix elminin inkişafına həsr etmiş, öncə milli tariximizi, sonra da onun məktəbini yaratmışdır. O bu həyata kiçik yaşlarından kitabları sevməklə başladı, sonra da zamanın ən ağır dönəmlərində, sovet tarix elminin diktə etdiyi sərt qaydaların meydan oxuduğu vaxtlarda xalqımızın ən doğru tarixini yazıb-yaratdı. Ona görə də Əliövsət Quliyev Azərbaycanın tarixinə düzgün baxışı müəyyənləşdirən və yad təsirlərdən qoruyan ilk böyük alim kimi daxil oldu. Tarixin hansı dövrlərindən olsa, fərq etməz, elmi araşdırmalarla məşğul olan gənc tarixçi alimlər, tədqiqatçılar birinci növbədə Əliövsət Quliyevin minbir əziyyətlə, həyatı bahasına yaratdığı tarix kitablarına, monoqrafiyalarına, ən kiçik məqalələrinə belə müraciət edir, onlardan bəhrələnirlər.  

Oktyabr ayının 17-də Azərbaycan Milli Elmlər Akademiyasında böyük alimin, elm xadiminin anadan olmasının 90 illiyinə həsr olunmuş elmi sessiya keçirilmişdir.

Elmi sessiyanı AMEA-nın prezidenti, akademik Mahmud Kərimov açaraq Əliövsət Quliyevin həyat və yaradıcılığından danışmış, demişdir: "Əliövsət Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə ilk dəfə 1963-cü ildə tam başa çatdırılmış monumental üçcildlik "Azərbaycan tarixi" yaradılmış, xalqımızın yeni tarixinə dair dəyərli toplular, monoqrafiyalar və dərsliklər çap edilmişdir. Kitabda ən qədim çağlardan başlamış XX əsrin ortalarınadək olan dövr əhatə olunurdu. Yaratdığı nadir əsərlərdə irəli sürülən konsepsiyalar Azərbaycanda tarix elminin sonrakı inkişafının təməlini qoydu".

AMEA-nın müxbir üzvü, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov tariximizə daha çox xidmət etmiş böyük ziyalının işlədiyi dövrü - şəraitdən danışmışdır.

Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə bildirmişdir ki, onun tarix sahəsində yaratdığı bütün əsərlər elmi ictimaiyyət tərəfindən həmişə yüksək qiymətləndirilib: "Götürək XIX əsrin sonlarını, XX əsrin əvvəllərini, o dövrdə Azərbaycan iqtisadiyyatı Rusiyanın ən inkişaf etmiş ödkələrindən biri idi. Kapitalizmə məxsus bütün meyarlar bu ölkədə sürətlə inkişaf edir, balıqçılıq və neft sənayesi artırdı. Lakin Əliövsət Quliyev bu faktları üzə çıxarıb tarix elminə gətirəndə düşmənləri çoxalırdı. Onun Azərbaycan ədəbiyyatına münasibəti də fərqlənirdi. Hüseyn Cavidin, Məhəmməd Hadinin və o dövrün digər görkəmli şair və yazıçılarının adını çəkir, yüksək qiymətləndirirdi".

Elmi sessiyada çıxış edən Milli Məclisin deputatları və başqa elm xadimləri  alimin xalqımıza, onun elminə bəxş etdiyi böyük töhfələrdən danışmışlar. Böyük alim və ictimai xadimin xatirəsinə hörmət əlaməti olaraq Bakıda bir küçəyə onun adı verilmiş, yaşadığı binaya xatirə lövhəsi vurulmuşdur. Doğulub boya-başa çatdığı Salyan rayonunun Qızılağac kəndində küçələrdən biri də görkəmli alimin adını daşıyır.